Xəbər lentiwidget-title-icon

XVIII Elmi və Praktiki Onlayn Konfrans "Açıq Təhsil və Regional İnkişaf: Yeni Nəsil İnstitusional Modeli" bu gün başladı!
Məktəb direktorlarının telefonları əllərindən alındı, üst-başları yoxlanıldı
Məleykə Abbaszadədən pulsuz təhsillə bağlı mühüm AÇIQLAMA
Universitet məzunu iş axtarmalıdır, yoxsa iş yaratmalı?
Ödənişli qəbul olunan 1000-dən çox tələbə pulsuz təhsil alacaq
Riyaziyyat fənni üzrə seçim imtahanı keçiriləcək
Nazir müavini Qəbələdə vətəndaşları qəbul edəcək
3, yoxsa 1 medal, İlqar Bayramlı? - Şanxaya şəkil çəkdirməyə getmək dövlətə neçəyə başa gəldi? - FOTO
"Müəllimlərin maaşı mənim dövrümə nisbətən artıb" - Misir Mərdanov
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
Süni intellektdən bu üsullarla yararlanın - Müəllim və şagirdlərə TÖVSİYƏ
Yumurta, çek və 25 manatlıq “məhəbbət”: Müəllimlər Gününüz Mübarək!
Kimya fənni üzrə seçim imtahanı keçiriləcək
Nazir müavini Tərtərdə vətəndaşları qəbul edəcək
DİM-də TOEFL iBT imtahanı keçiriləcək
MDU-da müasir tədris üçün yeni İMKANLAR
“Zəif maliyyələşən elm və təhsil rəqabətədavamlı ola bilməz...”- EKSPERT
Azad edilən torpaqlarda çalışan müəllimlərlə görüşlər keçirilib
Türkiyə-Azərbaycan Universitetinin rektoru Hacettepe Universitetində görüşlər keçirib
"Son 10 ildə fənn müəllimlərində irəliyə doğru köklü dəyişikliklər var" - Emin Əmrullayev
195 magistrant təhsil haqqından azad EDİLDİ
23 Çin vətəndaşı Azərbaycanda təhsil alacaq
"Türkiyə ilə Azərbaycanın arasına nifaq salmaq istəyənlər var" - Sabir Rüstəmxanlıdan sərt MESAJ
"Bir-birimizi tərifləmək əvəzinə, problemləri həll etməliyik" - Emin Əmrullayevdən sərt XƏBƏRDARLIQ
Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçiləri təltif ediliblər

"Emin Əmrullayev ciddi səhvə yol verir" - FOTO

"Emin Əmrullayev ciddi səhvə yol verir" - FOTO

Təhsil eksperti İlham Əhmədov elm və təhsil naziri Emin Əmrullayevin "mən hesab edirəm ki, plagiatı sübut edilmiş adamın elmi fəaliyyəti ömürlük qadağan olunmalıdır. Bunun başqa yolu yoxdur" fikirlərinə münasibət bildirib.

tehsilmedia.info xəbər verir k, o, mövzu ilə bağlı "Tehsil.biz"ə danışaraq nazirin ciddi səhvə yol verdiyini deyib.

"Hiss olunur ki, ölkənin elmi mühitindən, alimlərin həyat şəraitindən, onların sosial vəziyyətindən xəbərsizdir, ya da olan-qalan elmi də bu yolla məhv etmək istəyir", - deyə bildirən İlham Əhmədov deyib ki, ölkədə plagiatdan gen-bol faydalanan elə Elm və Təhsil Nazirliyidir:

"Nazir bilməlidir ki, son 30 ildə nazirliyin hazırladığı bir çox strategiyalar, qanunlar, təlimatlar, əsasnamələr, kurikulumlar, fənn proqramları, standartlar, tədris planları, dərsliklər, innovasiyalar və s. məhz plagiat olub. Əksəriyyəti də rus dilindən keyfiyyətsiz tərcümə. Nazir bunları niyə bilmir? Bilirsə və alimləri plagiatda günahlandırırsa, onda şüşə evdə oturub, başqalarının daş evinə niyə daş artır? Hətta nazirliyə ekspertlərin təqdim etdiyi maraqlı təhsil layihələri də məmurlar ustalıqla, “özününküləşdirir” və dövriyyəyə buraxırlar. Şəxsən şahidi olmuşam. Məncə nazir bunları bilmir. Çünki təhsilin belə incəliklərini öyrənməyə gənc nazirin hələ vaxtı olmayıb".

"Emin Əmrullayev ciddi səhvə yol verir" - FOTO

Ekspert başqa ölkələrin təhsil sahəsində illər ərzində hazırladığı və buna milyonlarla dollar sərf etdiyi elmi-metodik, tədris metodik materialları, təhsil fəaliyyətinin hüquqi təminat məsələlərini, bizim təhsil sistemi 1 manat belə xərcləmədən plagiatla nail olduğunu bildirib:

"Çox vaxt heç bu sənədlərin mahiyyətini dərk etmədən,  yarı-yarımçıq kopiyalayıb, teztələsik tərcümə edib, dövriyyəyə buraxıblar.  Məsələn, 25 il əvvəl, Rusiya Federasiyasının əyalət universiteti 1 ixtisas üzrə magistratura pilləsinə keçid üçün, onun tədris metodik təminatını hazırlamaq üçün 1 tədris ilində 1,5 milyon dollar xərcləyib. Biz də o vaxtlar magistratura pilləsinə keçid etdik 100-dən artıq ixtisas üzrə. Bu iş  3-4 ay ərzində “həll edildi”. Təbii ki, tədris metodik təminata 1 manat belə  xərcləmədən. İstifadə edilən bütün bu tədris metodik təminat təbii ki, tam plagiat idi. Nazir bir müddət əvvəl plagiatlığı elmdə əxlaqsızlıq adlandırırdı. Bəs nazirliyin plagiator olmasına nə ad verək? "Elmi fəaliyyəti qadağan etmək”.  Bu nəsə yeni ideyadır. Mən heç vaxt belə qadağa növü haqqında eşitməmişəm. Necə yəni elmi fəaliyyəti qadağan edək? Guya elmi fəaliyyət lisenziya ilə, sertifikasiya ilə tənzimlənir. Kimin savadı, səviyyəsi və həvəsi varsa, elmlə məşğul olacaq, işini də heç burada da yox, xaricdə dərc etdirəcəkdir. Alınan nəticə hər şeyi həll edir. Buna nə qadağa ola bilər?"

Oxşar xəbərlər

Bütün xəbərlər