Xəbər lentiwidget-title-icon

Gəray Gəraybəyli: Kafedra müdirlərinin məsuliyyəti artırılmalıdır
35 saylı peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək?- RƏSMİ AÇIQLAMA
Biologiya fənni üzrə seçim imtahanı keçiriləcək!
Məktəbə necə gedək ki, həm vaxta, həm pula qənaət edək?
İlham Əliyev “Təhsil 1 nömrəli prioritetdir” deyirsə, hökumət, Elm və Təhsil Nazirliyi nələr etməlidir?..- KONSEPTUAL BAXIŞ...
Oktyabrın ilk günü hava necə olacaq?
ADNSU "Alimlər portalı"nı ictimaiyyətə təqdim edib
Peşə təhsilində proqram seçimi gələcək karyeraya necə təsir edir?
Neftçalada 30 şagird müəllimsiz qalb - Direktor uşaqları evə göndərir
"Mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir" - Dövlət müəssisəsində FIRILDAQ
Buraxılış imtahanlarına yeni fənn gəlir? - AÇIQLAMA
Məktəblərdə yeni maliyyələşmə sistemi müəllim maaşlarına təsir edəcək? - AÇIQLAMA
İmtahanların elektron keçirilməsi iddialarına DİM-dən CAVAB
Kitab, dəftər, iş dəftəri… Məktəb çantaları necə yüngülləşdirilə bilər?
Uşaqlar üçün ingilis dili imtahanına qeydiyyat davam edir
Təhsil İdarəsinin hesablarına həbs qoyulub - Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT

Universitetlərdə təhsil haqqı “özbaşına” artırılır? - Deputatdan SƏRT TƏNQİD

Universitetə qəbuldan sonra tələbə və ailəsini gözləyən əsas xərclərdən biri təhsil haqqıdır. Son dövrlərdə isə bəzi dövlət universitetlərində bu ödənişlərin bir il ərzində 400-600 manat artması ciddi suallar doğurur. Belə artım xüsusilə eyni ixtisas üzrə əvvəlki və yeni təhsil haqları müqayisə edildikdə daha çox diqqət çəkir.

Bəs bir il ərzində təhsil haqqının bu qədər artmasına səbəb nədir və universitetlər bu məbləği hansı əsaslarla müəyyənləşdirirlər?

Tehsilmedia.com cəbər verir ki, azedu.az-a mövzu ilə bağlı açıqlama verən deputat Ceyhun Məmmədov bildirib ki, bu məsələlər universitet tərəfindən tənzimlənməlidir.

“Yəni bu gün istənilən universitet istənilən vaxt təhsil haqqını qaldıra bilməz. Bu, düzgün deyil. Burada ciddi bir sistemsizlik və nəzərəçarpacaq fərq özünü göstərir. Elə buna görə də eyni ixtisas üzrə təhsil haqqı bir universitetdə bir qiymətə, digərində isə başqa qiymətədir.

Həqiqətən, ciddi sual doğurur ki, necə olur ki, bir il ərzində bir universitetdə təhsil haqqı 400-600 manat qaldırılır? Bu, necə baş verir, nəyə əsasən təhsil haqqı qaldırılır? Həmin universitetdə müəllimin maaşı 400-500 manat qaldırılıbmı? Ümumiyyətlə, burada ciddi bir sistemsizlik və ciddi bir uyğunsuzluq var və hesab edirəm ki, bunlar ciddi formada aradan qaldırılmalıdır.

Ona görə də mən təklif edirəm ki, bu məsələ mütləq şəkildə Nazirlər Kabinetinin qərarına əsasən həyata keçirilməlidir. Yəni, əvvəl də belə idi. Əvvəlki dövrdə də bu proses belə tənzimlənirdi. Məsələ qaldırılırdı, araşdırılırdı, ondan sonra qərar verilirdi ki, təhsil haqqı bu qədər qaldırıla bilər. Tutaq ki, 100 manat, 200 manat. Amma birdən-birə təhsil haqqının qaldırılması valideynlər üçün də ciddi çətinliklər yaradır.

Təhsil haqqı ilə məsələ bitmir. Valideyn əlavə olaraq övladına ev tutmalıdır. Universitetlərin çoxunun yataqxanası yoxdur. Nəqliyyat xərci, yemək xərci var. Bunların hamısı tələbə və valideyn üçün ciddi bir məbləğ yaradır. Bu məbləğin bu şəkildə artırılması insanlar tərəfindən birmənalı qarşılanmır və ciddi suallar yaradır.

Hesab edirəm ki, bu kimi məqamlarda çox diqqətli olmaq lazımdır və bu kimi məsələlər universitetlərin öhdəsinə buraxılmamalıdır. Bu məsələlər belə formada tənzimlənməməlidir”.

Oxşar xəbərlər

Bütün xəbərlər