Xəbər lentiwidget-title-icon

Gəray Gəraybəyli: Kafedra müdirlərinin məsuliyyəti artırılmalıdır
35 saylı peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək?- RƏSMİ AÇIQLAMA
Biologiya fənni üzrə seçim imtahanı keçiriləcək!
Məktəbə necə gedək ki, həm vaxta, həm pula qənaət edək?
İlham Əliyev “Təhsil 1 nömrəli prioritetdir” deyirsə, hökumət, Elm və Təhsil Nazirliyi nələr etməlidir?..- KONSEPTUAL BAXIŞ...
Oktyabrın ilk günü hava necə olacaq?
ADNSU "Alimlər portalı"nı ictimaiyyətə təqdim edib
Peşə təhsilində proqram seçimi gələcək karyeraya necə təsir edir?
Neftçalada 30 şagird müəllimsiz qalb - Direktor uşaqları evə göndərir
"Mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir" - Dövlət müəssisəsində FIRILDAQ
Buraxılış imtahanlarına yeni fənn gəlir? - AÇIQLAMA
Məktəblərdə yeni maliyyələşmə sistemi müəllim maaşlarına təsir edəcək? - AÇIQLAMA
İmtahanların elektron keçirilməsi iddialarına DİM-dən CAVAB
Kitab, dəftər, iş dəftəri… Məktəb çantaları necə yüngülləşdirilə bilər?
Uşaqlar üçün ingilis dili imtahanına qeydiyyat davam edir
Təhsil İdarəsinin hesablarına həbs qoyulub - Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT

Universitetlər magistr hazırlığını özləri aparacaq? - SƏBƏB

Artıq IV kurs tələbələri magistraturaya qəbul imtahanlarına hazırlaşmağa başlayıblar. Lakin belə bir reallıq var ki, onlar bu imtahanlara hazırlaşmaq üçün əlavə xərc çəkərək kurslara üz tuturlar.

Nəzərə alsaq ki, tələbələr akademik mühitdən uzaqlaşmadan yenidən “abituriyent” kimi hazırlıqlara gedirlər, o zaman sual yaranır: universitet təhsili nə üçündür? Universitet tələbəni magistratura imtahanı səviyyəsində belə hazırlaşdıra bilmirmi? Bu prosesdə tələbələr böyük əziyyət çəkirlər. Hazırlıq, universitet, üstəlik bir çoxunun işləməsi və s. Bu halda problemin həll yolu nədir? Çünki universitetlərdə də məntiq, informatika və xarici dil fənləri tədris olunur.

Tehsilmedia.com bildirir ki, azedu.az-a mövzu ilə bağlı açıqlama verən məntiq müəllimi Rəşadət Şərifov qeyd edib ki, universitet təhsili ilə magistratura imtahanına hazırlıq eyni şey deyil:

"Universitetin işi tələbəni hansısa qəbul imtahanına hazırlamaq da deyil. Universitet öz ixtisası üzrə mütəxəssis yetişdirməlidir. Bunu başa düşürəm.

Amma məsələnin digər tərəfi də var: magistraturaya qəbul imtahanında tələbədən məntiq, informatika və xarici dil tələb olunur. Bunların heç biri universitet üçün yad fənn deyil. İnformatika keçirilir, xarici dil tədris olunur, məntiq və analitik düşünmə ilə bağlı fənlər də bəzi ixtisaslarda var. Onda niyə tələbə IV kursda bunları yenidən, demək olar ki, sıfırdan öyrənmək üçün əlavə hazırlığa getməli olur?! - Özü də tələbə üçün çox çətin bir dövrdə.

Universitetə get, dərsləri oxu, imtahanları ver, magistraturaya hazırlaş, kursa get... Bir çox tələbə də işləyir. Bunun üzərinə yol və əlavə maddi xərcləri də gəlsək, tələbənin üzərinə kifayət qədər böyük yük düşür.
Məncə, problem kursların olmasında deyil. Əlavə hazırlıq həmişə olacaq və daha yüksək nəticə istəyən tələbənin kursa getməsi də normaldır".

Tələbə 4 il ali təhsil aldıqdan sonra magistraturaya hazırlaşanda hər şeyi yenidən sıfırdan başlamamalıdır:

"Problem odur ki, kurs bir çox tələbə üçün seçim olmaqdan çıxıb, zərurətə çevrilib. Halbuki, bunun müəyyən hissəsini universitet daxilində həll etmək olar. Məsələn, son kurslarda magistraturaya hazırlaşan tələbələr üçün əlavə dərslər və ya konsultasiyalar təşkil edilə bilər. Məsələn mən bir məntiq və informatika müəllimi kimi bu sahədə kömək istəyən universitetlərə dəstək olmağa hazıram. Məntiq, informatika və xarici dil üzrə proqram magistratura imtahanının tələbləri ilə müəyyən qədər uyğunlaşdırıla bilər. Sınaqlar keçirilə bilər. Hətta bunu seçmə fənn formasında etmək də mümkündür.

Mən demirəm ki, universitet magistr hazırlığı kursuna çevrilməlidir. Əsla! Sadəcə universitetlə növbəti təhsil pilləsi arasında bir keçid olmalıdır. Tələbə 4 il ali təhsil aldıqdan sonra magistraturaya hazırlaşanda hər şeyi yenidən sıfırdan başlamamalıdır.

Bunu magistr hazırlığı ilə məşğul olan bir müəllim kimi deməyim bəlkə də bir az qəribə görünə bilər, amma məncə kurs tələbəyə əlavə üstünlük verməlidir, onun universitetdə ala bilmədiyi baza təhsilini əvəz etməməlidir.
Yəni tələbə daha yüksək bal istəyirsə, əlavə dəstəyə ehtiyacı varsa, kursa getsin. Amma kursa getməsə magistraturaya hazırlaşa bilməyəcəyini düşünməsin".

Oxşar xəbərlər

Bütün xəbərlər