Xəbər lentiwidget-title-icon

Kollec direktoru anım günündə özünə ad günü keçirtdi
Gəray Gəraybəyli: Kafedra müdirlərinin məsuliyyəti artırılmalıdır
35 saylı peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək?- RƏSMİ AÇIQLAMA
Biologiya fənni üzrə seçim imtahanı keçiriləcək!
Məktəbə necə gedək ki, həm vaxta, həm pula qənaət edək?
İlham Əliyev “Təhsil 1 nömrəli prioritetdir” deyirsə, hökumət, Elm və Təhsil Nazirliyi nələr etməlidir?..- KONSEPTUAL BAXIŞ...
Oktyabrın ilk günü hava necə olacaq?
ADNSU "Alimlər portalı"nı ictimaiyyətə təqdim edib
Peşə təhsilində proqram seçimi gələcək karyeraya necə təsir edir?
Neftçalada 30 şagird müəllimsiz qalb - Direktor uşaqları evə göndərir
"Mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir" - Dövlət müəssisəsində FIRILDAQ
Buraxılış imtahanlarına yeni fənn gəlir? - AÇIQLAMA
Məktəblərdə yeni maliyyələşmə sistemi müəllim maaşlarına təsir edəcək? - AÇIQLAMA
İmtahanların elektron keçirilməsi iddialarına DİM-dən CAVAB
Kitab, dəftər, iş dəftəri… Məktəb çantaları necə yüngülləşdirilə bilər?
Uşaqlar üçün ingilis dili imtahanına qeydiyyat davam edir
Təhsil İdarəsinin hesablarına həbs qoyulub - Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq

“Özümə şans vermək qərarına gəldim” – 3 uşaq anası olan tələbə

Həyatdakı xəyallarını ailə, uşaqlar və gündəlik qayğıların arxasında gizlətsə də, oxumaq xəyalını sadəcə təxirə saldı, unutmadı. 3 övlad anası olan qəhrəmanımız Kənarə Mustafazadə uzun bir fasilədən sonra Naxçıvan Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olub.

Tehsilmedia.com bildirir ki, “Azərbaycan müəllimi” tələbə adını qazanan Kənarə Mustafazadə ilə söhbətləşib. Tələbə deyir ki, məktəbi bitirməyindən illər keçsə də, yenidən təhsil almaq qərarına gəlib. Çünki, bu, sadəcə tələbə olmaq deyil, həm də öz arzularını həyata keçirməkdir: “Əslində təhsil almaq arzusu həmişə içimdə olub. Sadəcə ailə, uşaqlar və gündəlik məsuliyyətlərə görə bir müddət bu arzumu təxirə salmışdım. Sonra düşündüm ki, "niyə də ali təhsil almayım?" və özümə şans vermək qərarına gəldim. Mən həm özümü inkişaf etdirmək, həm də övladlarıma "istəsəniz, heç vaxt gec deyil" deyə bilmək istəyirdim”.

O, nəticəni öyrənəndə isə çox həyəcanlı olub:“Bu nəticənin arxasında çoxlu zəhmət və səbr var idi. İlk sevincimi ailəmlə bölüşdüm. Anamın sevinc göz yaşları məni çox duyğulandırdı”.

Kənarə deyir ki, bu yol heç də asan olmayıb:“Uşaqlar və dərslərim arasında vaxt bölgüsü etdim. Bəzən yorulurdum, amma məqsədimi unutmurdum. Uşaqlar mənim üçün hər zaman birinci yerdə olub. Onların ehtiyaclarını nəzərə alaraq dərs üçün boş vaxt yaratmağa çalışırdım. Bəzən onlar yatandan sonra oxuyurdum, bəzən də gün ərzində imkan yaranan kimi dərslərimə vaxt ayırırdım”.

3 uşaq anasının çətinlikləri çox olsa da, özünə inamı sayəsində arzusuna qovuşub:“Xüsusilə yorğun olduğum vaxtlarda hər şeyi çatdırmaq çətin olurdu. Amma hər dəfə özümə bu yola niyə çıxdığımı xatırladırdım. Ən böyük motivasiyam uşaqlarım və arzularım idi”.

Zamanla övladları onun oxumağına alışıb və dəstək olublar: “Mənim dərs oxumağımın onlar üçün də bir nümunə olduğunu düşünürdüm. Əsas odur ki, insan özünə inansın.Bu mənə daha çox güc verdi. Çünki artıq yalnız özüm üçün deyil, uşaqlarım üçün də bir nümunə olmaq istəyirdim. Ailəm, xüsusilə də anam ən böyük dəstəkçim idi. Həyat yoldaşımın da yanımda olmağı bu yolu daha asan keçməyimə kömək etdi”.

Tələbə olmağa gəlincə isə deyir ki, çox gözəl və fərqli hissdir: “Uzun müddətdən sonra tələbə adını qazanmaq mənim üçün həm sevinc, həm də böyük qürurdur. Qadın həm ailəsinə, həm də özünə dəyər verməlidir. Öz arzularından tamamilə imtina etmək məcburiyyətində deyil.Oxumaq istəyən, amma çəkinən qadınlara demək istəyirəm ki, ki, özlərinə "gecdir" deməsinlər. Çətin olacaq, bəzən yorulacaqlar, amma əgər həqiqətən də istəyirlərsə, cəhd etsinlər. Heç olmasa bir gün "kaş ki..." deməmək üçün bu gün addım atsınlar”.

Oxşar xəbərlər

Bütün xəbərlər