Xəbər lentiwidget-title-icon

BMU NASA-nın beynəlxalq hakatonuna tərəfdaş oldu
"Valideynləri məcbur edirlər ki, məhz həmin kitab evindən alıb istifadə etsinlər..." - ŞİKAYƏT
Məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib
Qarabağ Universiteti regiona həyatın qaytarılması prosesində mühüm rol oynayır
Türk Tarix Qurumu Azərbaycan aliminin iki cildlik əsərini çap edib
25 milyonluq məktəb tender - Azərbaycan qiymətləri xarici nümunələrdən niyə bu qədər yüksəkdir?
Təhsil İdarəsindən məktəbdəki dava ilə bağlı AÇIQLAMA
Fənnini bilmək kifayət deyil - Müəllimlərin rəqəmsal savadı da ölçülməlidir
Məktəbdə tədris olunmur, imtahanda soruşulur - Ekspertdən SƏRT İRAD
Dövlət qulluqçuları müəllimlik edə biləcək? – Yeni QANUN
Gəncə Regional Kollecinin yeni direktoru kollektivə təqdim olunub
Hərbi xidmətə və mülki işə qəbul imtahanı keçiriləcək
Dərs bölgüsü üstündə müəllim həmkarını döydü - Biri xəstəxanalıq oldu
Bağça müəllimlərinin işə qəbulu üzrə müsahibə BAŞLAYIR
Azərbaycan və Türkiyə müdafiə sənayesi üzrə təhsil əməkdaşlığını genişləndirir
Məktəblilərin dostu, yoxsa direktorun nəzarətçisi?
Kollec direktoru anım günündə özünə ad günü keçirtdi
Gəray Gəraybəyli: Kafedra müdirlərinin məsuliyyəti artırılmalıdır
35 saylı peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək?- RƏSMİ AÇIQLAMA
Biologiya fənni üzrə seçim imtahanı keçiriləcək!
Məktəbə necə gedək ki, həm vaxta, həm pula qənaət edək?
İlham Əliyev “Təhsil 1 nömrəli prioritetdir” deyirsə, hökumət, Elm və Təhsil Nazirliyi nələr etməlidir?..- KONSEPTUAL BAXIŞ...
Oktyabrın ilk günü hava necə olacaq?
ADNSU "Alimlər portalı"nı ictimaiyyətə təqdim edib
Peşə təhsilində proqram seçimi gələcək karyeraya necə təsir edir?

Repetitor, yoxsa məktəb? — Ekspert təhsildəki aktual problemi açıqladı



Qax rayonundakı məktəblərdən birinin iki buraxılış sinfində təhsil alan bütün məzunların ali məktəbə qəbul olunması bölgə təhsilində diqqətçəkən nəticə kimi qiymətləndirilir. Lakin bir məktəbdə əldə olunan 100 faizlik qəbul göstəricisi regionlarda təhsilin ümumi keyfiyyəti barədə nə dərəcədə obyektiv təsəvvür yaradır?
Bölgələr üzrə məktəblərin nəticələri arasında ciddi fərqlərin yaranmasına hansı amillər təsir edir? Müəllimlərin peşəkarlığı, məktəblərin hazırlıq imkanları, valideyn dəstəyi və şagirdlərin sosial vəziyyəti ali məktəbə qəbul göstəricilərində nə dərəcədə rol oynayır?


Tehsilmedia.com xəbər verir ki, mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirib ki, bildiyiniz kimi, hər il ali təhsil müəssisələrinə qəbuldan sonra reytinq cədvəlləri ənənəvi olaraq müəyyənləşdirilir.

Onun sözlərinə görə, xüsusilə də Dövlət İmtahan Mərkəzi yüksək nəticə göstərmiş regionların və məktəblərin adlarını yekun “Abituriyent” jurnalının 12-ci nömrəsində dərc edir.

