Xəbər lentiwidget-title-icon

Gəray Gəraybəyli: Kafedra müdirlərinin məsuliyyəti artırılmalıdır
35 saylı peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək?- RƏSMİ AÇIQLAMA
Biologiya fənni üzrə seçim imtahanı keçiriləcək!
Məktəbə necə gedək ki, həm vaxta, həm pula qənaət edək?
İlham Əliyev “Təhsil 1 nömrəli prioritetdir” deyirsə, hökumət, Elm və Təhsil Nazirliyi nələr etməlidir?..- KONSEPTUAL BAXIŞ...
Oktyabrın ilk günü hava necə olacaq?
ADNSU "Alimlər portalı"nı ictimaiyyətə təqdim edib
Peşə təhsilində proqram seçimi gələcək karyeraya necə təsir edir?
Neftçalada 30 şagird müəllimsiz qalb - Direktor uşaqları evə göndərir
"Mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir" - Dövlət müəssisəsində FIRILDAQ
Buraxılış imtahanlarına yeni fənn gəlir? - AÇIQLAMA
Məktəblərdə yeni maliyyələşmə sistemi müəllim maaşlarına təsir edəcək? - AÇIQLAMA
İmtahanların elektron keçirilməsi iddialarına DİM-dən CAVAB
Kitab, dəftər, iş dəftəri… Məktəb çantaları necə yüngülləşdirilə bilər?
Uşaqlar üçün ingilis dili imtahanına qeydiyyat davam edir
Təhsil İdarəsinin hesablarına həbs qoyulub - Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT

Uşaqları tərbiyə edərkən bu məqamlara fikir verin

Uşaqları tərbiyə edərkən bu məqamlara fikir verin

Təlim və tərbiyə bir-biri ilə vəhdət təşkil edir. Pedaqogikada məlum olduğu kimi yaş psixologiyası mövcuddur. Hər yaş mərhələsi bir-biri ilə bağlılıq təşkil edir. Yəni, sən uşağa 5 yaşında doğru yanaşma edə bilmirsənsə, bu mütləq özünü 10 yaşında göstərir.

Uşaqların təlim-tərbiyəsi ilə bağlı valideynləri narahat edən əsas məsələləri nəzərdən keçirək:

1. “Oxuyuram, amma yadımda qalmır “

Bu, əsas problemlərin başında gəlir. Valideynlər ilk olaraq düşünür , övladının hafizə zəifliyi var. Əlbəttə, bunu övladına hiss etdirdiyi vaxtdan sonra övladı daha da bu bəhanəyə qaçmağa başlayır. (Çünki artıq ailəsinə bunu qəbul elətdirib).

‌Valideyn ilk olaraq bu məsələ ilə bağlı , ümumiyyətlə, övladının yanında heç bir fikir söyləməməlidir. Bir müddət müşahidə aparmalıdır . Övladında daxili motivasiya yaratmaq çox vacibdir.

2. “Oxuyana şokolad, oxumayana şapalaq”

B‌u yanaşma, təəssüf ki, bu gün bəzi ailələrdə ən önəmli ”tərbiyə metodu” kimi öz işini görür. Bu, tamamilə yanlış bir yanaşmadır. “Oxu sənə onu alacam, bu iş üçün sənə icazə verəcəm”, – deyə-dəyə gələcək üçün rüşvətxor insanlar hazırlayırsınız.

3. Övladınıza sual verin: “Niyə oxuyursan?”

Yəqin ki, sizə fərqli cavablar veriləcək. Burda üç cavab eşidəcəksiniz. 1-ci qrup uşaqlar – filan peşəyə sahib olacam ( bu uşaqlarda ilkin məqsəd var və bunun üçün onlara dəstək olmalısınız ). 2-ci qrup uşaqlar – nə olacağını bilmir, düşünün bir yol gedirsiniz , amma məqsəd yoxdur. Məqsədsiz yeriyən insanlar çox tez yorulur. 3-cü qrup uşaqlar -“Oxuyub adam olacam”. Bu isə ən dəhşətli cavabdır. Onlara izah edin ki , oxumadan da adam olmaq olur. Söyləməsi gərəkən “oxuyub adam olacam yox , oxuyub adamların həyatın yaxşıya doğru dəyişəcəm.”

‌4. “Övladıma nə qədər azadlıq verməliyəm?”

‌Bu gün əksər valideynlərdə bir düşüncə var: “Getmə gözümdən, gedərəm özümdən “. Bu düşüncə ilə uşaq böyüdülür. Heç bir yerə getməsinə, tək iş görməsinə , öz ayağı üstündə durmağına heç zaman imkan yaradılmır . Bəs sonra nə olur?

‌Həmin uşaq böyüyür. Valideyn nəzarətindən qopur. Uşaqlıqda dada bilmədiyi edə bilmədiyi hər şeyi birdən etməyə başlayır. Bu çox mənfi hadisələrə səbəb olur.

‌5. Valideyn güvəni övladının həyatında nələri dəyişə bilər?

Uşaq vaxtı qonşumuzun əlində bir neçə qurumaqda olan balaca ağac ilə zibilliyə yaxınlaşdığını görmüşdüm. O qurumaqda olan, həyatdan əl üzmüş ağaclardan birini zibilliyə atmasını qoymayıb, alıb həyətimizə gətirdim. Yolda onu nə edəcəyimi soruşanlara əkəcəyəm cavabın verəndə hamısı gülüb “uşaqdı”- deyib gedirdilər. Həyətə gətirəndə atamdan ağacı əkmək üçün kömək istədim. Atam da ağacın yetişəcəyinə ümid etmədən mənə kömək etdi. Hər dəfə yeri qazdıqca o ağacın həyata tutunacağına daha da inanırdım. Hər gün ağaca su verməyə başladım… O ağac həyatımızdakı ən yaşıl ağacdır.

Bu ağac yaşıllaşmağa başladığı an mən həyata daha çox inanmışdım. Bu ağac mənim uşaqlıqda aldığım ən böyük dərs idi.

Oxşar xəbərlər

Bütün xəbərlər