Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL iBT imtahanı keçirilib.
DİM-dən "tehsilmedia.info"a bildirilib ki, imtahanda 15 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
Növbəti TOEFL iBT imtahanının iyulun 22-də keçirilməsi nəzərdə tutulur.
Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumat DİM-in saytında yerləşdirilib.




