“Buradan da artıq görünür ki, məktəblər bu məsələdə müəyyən mənada rəqabət aparırlar və öz reytinqlərini qorumağa çalışırlar. Məhz bu rəqabət bir tərəfdən tədrisin keyfiyyətinə müsbət təsir göstərə bilsə də, digər tərəfdən müəyyən problemlərə də yol aça bilər. Məsələn, reytinq naminə məktəblərdə dərslərdən yayınma halları müşahidə olunur. Xüsusilə yuxarı siniflərdə, əsasən də 11-ci sinif şagirdlərinin repetitor yanına getməsinə məktəb rəhbərliyi tərəfindən müəyyən loyallıq göstərilir. Bəzən məktəb rəhbərləri buna göz yumurlar ki, əsas məqsəd məktəbin qəbul nəticələrinin yüksək olması və reytinqdə ön sıralarda yer almasıdır. Nəticədə isə bu cür yanaşma digər məktəblər üçün nümunə olmaq əvəzinə, ümumilikdə tədris prosesində və davamiyyətdə müəyyən problemlərin yaranmasına səbəb ola bilər. Məktəbin əsas funksiyası yalnız şagirdin ali məktəbə qəbulunu təmin etməkdən ibarət deyil. Məktəb həm də şagirdə fundamental biliklər verməli, onun dünyagörüşünü formalaşdırmalı, sosial bacarıqlarını inkişaf etdirməli və gələcək həyata hazırlamalıdır. Qaxda 100 faizlik nəticənin əldə olunmasına gəlincə, əlbəttə, bu, olduqca ürəkaçan və müsbət göstəricidir. Belə nəticə həmin məktəblərdə aparılan işin müəyyən baxımdan səmərəli olduğunu göstərir. Amma xüsusi olaraq qeyd etmək lazımdır ki, iki il əvvəl də yüksək nəticə göstərən abituriyentlər arasında həmin regionun, xüsusilə Şəki, Qax, Zaqatala və Qəbələ rayonlarının məktəbləri xüsusi fərqlənmişdilər. Bu nəticələrin əldə olunmasının müəyyən metodik yanaşmalarla əlaqədar olduğunu düşünürəm. Burada yalnız müəllimin fəaliyyəti deyil, məktəb, valideyn və şagird arasındakı münasibətlərin düzgün qurulması da mühüm rol oynayır. Valideynin övladına düzgün istiqamət verməsi, onun təhsilinə nəzarət etməsi və məktəblə əməkdaşlıq etməsi də nəticələrə birbaşa təsir göstərən amillərdəndir”, – deyə Məmmədli mövzuya münasibətini açıqlayıb.

Təhsil eksperti əlavə edib ki, hazırda repetitorluğun qarşısını almaq və şagirdlərin məktəbdə daha səmərəli təhsil almasını təmin etmək məqsədilə yeni təşəbbüslər də irəli sürülür.

