Xəbər lentiwidget-title-icon

ƏDALƏT
Şirvandan gələcəyə uzanan uğur yolu — Bir müəllimin zəhməti, məzunların qüruru
Dərs bölgüsündə ədalət pozulub? – Müəllimdən rüşvət iddiası - VİDEO
Bir qərar, min sual: Elm və Təhsil Nazirliyi NİYƏ SUSUR?
Məktəblilər belə geyinməlidir
İşdən çıxdığı deyilən direktorla bağlı AÇIQLAMA
Müəllim maaşı dərs saatına görə hesablanmamalıdır - TƏKLİF
Valideynlərin qaydaları anlayışla qarşılaması vacibdir - Mütəxəssis
Uşaqları kitab oxumağa necə cəlb etmək olar?
Sabahın hava proqnozu - 11 oktyabr
"Peşə məktəbi məzunu kollec tələbəsindən daha asan iş tapır"
Geyim qaydaları dini inanclı insanların sıxışdırılması kimi qiymətləndirilməməlidir - Murad Ağalarov
Universitetə imtahansız qəbul ümidi ilə kollec seçənlərə XƏBƏRDARLIQ
İlham Əliyevdən bəzi hakimlərlə bağlı SƏRƏNCAM
Uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər tətbiq ediləcək
Məktəbli forması ilə bağlı çağırış: "Qanunu diqqətlə oxuyun"
Baş tutmayan “AİLƏ ƏMƏLİYYATI”: İzlər BŞTİ-yə aparır!
DİM-də fənlər üzrə elmi-metodik seminarlar başlanır
Peşə təhsilində kurikulumların yenilənməsi üzrə müzakirələrə başlanılıb
Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək
Beyləqanda şagirdlər qidadan zəhərləniblər
Naxçıvanda müəllimlərin sertifikatlaşdırılması üzrə müsahibələr başlayır
Dərslər başlayıb, tələbələr hələ də cədvəl gözləyir...
Prokurorluğa qəbul üzrə test imtahanı keçirilib
Nazir susur, məktəblər hərəkətə keçir: Hicab məsələsində konstitusiya NƏ DEYİR?

ƏDALƏT

Biz illərdir təhsildə baş verən nöqsanlara, yanlışlıqlara və cəmiyyətin gələcəyinə vurulan zərbələrə qarşı sözümüzü demişik. Çünki təhsil bir nazirin, bir məmurun, yaxud hansısa vəzifə sahibinin şəxsi mülkü deyil. Təhsil bu xalqın gələcəyidir, dövlətin sabahıdır, valideynlərin ümididir.

Biz susmadıq. Gördüklərimizi yazdıq, suallar verdik, cavab tələb etdik. Bəzən qarşımıza sədd çəkildi, bəzən sözümüzü eşitmək əvəzinə bizi gözdən salmağa çalışdılar. Hətta həqiqətin arxasınca gedənləri qeyri-ciddi adam, jurnalistikanın adını ləkələyənləri isə özlərini media nümayəndəsi kimi təqdim edənlərin yanında, bizi də reket adlandırmağa cəsarət edənlər tapıldı. Amma bir həqiqəti unutdular: insanın adını ləkələməyə çalışmaq onun dediyi həqiqəti yox etmir.

Əgər qaldırdığımız məsələlər əsassızdırsa, buyurun, faktlarla cavab verin! Əgər yazdıqlarımız yanlışdırsa, sənədlərlə təkzib edin! Jurnalisti etiketləmək, onu gözdən salmağa çalışmaq, ictimai suallardan yayınmaq heç bir problemi həll etmir. Əksinə, cavabsız qalan hər sual cəmiyyətdə daha böyük şübhələr yaradır.

Biz heç kimin kreslosuna göz dikməmişik, heç kimin qarşısında baş əymək üçün qapı döyməmişik. Bizim tələbimiz sadədir: təhsilə cavabdeh olanlar gördükləri işə görə hesabat versinlər, dövlətin vəsaiti xərclənirsə, onun nəticəsi də göstərilsin, məktəblərdə problem varsa, onun üstü örtülməsin.

Bəli, bəzən həqiqəti söyləyənlərə həqiqətin özündən daha sərt münasibət göstərilir. Çünki bəzi adamlar tənqidi eşitməkdənsə, tənqid edənin adını müzakirəyə çıxarmağı üstün tuturlar. Beləcə, problemin mahiyyəti unudulur, diqqət onu gündəmə gətirənə yönəldilir. Ancaq biz bir şeyi yaxşı bilirik: bu gün deyilən söz sabah sənədə, fakt isə tarixə çevrilə bilər. Vəzifələr dəyişər, insanlar gedər, kürsülər boşalar. Amma görülən işlər, verilən qərarlar və cavabsız qalan suallar öz izini saxlayar.

Bizim mübarizəmiz şəxslərlə deyil, haqsızlıqla; məqsədimiz kimisə gözdən salmaq deyil, təhsildəki problemləri üzə çıxarmaqdır.

Ədalət istəyiriksə, əvvəlcə həqiqətdən qorxmamalıyıq. Jurnalistin sual verməsini təhqir sayanlar bilməlidirlər ki, ictimai nəzarət düşmənçilik deyil. Tənqid isə düşmənçilikdən yox, məsuliyyətdən doğanda cəmiyyətin xeyrinədir.

Və nəhayət, bir daha deyirəm: bizi necə adlandırmaları yox, hansı həqiqətləri üzə çıxarmağımız önəmlidir. Bizim adımıza kölgə salmağa çalışanlar özlərini müdafiə edə bilərlər, amma təhsilin sabahı ilə bağlı sualları susdura bilməzlər. Çünki ədalət kiminsə bizə verdiyi imtiyaz deyil. Ədalət bizim haqqımızdır. Həqiqəti demək isə nə cinayətdir, nə də utanılacaq bir iş.

Susmağımızı gözləyənlərə bir sözümüz var: biz şəxslərin qarşısında deyil, həqiqətin yanında dayanmışıq. Və həqiqətin yanında dayanmaqdan utanmayacağıq.

Oxşar xəbərlər

Bütün xəbərlər