Xəbər lentiwidget-title-icon

Paytaxtda yeni uşaq bağçası istifadəyə verilib
Şagird sayına görə məktəblərdə psixoloq ştatı BÖLGÜSÜ
Xarici diplomlar üçün tərcümə və notarial təsdiq tələb olunmayacaq
Naxçıvanda IX siniflər üçün qiymətləndirmə monitorinqi keçirilib
"BilBacar" müsabiqəsinin I hazırlıq mərhələsi başladı!
İki kollecdə direktor müavinləri vəzifəsinə yeni TƏYİNATlAR
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
QS Avrasiya Forumu ilk dəfə ADNSU-da keçiriləcək
Goranboyda məktəb direktoru vəzifəsinə təyinat olub
Kənd məktəblərində müəllim və şagird sayında ciddi AZALMA
Məktəblərdə payız tətili başa çatıb
ABŞ-də 4 illik universitet təhsili dəyişir
İlham Əliyev və birinci xanımın şərəfinə rəsmi nahar verilib - FOTOLAR
Çində 200 milyon şagird süni intellekt öyrənəcək
167 illik riyazi məsələ süni intellektlə isbat edilib
Məleykə Abbaszadə rektor köməkçisini işdən çıxardı
Dərsliklərdəki nöqsanların əsas səbəbi - CİDDİ YANLIŞLIQ
Tələbələrdən Məleykə Abbaszadəyə: “Sistemi dəyişin!“
İtaliyada yeni dərslik qərarı birmənalı qarşılanmayıb
IV “Maarifçi” Tələbə-Məzun Forumu keçirilib
9-cu sinifdən sonra kolleclərə qəbul ləğv edilə bilər
Uşaqların energetik içkilərə marağı artır: Nəzarət gücləndiriləcək
AMEA-nın strukturunda dəyişiklik edilib
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib
İbtidai siniflərdə imtahanlar ləğv edilə bilər? – Ekspertdən AÇIQLAMA

Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTO

Oktyabrın 26-da Şamaxı şəhərindəki Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub.

Tehsilmedia.org xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva açılış mərasimində iştirak edib, burada yaradılan şəraitlə tanış olublar.

Heydər Əliyev Fondu tərəfindən inşa edilən həmin məktəbəqədər təhsil müəssisəsi 110 yerlikdir. Burada qızlar və oğlanlar üçün ayrı-ayrı korpuslarda yataq otaqları, eləcə də qrup, informatika və tibb otaqları, musiqi və gimnastika zalları, qarderob, yeməkxana var.

Məktəbəqədər müəssisə zəruri mebel və avadanlıqlarla, qrup otaqları isə əyani vəsaitlərlə tam təchiz edilib.

Uşaqların istirahəti üçün söhbətgahlar qurulub, oyun attraksionları olan meydança yaradılıb.

Körpələr evi-uşaq bağçasının müdiri Səidə Zahidova AZƏRTAC-a açıqlamasında bildirib ki, 1969-cu ildə tikilən köhnə bağça binası istifadəyə yararsız olduğundan yeni binaya ehtiyac yaranmışdı. Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni körpələr evi-uşaq bağçasında uşaqlar altı qrupda təlim-tərbiyə prosesinə cəlb olunacaqlar.

Ölkəmizdə yeni uşaq tərbiyə müəssisələrinin inşası, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulması ilə bağlı həyata keçirilən Dövlət proqramları ilə yanaşı, Heydər Əliyev Fondu da fəaliyyətində bu sahəni daim diqqətdə saxlayır. 2014-cü ildən bəri Fond “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramını həyata keçirərək uşaqların təlim-tərbiyəsinə, onların bilikli və savadlı yetişmələrinə öz töhfəsini verir. Proqramın icrası paytaxt Bakı ilə yanaşı, regionları da əhatə edir. Həmin regionlar arasında Şamaxı da yer alır. Ümumiyyətlə, son illərdə Şamaxıda bir sıra yeni körpələr evi-uşaq bağçaları, məktəblər inşa edilərək istifadəyə verilib.

Oxşar xəbərlər

Bütün xəbərlər