Xəbər lentiwidget-title-icon

Kollec direktoru anım günündə özünə ad günü keçirtdi
Gəray Gəraybəyli: Kafedra müdirlərinin məsuliyyəti artırılmalıdır
35 saylı peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək?- RƏSMİ AÇIQLAMA
Biologiya fənni üzrə seçim imtahanı keçiriləcək!
Məktəbə necə gedək ki, həm vaxta, həm pula qənaət edək?
İlham Əliyev “Təhsil 1 nömrəli prioritetdir” deyirsə, hökumət, Elm və Təhsil Nazirliyi nələr etməlidir?..- KONSEPTUAL BAXIŞ...
Oktyabrın ilk günü hava necə olacaq?
ADNSU "Alimlər portalı"nı ictimaiyyətə təqdim edib
Peşə təhsilində proqram seçimi gələcək karyeraya necə təsir edir?
Neftçalada 30 şagird müəllimsiz qalb - Direktor uşaqları evə göndərir
"Mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir" - Dövlət müəssisəsində FIRILDAQ
Buraxılış imtahanlarına yeni fənn gəlir? - AÇIQLAMA
Məktəblərdə yeni maliyyələşmə sistemi müəllim maaşlarına təsir edəcək? - AÇIQLAMA
İmtahanların elektron keçirilməsi iddialarına DİM-dən CAVAB
Kitab, dəftər, iş dəftəri… Məktəb çantaları necə yüngülləşdirilə bilər?
Uşaqlar üçün ingilis dili imtahanına qeydiyyat davam edir
Təhsil İdarəsinin hesablarına həbs qoyulub - Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq

Qəbul imtahanları : II ixtisas qrupuna informatika əlavə olunur?

Qəbul imtahanları : II ixtisas qrupuna informatika əlavə olunur?

2023-cü ildə abituriyentlər I ixtisas qrupu üzrə keçirilən ali təhsil müəssislərinə qəbulda ilk dəfə olaraq informatika fənnindən imtahan verdilər. Məlumdur ki, bütün sahələr üzrə minimal da olsa kompüter biliklərinə ehtiyac var. Bu səbəbdən informatika fənninin bütün ixtisas qruplarına əlavə olunması ilə bağlı məsələlər zaman-zaman gündəmə gəlir.

tehsilmedia.info xəbər verir ki, mövzu ilə bağlı azeduaz-a danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, hələ ki, informatika fənninin bütün ixtisas qruplarına əlavə olunması müzakirə edilmir:

[img]https://img.redaktor.az/news/2023/05/photo_203863.jpg?v=MjAyMy0wNS0yMiAxNDo1Njo1Ng==[/img]

“Şagirdlərə 1-ci sinifdən etibarən informatika fənni tədris olunur. Bu səbəbdən, demək olar ki, şagirdlərdə informatika fənni ilə bağlı minimal da olsa biliklər mövcuddur. Bütün ixtisas qruplarına informatikanın əlavə olunması, düşünmürəm ki, yaxın gələcəkdə mümkün olsun. I ixtisas qrupunda IT yönümlü ixtisasların mövcud olduğu üçün informatikanın əlavəsi vacib idi. Digər qruplarda isə məktəb zamanı kompüter biliklərinə yiyələnə bilərlər”.

Ekspertin sözlərinə görə informatika II ixtisas qrupuna artıla bilər:

“Bir neçə ildən sonra ola bilər ki, II ixtisas qrupuna bu fənnin artırılması mümkün olsun. Çünki bu qrupa aid olan bir neçə ixtisas var ki, kompüter bilikləri tələb edir. Bu ixtisaslardan biri maliyyə - mühasibat ixtisadır. Mühasib proqramlarına baxsaq görərik ki, böyük əksəriyyəti məhz informasiya texnologiyaları bağlı müvafiq biliklər tələb edir. Nəticədə bir neçə ildən sonra informatika fənni II ixtisas qrupuna əlavə oluna bilər. Lakin onu qeyd edim ki, bizim məqsədimiz ali təhsil müəssisələrinə qəbul imtahanlarında fənlərin sayını artırmaq olmamalıdır. Fənlərin sayını artırmaqla abituriyentlərin dərs yükünü artırmış oluruq. Ona görə də informatika ilə bağlı sualları riyaziyyat fənninin tərkibində təqdim etmək olar”.

E.Əfəndi qəbul imtahanlarında fənlərin azaldılması ilə bağlı təklif irəli sürüb:

“Az öncə də qeyd etdiyim kimi, əsas məqsədimiz o olmalıdır ki, abituriyentlər 6-7 üzrə deyil, minimal 2 və yaxud 3 fənn üzrə imtahan verib ali təhsil müəssisələrinə qəbul oluna bilsinlər. Məlumdur ki, namizədlərini qəbul imtahanlarına hazırlaşmaq üçün repetitor yanına gedir. Bu valideynlərin böyük məbləğlərdə maliyyə itkisi ilə nəticələnir. Ona görə də ixtisas qruplarına nəyin ki, fənn əlavəsini, ixtisar olunmasını dəstəkləyirəm”.

Oxşar xəbərlər

Bütün xəbərlər