“Yeni təmayül tədris modeli” ilə bağlı təbliğat görüşləri davam edir - FOTO
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 2026–2027-ci tədris ilindən etibarən tətbiqi nəzərdə tutulan yeni təmayül tədris modeli ilə bağlı maarifləndirici görüşlər davam etdirilir.
Tehsilmedia.com xəbər verir ki, yeni model çərçivəsində 2026–2027-ci tədris ilindən etibarən 10 və 11-ci siniflər üzrə şagird qəbulu həyata keçiriləcək.
Təbliğat görüşlərinin növbəti günlərdə digər təhsil müəssisələrində də davam etdirilməsi nəzərdə tutulur.

































