Xəbər lentiwidget-title-icon

ABŞ-də 4 illik universitet təhsili dəyişir
İlham Əliyev və birinci xanımın şərəfinə rəsmi nahar verilib - FOTOLAR
Çində 200 milyon şagird süni intellekt öyrənəcək
167 illik riyazi məsələ süni intellektlə isbat edilib
Məleykə Abbaszadə rektor köməkçisini işdən çıxardı
Dərsliklərdəki nöqsanların əsas səbəbi - CİDDİ YANLIŞLIQ
Tələbələrdən Məleykə Abbaszadəyə: “Sistemi dəyişin!“
İtaliyada yeni dərslik qərarı birmənalı qarşılanmayıb
IV “Maarifçi” Tələbə-Məzun Forumu keçirilib
9-cu sinifdən sonra kolleclərə qəbul ləğv edilə bilər
Uşaqların energetik içkilərə marağı artır: Nəzarət gücləndiriləcək
AMEA-nın strukturunda dəyişiklik edilib
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib
İbtidai siniflərdə imtahanlar ləğv edilə bilər? – Ekspertdən AÇIQLAMA
ATU-da universitet aktivlərinin idarə olunması rəqəmsallaşdırılıb
Paytaxt məktəblərində “Heydər Əliyev irsinin öyrədilməsi” dərslərinə start verilib
Ağdaşda gənclər arasında İİV/QİÇS-lə mübarizə maarifləndirməsi aparılıb
Məktəblilər üçün 10 mindən artıq video dərs hazırlanıb
Fənn kurikulumlarında dəyişiklik: Məzmun yükü azaldılır
Məleykə Abbaszadə BDU-da nələr edəcək? - İlk AÇIQLAMA
Agentliyə yeni şöbə müdiri təyin olunub
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin kollektivinə təqdim olunub
Abşeron-Xızı Regional Təhsil İdarəsinə yeni müdir təyin olunub
DİM təcrübəsi BDU-nun inkişafına töhfə verəcək
AzTU Pakistan universiteti ilə əməkdaşlığı genişləndirir

ABŞ-ın Vyetnam PLANI: “Bu baş versə, Rusiya və Çinin bu ölkəyə qarşı münasibəti dəyişəcək” - DETALLAR

ABŞ-ın Vyetnam PLANI: “Bu baş versə, Rusiya və Çinin bu ölkəyə qarşı münasibəti dəyişəcək” - DETALLAR

“Amerika Birləşmiş Ştatları bütün tərəfdaşlarına silah satmır. Türkiyə NATO çərçivəsində Amerikanın strateji tərəfdaşı sayılsa da, Vaşinqton Ankaranın hərbi təyyarələr almaq istəyini illərdir uzadır. ABŞ hətta Rusiya ilə müharibə aparan Ukraynaya belə hərbi təyyarə satışını son ana qədər uzadıb. Müharibə başlayan kimi Ukraynanın Amerika istehsalı “F-16” hərbi təyyarələri olsaydı, Rusiya Ukraynanın hava məkanında mütləq üstünlüyə malik olmazdı”.

Bu fikirləri “tehsilmedia.info”a açıqlamasında politoloq Elxan Şahinoğlu səsləndirib. O bildirib ki, ABŞ prezidenti Cozef Bayden Vyetnama hərbi texnika satmağı planlaşdırır: “Halbuki, Vyetnam soyuq müharibə illərində keçmiş SSRİ-nin tərəfdaşı idi. ABŞ 1960-1970-ci illər ərzində Vyetmanda müharibədə iştirak edib, bu ölkəyə tonlarla bomba atıb, nəticədə yüz minlərlə insan həlak olub. SSRİ həmin illərdə Vyetnam kommunistlərinə silah və hərbi texnika göndərirdi. Kommunist rejiminin hakim olduğu Vyetnam SSRİ-nin varisi Rusiya ilə sıx münasibətlərə malikdir. Buna baxmayaraq, Vaşinqton keçmiş düşməni Vyetnamla hərbi sahədə əməkdaşlığıa üstünlük verib. Vaşinqtonun məqsədi Vyetnamı Çin və Rusiyadan uzaqlaşdırmaqdır. Vaşinqton Vyetnama hətta “F-16” qırıcı təyyarələr satacaq. Halbuki, Amerika bu təyyarələri heç yaxın tərəfdaşlarına vermir. Vyetnamın bu təyyarələrə ehtiyacı var. Çünki Vyetnamın Çinlə müxtəlif sahələrdə münasibətlərinin olmasına baxmayaraq, Hanoy Pekinin regional siyasətindən narazıdır. Vyetnam Çinin dənizlərdə hərbi gücünü artırmasını özü üçün təhlükə kimi qiymətləndirir. Vyetnam əlindəki Rusiya silahını daha modern Amerika silahları ilə əvəz etmək istəyir. Vyetnam Amerikadan hərbi texnika və F-16 qırıcı təyyarələri alarsa, Rusiya və Çinin bu ölkəyə qarşı münasibəti dəyişəcək”.

ABŞ-ın Vyetnam PLANI: “Bu baş versə, Rusiya və Çinin bu ölkəyə qarşı münasibəti dəyişəcək” - DETALLAR

Politoloqun sözlərinə görə, Tayvan adası ətrafında da vəziyət gərgindir: “ABŞ Tayvana müasir silahlar göndərməkdə davam edir. Pekin Amerikanı Çinin daxili işlərinə qarışmaqda günahlandırır. Amerika Tayvanla hərbi təlimlərinin sayını artırıb. Tayvan isə əksinə Çinin bölgədə artan hərbi təlimlərindən narahatdır. Tayvan rəsmiləri Çinin hərbi təlimlərinin bölgədə müharibə risqini artırdığını deyiblər. Çinin dənizlərdə hərbi təlimləri Yaponiyanı da narahat edir. Çin hərbi təlimlərinin bir qismini Yaponiyanın adalarının yaxınlarında həyata keçirir. Yaponiyanın məlumatına görə, Çinin hərbi gəmiləri tez-tez Yaponiyanın dəniz ərazilərinə daxil olurlar. Çin Yaponiyaya aid bir qisim adanı mübahisəli sayır və ona görə həmin istiqamətdə hərbi gəmilərinin sayını artırıb”.

Oxşar xəbərlər

Bütün xəbərlər