Xəbər lentiwidget-title-icon

Kollec direktoru anım günündə özünə ad günü keçirtdi
Gəray Gəraybəyli: Kafedra müdirlərinin məsuliyyəti artırılmalıdır
35 saylı peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək?- RƏSMİ AÇIQLAMA
Biologiya fənni üzrə seçim imtahanı keçiriləcək!
Məktəbə necə gedək ki, həm vaxta, həm pula qənaət edək?
İlham Əliyev “Təhsil 1 nömrəli prioritetdir” deyirsə, hökumət, Elm və Təhsil Nazirliyi nələr etməlidir?..- KONSEPTUAL BAXIŞ...
Oktyabrın ilk günü hava necə olacaq?
ADNSU "Alimlər portalı"nı ictimaiyyətə təqdim edib
Peşə təhsilində proqram seçimi gələcək karyeraya necə təsir edir?
Neftçalada 30 şagird müəllimsiz qalb - Direktor uşaqları evə göndərir
"Mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir" - Dövlət müəssisəsində FIRILDAQ
Buraxılış imtahanlarına yeni fənn gəlir? - AÇIQLAMA
Məktəblərdə yeni maliyyələşmə sistemi müəllim maaşlarına təsir edəcək? - AÇIQLAMA
İmtahanların elektron keçirilməsi iddialarına DİM-dən CAVAB
Kitab, dəftər, iş dəftəri… Məktəb çantaları necə yüngülləşdirilə bilər?
Uşaqlar üçün ingilis dili imtahanına qeydiyyat davam edir
Təhsil İdarəsinin hesablarına həbs qoyulub - Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq

“Heç kim 100% qəbul vədi verə bilməz” - “təhsil ekspertləri”nə sərt REAKSİYA

Abituriyent hazırlığı dövründə valideynlərin həssaslığından sui-istifadə edən "imtahan zəmanəti" verən şəxslər son dövrlərinəsas müzakirə mövzularından biridir. İmtahan nəticəsinin onlarla fərdi və psixoloji amildən asılı olduğunu unutduraraq qısa yoldan uğur vəd edənlər, əslində, uşaqların gələcəyi ilə risk edirlər.

Bəs, etibarlı təhsil dəstəyini saxta vədlərdən necə ayırmalı? Doğru ekspert seçimində hansı meyarlara diqqət yetirilməlidir?

Tehsilmedia.com xəbər verir ki, azedu.az-a açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Əkbərova bildirib ki, heç kim bir şagirdə “100% qəbul” zəmanəti verə bilməz":

O qeyd edib ki, valideyn və şagird real təhsil dəstəyi ilə boş vədləri ayırd etməyi bacarmalıdır:

“Bu, nə etik baxımdan doğrudur, nə də realdır. İmtahan nəticəsi çoxsaylı amillərdən asılıdır: şagirdin hazırlıq səviyyəsi, psixoloji vəziyyəti, imtahan günü performansı və s. Ona görə də bu cür vədlər əslində ümid üzərindən qurulan manipulyasiyadır.

Burada ən həssas nöqtə valideynlərin və abituriyentlərin psixoloji vəziyyətidir. İmtahan ərəfəsində insan daha çox çıxış yolu axtarır və bəzən “son ümid” kimi qarşısına çıxan hər hansı vədə inanmağa meylli olur. Təəssüf ki, bəzi şəxslər də məhz bu həssaslıqdan istifadə edir.

Dünya təcrübəsində bu kimi hallara qarşı iki əsas yanaşma var: birincisi, hüquqi və inzibati nəzarət. Yəni özünü “təhsil eksperti” kimi təqdim edib insanları aldadan şəxslərə qarşı müəyyən məsuliyyət mexanizmləri tətbiq olunur. İkincisi isə maarifləndirmədir. Çünki ən güclü qoruma mexanizmi məlumatlı cəmiyyətdir. Valideyn və şagird bilməlidir ki, real təhsil dəstəyi nədir, boş vəd nədir”.

Uşaqların gələcəyi üzərindən riskli qərarlar vermək olmaz:

“Düzgün ekspert seçimi məsələsinə gəldikdə isə burada bir neçə sadə, amma çox vacib meyar var. Əvvəla, həmin şəxsin real pedaqoji təcrübəsi varmı? Yəni sinif görüb, şagirdlə işləyibmi? İkincisi, nəticələri necədir, amma bu nəticələr real və yoxlanıla biləndirmi? Üçüncüsü, istifadə etdiyi dil. Peşəkar müəllim heç vaxt “qarantiya verirəm” deməz, daha çox “dəstək olacam”, “potensialını maksimuma çatdırmaq üçün işləyəcəyik” kimi ifadələr istifadə edər.

Mən müəllim və valideyn mövqeyindən bir şeyi xüsusilə vurğulamaq istəyirəm: uşaqların gələcəyi üzərindən riskli qərarlar vermək olmaz. Qısa yoldan uğur vəd edən hər yanaşma adətən uzunmüddətli zərər gətirir. Əsl nəticə sistemli hazırlıq, düzgün istiqamət və psixoloji dəstəyin vəhdətindən yaranır.

Bu məsələdə həm valideynlərin, həm də cəmiyyətin bir az daha diqqətli olması vacibdir. Çünki bu cür manipulyasiyalar yalnız fərdi yox, ümumi təhsil mühitinə də zərər verir".

Oxşar xəbərlər

Bütün xəbərlər