“Elm və Təhsil Nazirliyinin pilot layihəsi çərçivəsində təmayüllü siniflərin yaradılması təşəbbüsü də bu baxımdan diqqətəlayiqdir. Əgər şagirdin əsas məqsədi ali təhsil müəssisəsinə qəbul olmaqdırsa, həmin halda məktəblərdə təmayülləşdirmə aparmaqla onun maraq və istiqamətlərinə uyğun daha məqsədyönlü təhsil vermək mümkündür. Belə siniflərdə seçilmiş müəllimlərin cəlb olunması, tədris proqramının şagirdlərin gələcək ixtisas istiqamətlərinə uyğunlaşdırılması və daha sistemli hazırlığın aparılması müəyyən nəticələr verir. Artıq təcrübə göstərir ki, təmayül sinifləri fəaliyyət göstərən məktəblərdə yüksək qəbul nəticələri əldə etmək mümkündür. Bu siniflərdən məzun olan şagirdlər arasında yüksək nəticə göstərənlərin sayı da artır. Ona görə də bu modelin tədricən kütləviləşdirilməsi və daha geniş ərazilərdə tətbiq olunması müsbət addım sayıla bilər. Bu il yalnız Bakı şəhəri üzrə daha 31 məktəbin layihəyə qoşulması da bu istiqamətdə marağın artdığını göstərir. Lakin burada vacib məqam ondan ibarətdir ki, biz tədrisi yalnız ali məktəbə qəbula kökləməməliyik. Məktəb təkcə qəbul hazırlığı aparan müəssisə deyil. Məktəb eyni zamanda təlim-tərbiyə müəssisəsidir. Burada biz yalnız gələcək tələbə deyil, həm də gələcək vətəndaş yetişdirməliyik. Ona görə də məktəbin fəaliyyətini yalnız qəbul nəticələri ilə ölçmək müəyyən qədər tələsik və birtərəfli yanaşma olar. Əlbəttə, qəbul nəticələri məktəbin fəaliyyətinin mühüm göstəricilərindən biridir, amma yeganə göstərici olmamalıdır. Tədrisin keyfiyyəti, şagirdlərin davamiyyəti, onların sosial və intellektual inkişafı, müəllim-şagird münasibətləri və məktəbdə formalaşan ümumi təhsil mühiti də qiymətləndirilməlidir. Bu baxımdan düşünürəm ki, məktəblərdə həm təlimə, həm də tərbiyəyə daha çox üstünlük verilməlidir. Şagirdin məktəbdə olması, dərslərdə iştirak etməsi və bütün təhsil prosesinin içərisində qalması təmin edilməlidir. Əgər şagird yalnız qəbul imtahanına hazırlaşmaq üçün məktəbdən kənarda repetitor yanına yönləndirilirsə, bu, uzunmüddətli perspektivdə təhsil sisteminin öz məqsədlərinə zidd ola bilər. Məktəblərdə davamiyyətin qorunması üçün ali təhsil müəssisələrinə qəbul qaydalarının da müəyyən mənada sadələşdirilməsi və şagirdin məktəbdə aldığı təhsillə qəbul prosesi arasında daha sıx əlaqənin yaradılması vacibdir. O halda şagirdin məktəbdən yayınaraq yalnız repetitor yanına yönəlməsinə ehtiyac da azalacaq. Düşünürəm ki, məktəb təhsilinin nüfuzunu yüksəltmək, müəllimin rolunu gücləndirmək və qəbul prosesini məktəb təhsili ilə daha sıx əlaqələndirmək mümkün olsa, bu sahədə bir çox problemlər tədricən öz həllini tapacaq. Əsas məqsəd yüksək qəbul göstəricisi ilə yanaşı, keyfiyyətli təhsil verən və cəmiyyət üçün hərtərəfli şəxsiyyət yetişdirən məktəb modelinin formalaşdırılması olmalıdır”, – deyə Məzahir Məmmədli fikrini tamamlayıb.

Oxşar xəbərlər


Bütün xəbərlər

BMU NASA-nın beynəlxalq hakatonuna tərəfdaş oldu
"Valideynləri məcbur edirlər ki, məhz həmin kitab evindən alıb istifadə etsinlər..." - ŞİKAYƏT
Məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib
Qarabağ Universiteti regiona həyatın qaytarılması prosesində mühüm rol oynayır
Türk Tarix Qurumu Azərbaycan aliminin iki cildlik əsərini çap edib
25 milyonluq məktəb tender - Azərbaycan qiymətləri xarici nümunələrdən niyə bu qədər yüksəkdir?
Təhsil İdarəsindən məktəbdəki dava ilə bağlı AÇIQLAMA
Fənnini bilmək kifayət deyil - Müəllimlərin rəqəmsal savadı da ölçülməlidir
Məktəbdə tədris olunmur, imtahanda soruşulur - Ekspertdən SƏRT İRAD
Dövlət qulluqçuları müəllimlik edə biləcək? – Yeni QANUN
Gəncə Regional Kollecinin yeni direktoru kollektivə təqdim olunub
Hərbi xidmətə və mülki işə qəbul imtahanı keçiriləcək
Dərs bölgüsü üstündə müəllim həmkarını döydü - Biri xəstəxanalıq oldu
Bağça müəllimlərinin işə qəbulu üzrə müsahibə BAŞLAYIR
Azərbaycan və Türkiyə müdafiə sənayesi üzrə təhsil əməkdaşlığını genişləndirir
Məktəblilərin dostu, yoxsa direktorun nəzarətçisi?
Kollec direktoru anım günündə özünə ad günü keçirtdi
Gəray Gəraybəyli: Kafedra müdirlərinin məsuliyyəti artırılmalıdır
35 saylı peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək?- RƏSMİ AÇIQLAMA
Biologiya fənni üzrə seçim imtahanı keçiriləcək!