Xəbər lentiwidget-title-icon

ƏDALƏT
Şirvandan gələcəyə uzanan uğur yolu — Bir müəllimin zəhməti, məzunların qüruru
Dərs bölgüsündə ədalət pozulub? – Müəllimdən rüşvət iddiası - VİDEO
Bir qərar, min sual: Elm və Təhsil Nazirliyi NİYƏ SUSUR?
Məktəblilər belə geyinməlidir
İşdən çıxdığı deyilən direktorla bağlı AÇIQLAMA
Müəllim maaşı dərs saatına görə hesablanmamalıdır - TƏKLİF
Valideynlərin qaydaları anlayışla qarşılaması vacibdir - Mütəxəssis
Uşaqları kitab oxumağa necə cəlb etmək olar?
Sabahın hava proqnozu - 11 oktyabr
"Peşə məktəbi məzunu kollec tələbəsindən daha asan iş tapır"
Geyim qaydaları dini inanclı insanların sıxışdırılması kimi qiymətləndirilməməlidir - Murad Ağalarov
Universitetə imtahansız qəbul ümidi ilə kollec seçənlərə XƏBƏRDARLIQ
İlham Əliyevdən bəzi hakimlərlə bağlı SƏRƏNCAM
Uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər tətbiq ediləcək
Məktəbli forması ilə bağlı çağırış: "Qanunu diqqətlə oxuyun"
Baş tutmayan “AİLƏ ƏMƏLİYYATI”: İzlər BŞTİ-yə aparır!
DİM-də fənlər üzrə elmi-metodik seminarlar başlanır
Peşə təhsilində kurikulumların yenilənməsi üzrə müzakirələrə başlanılıb
Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək
Beyləqanda şagirdlər qidadan zəhərləniblər
Naxçıvanda müəllimlərin sertifikatlaşdırılması üzrə müsahibələr başlayır
Dərslər başlayıb, tələbələr hələ də cədvəl gözləyir...
Prokurorluğa qəbul üzrə test imtahanı keçirilib
Nazir susur, məktəblər hərəkətə keçir: Hicab məsələsində konstitusiya NƏ DEYİR?

Naxçıvanda bir ilk - 66 müəllim müddətli müqavilə ilə işə başladı

Naxçıvanda bir ilk - 66 müəllim müddətli müqavilə ilə işə başladı

2018-ci ildən bu günədək müəllimlərin işə qəbulu üzrə müsabiqədə (MİQ) yüksək nəticə göstərən gənclərdən 1027-si müəllim, 258-i isə müxtəlif vəzifələrə olmaqla, ümumilikdə 1285 gənc kadr işlə təmin olunub.

tehsilmedia.info xəbər verir ki, Naxçıvan Muxtar Respublikası (MR) Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, 2023-2024-cü tədris ili üçün də Naxçıvan MR Təhsil Nazirliyi tərəfindən MİQ-ə müxtəlif ixtisaslar üzrə 200 vakant yer çıxarılıb, elan olunan vakansiyaya 1352 kadr qeydiyyatdan keçib.

3-14 iyul tarixlərində keçirilən MİQ imtahanında 966 namizəd keçid balını toplayıb, onlardan 136-sı ən yüksək nəticə göstərdiyindən sentyabrın 15-dən ümumtəhsil məktəblərində müəllim kimi fəaliyyətə başlayıb. Bu tədbirlərin davamı olaraq sentyabrın 14-dən ümumtəhsil müəssisələrində vakant yerlərin kadr təminatını ödəmək üçün MİQ imtahanında tutulmayan və ya yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlərin muxtar respublikada ilk dəfə olaraq müddətli müqavilə əsasında işə qəbulu prosesi həyata keçirilib. Namizədlərə Azərbaycan, ingilis, rus, alman dili, ibtidai sinif, riyaziyyat, informatika, tarix, fizika, kimya, biologiya, coğrafiya, təsviri incəsənət, musiqi, fiziki tərbiyə müəllimliyi olmaqla 138 vakant iş yeri təklif olunub.

Təklif olunan vakant yerlərdən 66-sı namizədlər tərəfindən seçilib. Onlar sentyabrın 18-dən başlayaraq ümumtəhsil məktəblərində işlə təmin olunub. Müəllimlərlə əmək müqaviləsi 18 sentyabr tarixindən bağlanılıb. 14 iyun 2024-cü il tarixdən isə müəllimlərin əmək müqaviləsinə xitam veriləcək.

Qeyd edək ki, həmin yerlər 2024-2025-ci tədris ilində keçiriləcək MİQ imtahanında vakansiyaya çıxarılacaq.

Muxtar respublikanın şəhər və rayon məktəbləri ilə yanaşı, ucqar dağ kəndlərində də yaradılan müasir təhsil infrastrukturunun nəticəsidir ki, işə qəbul edilən 66 müəllimdən 21-i stimullaşdırıcı tədbirlərin tətbiq olunduğu, 14-ü isə şəhər və rayon mərkəzlərində yaşasalar da, ucqar kənd məktəblərində işləməyə üstünlük veriblər.

Məlumat üçün bildirək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 2023-2024-cü tədris ili üçün ümumilikdə 202 müəllim işlə təmin olunub ki, onlarında əksəriyyəti gənclərdir.

Oxşar xəbərlər

Bütün xəbərlər