Xəbər lentiwidget-title-icon

XVIII Elmi və Praktiki Onlayn Konfrans "Açıq Təhsil və Regional İnkişaf: Yeni Nəsil İnstitusional Modeli" bu gün başladı!
Məktəb direktorlarının telefonları əllərindən alındı, üst-başları yoxlanıldı
Məleykə Abbaszadədən pulsuz təhsillə bağlı mühüm AÇIQLAMA
Universitet məzunu iş axtarmalıdır, yoxsa iş yaratmalı?
Ödənişli qəbul olunan 1000-dən çox tələbə pulsuz təhsil alacaq
Riyaziyyat fənni üzrə seçim imtahanı keçiriləcək
Nazir müavini Qəbələdə vətəndaşları qəbul edəcək
3, yoxsa 1 medal, İlqar Bayramlı? - Şanxaya şəkil çəkdirməyə getmək dövlətə neçəyə başa gəldi? - FOTO
"Müəllimlərin maaşı mənim dövrümə nisbətən artıb" - Misir Mərdanov
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
Süni intellektdən bu üsullarla yararlanın - Müəllim və şagirdlərə TÖVSİYƏ
Yumurta, çek və 25 manatlıq “məhəbbət”: Müəllimlər Gününüz Mübarək!
Kimya fənni üzrə seçim imtahanı keçiriləcək
Nazir müavini Tərtərdə vətəndaşları qəbul edəcək
DİM-də TOEFL iBT imtahanı keçiriləcək
MDU-da müasir tədris üçün yeni İMKANLAR
“Zəif maliyyələşən elm və təhsil rəqabətədavamlı ola bilməz...”- EKSPERT
Azad edilən torpaqlarda çalışan müəllimlərlə görüşlər keçirilib
Türkiyə-Azərbaycan Universitetinin rektoru Hacettepe Universitetində görüşlər keçirib
"Son 10 ildə fənn müəllimlərində irəliyə doğru köklü dəyişikliklər var" - Emin Əmrullayev
195 magistrant təhsil haqqından azad EDİLDİ
23 Çin vətəndaşı Azərbaycanda təhsil alacaq
"Türkiyə ilə Azərbaycanın arasına nifaq salmaq istəyənlər var" - Sabir Rüstəmxanlıdan sərt MESAJ
"Bir-birimizi tərifləmək əvəzinə, problemləri həll etməliyik" - Emin Əmrullayevdən sərt XƏBƏRDARLIQ
Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçiləri təltif ediliblər

ADMİU və İstanbul Nişantaşı Universiteti əməkdaşlıq edəcək

ADMİU və İstanbul Nişantaşı Universiteti əməkdaşlıq edəcək

Türkiyənin İstanbul Nişantaşı Universitetinin nümayəndələri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olublar.

Bu barədə "tehsilmedia.info"a ADMİU-dan məlumat verilib.

ADMİU-nun rektoru professor Ceyran Mahmudova ilə keçirilən görüşdə bu il 100 illik yubileyi qeyd edilən universitetin hər zaman beynəlxalq əlaqələrə önəm verdiyi, xüsusən Türkiyənin bir sıra universitetləri ilə əməkdaşlığın mövcud olduğu diqqətə çatdırılıb.

Görüşə onlayn qatılan Nişantaşı Universitetinin rektoru professor Şenay Yalçın dəfələrlə Azərbaycanda olduğunu və ölkəmizi çox sevdiyini bildirib, ADMİU ilə əməkdaşlığın yaranmasından məmnunluğunu vurğulayıb. Rektor qeyd edib ki, İstanbul Nişantaşı Universiteti “Is This The Real?” (Bu gerçəkdirmi?) film festivalı çərçivəsində qonaq ölkə olaraq Azərbaycanı seçib. Festivalın əsas məqsədi dost və qardaş ölkə Azərbaycanın kino sənətinin kinosevərlərə tanıdılması, yeni filmlərin dəyərləndirilməsi və Azərbaycanın kino tarixi, kino sənəti haqqında məlumatların Türkiyə auditoriyasına çatdırılmasıdır. Bu mənada İstanbul Nişantaşı Universiteti və ADMİU-nun birgə keçirəcəyi beynəlxalq festival Azərbaycan kinosunun təbliği baxımından mühüm hadisədir. Festivalda ADMİU-nun professor-müəllim heyəti və tələbələri fəal iştirak edəcək. Mütəxəssislərdən biri festivalın münsiflər heyətində təmsil olunacaq. Bununla yanaşı, ADMİU-nun Audiovizual sənətlər fakültəsinin əməkdaşları Nişantaşı Universitetinin tələbələri üçün ustad dərsi, seminarlar və təlimlər keçirəcək. Festivalda, həmçinin Azərbaycanı təmsil edən filmlərin nümayişi nəzərdə tutulub. Bu əməkdaşlığın yaxın gələcəkdə birgə həyata keçiriləcək önəmli işlərin, layihələrin təməli olduğunu deyən Ş.Yalçın iki universitetin əlaqələrinin qardaş ölkələrin mədəni əlaqələrinin genişlənməyində də faydalı olacağına inandığını əlavə edib.

Daha sonra iki universitet arasında əməkdaşlıq memorandumu imzalanıb.

Oxşar xəbərlər

Bütün xəbərlər