Xəbər lentiwidget-title-icon

ƏDALƏT
Şirvandan gələcəyə uzanan uğur yolu — Bir müəllimin zəhməti, məzunların qüruru
Dərs bölgüsündə ədalət pozulub? – Müəllimdən rüşvət iddiası - VİDEO
Bir qərar, min sual: Elm və Təhsil Nazirliyi NİYƏ SUSUR?
Məktəblilər belə geyinməlidir
İşdən çıxdığı deyilən direktorla bağlı AÇIQLAMA
Müəllim maaşı dərs saatına görə hesablanmamalıdır - TƏKLİF
Valideynlərin qaydaları anlayışla qarşılaması vacibdir - Mütəxəssis
Uşaqları kitab oxumağa necə cəlb etmək olar?
Sabahın hava proqnozu - 11 oktyabr
"Peşə məktəbi məzunu kollec tələbəsindən daha asan iş tapır"
Geyim qaydaları dini inanclı insanların sıxışdırılması kimi qiymətləndirilməməlidir - Murad Ağalarov
Universitetə imtahansız qəbul ümidi ilə kollec seçənlərə XƏBƏRDARLIQ
İlham Əliyevdən bəzi hakimlərlə bağlı SƏRƏNCAM
Uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər tətbiq ediləcək
Məktəbli forması ilə bağlı çağırış: "Qanunu diqqətlə oxuyun"
Baş tutmayan “AİLƏ ƏMƏLİYYATI”: İzlər BŞTİ-yə aparır!
DİM-də fənlər üzrə elmi-metodik seminarlar başlanır
Peşə təhsilində kurikulumların yenilənməsi üzrə müzakirələrə başlanılıb
Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək
Beyləqanda şagirdlər qidadan zəhərləniblər
Naxçıvanda müəllimlərin sertifikatlaşdırılması üzrə müsahibələr başlayır
Dərslər başlayıb, tələbələr hələ də cədvəl gözləyir...
Prokurorluğa qəbul üzrə test imtahanı keçirilib
Nazir susur, məktəblər hərəkətə keçir: Hicab məsələsində konstitusiya NƏ DEYİR?

Akademik İsa Həbibbəyli fəlsəfə fənni üzrə qəbul imtahanının gedişatı ilə tanış olub

Akademik İsa Həbibbəyli fəlsəfə fənni üzrə qəbul imtahanının gedişatı ilə tanış olub

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) fəlsəfə fənni üzrə qəbul imtahanı keçirilib.

AMEA-dan "tehsilmedia.info"a bildirilib ki, imtahanda Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş xarici dil üzrə qəbul imtahanından müvəffəqiyyət əldə etmiş, iki nəfər kənar təşkilatdan olmaqla, 51 iddiaçı iştirak edib. AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən imtahanda iştirakçıların hər birinə 50 test tapşırığı təqdim edilib.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli imtahan prosesi ilə tanış olub.

İddiaçılar qarşısında çıxış edən akademik İsa Həbibbəyli ölkəmizdə elm xadimlərinə daim böyük diqqətin göstərildiyini, dövlətimizin başçısının müvafiq Sərəncamı ilə doktorantların və magistrantların təqaüdlərinin artırıldığını söyləyib. Qeyd edib ki, son illərdə həyata keçirilən məqsədyönlü addımlar sayəsində gənclərin elmə marağı artıb və bu il xarici dil imtahanından keçən iddiaçıların sayının ötən illərlə müqayisədə yüksək olması bunun bariz göstəricisidir: “Bu, o deməkdir ki, gənclər özlərini elmdə görmək istəyirlər. AMEA-nın magistraturasını bitirənlərin 70 faizi bu gün öz fəaliyyətini AMEA-da davam etdirir”.

Akademik İsa Həbibbəyli bu gün Qarabağda ölkə başçısının rəhbərliyi altında “Böyük Qayıdış” prosesinin həyata keçirildiyini, böyük quruculuq işlərinin görüldüyünü söyləyib, intellektual gəncliyin xalqımızın gələcəyi olduğunu bildirib və onlara öz tövsiyələrini verib.

Həmçinin AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva və professor İlham Məmmədzadə çıxış edərək elmin, təhsilin xalqımızın, dövlətimizin gələcəyindəki roluna toxunub, gənclərə tövsiyələrini verərək uğurlar arzulayıblar.

İmtahan prosesini AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri, dosent Hüseyn Hüseynov, İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov və Mərkəzi Elmi Kitabxananın baş direktoru professor Məmməd Əliyev də izləyiblər.

Qeyd edək ki, fəlsəfə fənni üzrə imtahandan müvəffəqiyyətlə keçən iddiaçılar növbəti mərhələyə buraxılacaqlar.

Oxşar xəbərlər

Bütün xəbərlər