Xəbər lentiwidget-title-icon

Kollec direktoru anım günündə özünə ad günü keçirtdi
Gəray Gəraybəyli: Kafedra müdirlərinin məsuliyyəti artırılmalıdır
35 saylı peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək?- RƏSMİ AÇIQLAMA
Biologiya fənni üzrə seçim imtahanı keçiriləcək!
Məktəbə necə gedək ki, həm vaxta, həm pula qənaət edək?
İlham Əliyev “Təhsil 1 nömrəli prioritetdir” deyirsə, hökumət, Elm və Təhsil Nazirliyi nələr etməlidir?..- KONSEPTUAL BAXIŞ...
Oktyabrın ilk günü hava necə olacaq?
ADNSU "Alimlər portalı"nı ictimaiyyətə təqdim edib
Peşə təhsilində proqram seçimi gələcək karyeraya necə təsir edir?
Neftçalada 30 şagird müəllimsiz qalb - Direktor uşaqları evə göndərir
"Mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir" - Dövlət müəssisəsində FIRILDAQ
Buraxılış imtahanlarına yeni fənn gəlir? - AÇIQLAMA
Məktəblərdə yeni maliyyələşmə sistemi müəllim maaşlarına təsir edəcək? - AÇIQLAMA
İmtahanların elektron keçirilməsi iddialarına DİM-dən CAVAB
Kitab, dəftər, iş dəftəri… Məktəb çantaları necə yüngülləşdirilə bilər?
Uşaqlar üçün ingilis dili imtahanına qeydiyyat davam edir
Təhsil İdarəsinin hesablarına həbs qoyulub - Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq

“Azərkosmos”, BDU və Almaniyanın Hava Hüququ, Kosmos Hüququ və Kiber Hüquq İnstitutu əməkdaşlıq edəcək

“Azərkosmos”, BDU və Almaniyanın Hava Hüququ, Kosmos Hüququ və Kiber Hüquq İnstitutu əməkdaşlıq edəcək

Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos), Bakı Dövlət Universiteti (BDU) və Almaniyanın Köln Universitetinin Hava Hüququ, Kosmos Hüququ və Kiber Hüquq İnstitutu arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

BDU-dan "tehsilmedia.info"a bildirilib ki, memorandum tərəflərin Azərbaycan Respublikasında kosmos hüququ və siyasəti sahəsində beynəlxalq təcrübənin tətbiqinin inkişaf etdirilməsi məqsədilə müxtəlif fəaliyyət istiqamətləri üzrə münasibətlərin qurulması və inkişafı, elmi-tədqiqat fəaliyyətlərinin birgə həyata keçirilməsi, təkmilləşdirilməsi və qarşılıqlı maraq doğuran digər istiqamətlərdə əməkdaşlıq çərçivəsini müəyyən edir.

Memorandum tərəflər arasında elmi və humanitar sahələrdə uzunmüddətli, səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, kosmos hüququ, hava hüququ, kiberhüquq və sair əlaqəli sahələrdə qarşılıqlı informasiya mübadiləsinin aparılması, məsləhətləşmələrin həyata keçirilməsi və ekspert dəstəyinin göstərilməsi, birgə tədbirlərin (konfrans, seminar, simpozium, dəyirmi masa və s.) təşkil edilməsi və keçirilməsini nəzərdə tutur.

Tərəflərin akademik və inzibati heyətinin, bakalavriatura, magistratura və doktorantura təhsil səviyyələrində təhsilalanların qısamüddətli mübadiləsi, kosmos hüququ, hava hüququ, kiberhüquqa həsr edilmiş yerli və beynəlxalq səviyyəli tədbirlərdə iştirak üçün professor-müəllim heyətinin və digər əməkdaşların qarşılıqlı dəvət edilməsi və birgə İdarəetmə Təhsili/Sertifikat Proqramlarının hazırlanması da memorandumun şərtləri sırasındadır.

Memorandumda, həmçinin tərəflərin tədqiqat üçün bir-birlərinin maddi resurslarından (kitabxana, elektron baza, çıxışları olan internet resursları, laboratoriya və s.) istifadəsi üçün şərait yaradılması, mütəxəssis və ekspertlərin, habelə ən qabaqcıl təcrübələrin mübadiləsi, elmi-tədqiqat fəaliyyəti ilə əlaqədar təşkil edilən beynəlxalq layihələrdə birgə iştirakı, əməkdaşlarının və təhsilalanlarının elmi-tədqiqat fəaliyyətində əldə etdikləri nailiyyətlərin istehsalatda tətbiq edilməsinə dəstək göstərilməsi əks olunub.

Sənədi Azərbaycan Respublikasının Kosmik Agentliyinin İdarə Heyətinin sədri Saməddin Əsədov, BDU-nun rektoru Elçin Babayev və Almaniyanın Köln Universitetinin Hava Hüququ, Kosmos Hüququ və Kiber Hüquq İnstitutunun direktoru Stefan Hobe imzalayıblar.

Oxşar xəbərlər

Bütün xəbərlər