Xəbər lentiwidget-title-icon

Noyabrda 11 gün iş olmayacaq
Təhsil ekspertimiz Rusiya və Çinin təşkilatçılığıyla beynəlxalq onlayn konfransda təqdimatla çıxış edib
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq - EKSKLÜZİV
Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlanıb
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yeni layihəyə start verilir
AzTU "SABAH.city"də süni intellekt əsaslı mərkəz yaradacaq
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir
Bunlar oyuncaq sayılmayacaq – Texniki reqlament təsdiqlənib
UNEC tələbələrinə master-klass keçilib
Anar İsgəndərov: “Ali təhsil haqqında” qanunun qəbulu gecikməyib
Bağça müdiri yol verdiyi nöqsanlara görə işdən çıxarıldı
Baş örtüyü məsələsi: Gəlin, məsələyə emosiya ilə yox, qanunla baxaq
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
Mükafat və maaş əlavələri ilə bağlı tarix dəyişdirildi
Polşada məktəbə hücum: 7 nəfər yaralanıb
DİM və Baş Prokurorluq prokurorluqda iş üçün test imtahanı keçirəcək
Həsən Həsənli Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
Peşə təhsili müəssisələrinin psixoloq və direktor müavinləri üçün təlimlər keçirilib
Müəllimlərə “nə geyinmək olar?” qaydası: Kişi və qadınlar üçün SİYAHI - QƏRAR
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tələbə və məzunlar üçün iş imkanları qrupu yaradıb
NDU-nun yenilənmiş rəsmi internet saytının təqdimatı keçirilib - FOTO
Bakı məktəblərində yeni layihə həyata keçirilir
Dövlət sifarişli yerlər niyə boş qalır? – DİM sədri açıqladı
TAU və AzTU-nun rektorları Türkiyədə yeni tədris ilinin açılış tədbirində iştirak ediblər
""Uşaqdır, dalaşdı, barışar" yanaşması təhlükəli laqeydliyə çevrilə bilər" - Əməkdar müəllimdən sərt AÇIQLAMA

Təhsil ekspertimiz Rusiya və Çinin təşkilatçılığıyla beynəlxalq onlayn konfransda təqdimatla çıxış edib

lham Əhmədov: "Bu konfransın nəticələri bizim ölkəmiz üçün də çox aktualdır. Açıq təhsilin, distant təhsilin inkişafı, eləcə də universitetlərin transformasiya problemləri bu gün dünya universitetlərinin diqqət mərkəzindədir. Gec də olsa, Azərbaycanda da..."

Oktyabrın 6-7-də Rusiya Federasiyası və Çin Xalq Respublikasının təhsil müəssisələrinin təşkilatçılığı ilə “Açıq təhsil və regional inkişaf: yeni nəsil institusional model” mövzusunda XVIII elmi-praktik onlayn konfrans keçirilib. İki gün davam edən konfransda RF, ÇXR və digər ölkələrdən olan alim, pedaqoq, idarəçi və tədqiqatçılar iştirak ediblər.

Moderator.az bu haqda Rusiya mediasına istinadla xəbər verir.

Aparıcı ekspertlər, pedaqoqlar, idarəçilər və tədqiqatçılar təhsilin gələcəyini, təhsildə süni intellektin tətbiqini, kadr hazırlığının yeni modellərini və regionların insan kapitalının inkişafını müzakirə etmək üçün vahid rəqəmsal platformada bir araya gəliblər.

Müasir dövrdə regionların rəqabət qabiliyyəti onun insan kapitalının keyfiyyəti, istedadların inkişafı, innovasiya potensialı, peşə hazırlığı və yeni texnologiyalara adaptasiya qabiliyyəti ilə sıx əlaqəlidir. Bu konfransın əsas ideyası – açıq təhsilin yeni nəsil təşkilati modeli təhsil müəssisələrinin ənənəvi funksiyalarının yenidən nəzərdən keçirilməsini tələb edir.

Konfransın plenar iclasında Çinin təhsil təcrübəsi təqdim olunub. ÇXR Çuntsin şəhərinin Çanşa Kosmik Məktəbinin direktoru Lyao Vançjun müasir dövrün yeni istedadlarının yetişdirilməsi və aerokosmik sənayenin inkişafı haqqında məruzə ilə çıxış edib.

ÇXR-in Hubey əyalətinin Xançuan şəhərində yerləşən Orta Texniki - Peşə Məktəbinin partiya təşkilatı katibi Han Yanbin Çin Xalq Respublikasında peşə təhsili sahəsindəki təcrübə və tətbiq olunan praktikalar barədə məlumat verib.

Uğurlu haldır ki, onlayn konfransda Azərbaycan da təmsil olunub. Konfransın ilk günündə “Peşə təhsili və regional inkişaf çağırışları” bölməsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, tanınmış təhsil eksperti İlham Əhmədov “Universitetlərin pedaqoji və təşkilati transformasiyası” mövzusunda təqdimat edib. ADPU dosenti rəqəmsal texnologiyalar və generativ süni intellektin sürətli inkişafı dövründə universitetlərin pedaqoji və təşkilati transformasiyasının əsas istiqamətləri haqqında danışıb. O, qeyd edib ki, müasir universitetlərin transformasiyası yalnız rəqəmsal infrastrukturun, LMS və elektron xidmətlərin tətbiqi ilə məhdudlaşmamalı, təhsil, elmi-tədqiqat və idarəetmə fəaliyyətləri sistemli şəkildə dəyişdirilməlidir.

Mütəxəssis daha sonra bildirib ki, universitetlərin pedaqoji transformasiyası elmi problem kimi xüsusi olaraq tədqiq edilməlidir. Pedaqoji modelin biliklərin ötürülməsindən tənqidi düşünmə, sual vermə, tədqiqat aparma, real problemlərin həlli və yeni bilik yaratmağa prosesi diqqətdə saxlanılmalıdır. Tələbə nailiyyətlərinin qiymətləndirilməsində isə nəticə ilə yanaşı, öyrənmə prosesi və səriştələrin formalaşması sübut əsaslı olmalıdır. Universitet müəllimi fənn, pedaqoji, rəqəmsal və tədqiqat səriştələrini inteqrasiya etməlidir. Təşkilati transformasiya şaquli idarəetmədən çevik, üfüqi əməkdaşlığa və məlumatəsaslı qərarverməyə keçidi nəzərdə tutur.

Təqdimatın sonunda konfrans iştirakçıları Azərbaycan aliminə suallar ünvanlayıb və bu maraqlı məruzə ətrafında müzakirələr aparıblar.

Moderator.az əməkdaşı ilə söhbətində İlham Əhmədov bildirib ki, bu konfransın nəticələri bizim ölkəmiz üçün də çox aktualdır. Açıq təhsilin, distant təhsilin inkişafı, eləcə də universitetlərin transformasiya problemləri bu gün dünya universitetlərinin diqqət mərkəzindədir. Gec də olsa, bizim ölkəmizdə də bu məsələlər ali təhsil islahatının mərkəzi mövzusuna çevrilməlidir...

https://rutube.ru/video/a0f72630f491fc1850a2fecbffff0b57/?r=plemwd

Oxşar xəbərlər

Bütün xəbərlər