Xəbər lentiwidget-title-icon

Kollec direktoru anım günündə özünə ad günü keçirtdi
Gəray Gəraybəyli: Kafedra müdirlərinin məsuliyyəti artırılmalıdır
35 saylı peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək?- RƏSMİ AÇIQLAMA
Biologiya fənni üzrə seçim imtahanı keçiriləcək!
Məktəbə necə gedək ki, həm vaxta, həm pula qənaət edək?
İlham Əliyev “Təhsil 1 nömrəli prioritetdir” deyirsə, hökumət, Elm və Təhsil Nazirliyi nələr etməlidir?..- KONSEPTUAL BAXIŞ...
Oktyabrın ilk günü hava necə olacaq?
ADNSU "Alimlər portalı"nı ictimaiyyətə təqdim edib
Peşə təhsilində proqram seçimi gələcək karyeraya necə təsir edir?
Neftçalada 30 şagird müəllimsiz qalb - Direktor uşaqları evə göndərir
"Mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir" - Dövlət müəssisəsində FIRILDAQ
Buraxılış imtahanlarına yeni fənn gəlir? - AÇIQLAMA
Məktəblərdə yeni maliyyələşmə sistemi müəllim maaşlarına təsir edəcək? - AÇIQLAMA
İmtahanların elektron keçirilməsi iddialarına DİM-dən CAVAB
Kitab, dəftər, iş dəftəri… Məktəb çantaları necə yüngülləşdirilə bilər?
Uşaqlar üçün ingilis dili imtahanına qeydiyyat davam edir
Təhsil İdarəsinin hesablarına həbs qoyulub - Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq

Cəlil Məmmədquluzadə: müəllim, yazıçı, milli oyanışın təşəbbüskarı...

Fevralın 10-u Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin doğum günüdür.

AzEdu.az xəbər verir ki, o, 1869-cu ildə Naxçıvan şəhərində kiçik tacir ailəsində anadan olub.

Cəlil Məmmədquluzadə ilkin təhsilini 1873–1876-cı illərdə Naxçıvanda Molla Əli Hüseynzadənin, 1877-1879-cu illərdə isə Hacı Molla Bağırın məktəbində almışdır. O, bu illəri xatırlayarkən uşaqlıqda mollaxanada çərəkə və Quran oxuduğunu, Hacı Molla Bağırın tətbiq etdiyi sərt cəza üsullarını (falaqqa) xüsusi ilə qeyd etmişdir. Həmin dövrdə ərəb və fars dillərini də öyrənmişdir.

1879-cu ildən etibarən Cəlil Məmmədquluzadə Naxçıvan şəhər üçsinifli məktəbində təhsilini davam etdirmişdir. Bu məktəbdə dərslər əsasən rus dilində keçirilir, Azərbaycan dilinə isə məhdud yer ayrılırdı. O, burada üç il oxumuşdur. Dünyəvi fənlərin tədrisi, eləcə də məktəbin müdiri maarifçi Konstantin Nikitin, coğrafiya müəllimi Georgi Uturqauri, ana dili və şəriət müəllimi Mirzə Sadıq Qulubəyov və gənc müəllim Əliməmməd Xəlilovun fəaliyyəti onun dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır.

1879-cu ildə çar hökumətinin fərmanı ilə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyası nəzdində Azərbaycan şöbəsi yaradılmışdı. Seminariyanın müfəttişi A. O. Çernyayevski 1882-ci ildə Naxçıvana gələrək Cəlil Məmmədquluzadəni seminariyada təhsil almaq üçün seçmişdir. Onun seminariyaya yönləndirilməsində müəllimi Əliməmməd Xəlilovun xüsusi rolu olmuş, qəbul üçün təqdim olunan ərizə də Xəlilov tərəfindən köçürülmüşdür.

Cəlil Məmmədquluzadə 1882-ci ildə qəbul imtahanlarını müvəffəqiyyətlə verərək seminariyanın aşağı hazırlıq sinfində təhsil almağa başlamışdır. Aşağı və yuxarı hazırlıq siniflərində, eləcə də birinci əsas sinifdə yaxşı nəticələr göstərmişdir. Lakin əsas siniflərdə sərt nizam-intizam və ana dilində danışmağa qoyulan qadağalar onun təhsil göstəricilərinə mənfi təsir etmişdir. O, seminariyanı 1887-ci ildə bitirmiş və müəllimlik attestatı almışdır. Attestatda onun əxlaqı və fənlər üzrə bilik səviyyəsi qənaətbəxş və çox kafi kimi qiymətləndirilmiş, ibtidai xalq məktəblərində müəllimlik etməyə layiq görüldüyü qeyd olunmuşdur.

Zaqafqaziya Müəllimlər Seminariyasında keçirdiyi beş il (1882–1887) Cəlil Məmmədquluzadənin dünyagörüşünün və yaradıcılıq təfəkkürünün formalaşmasında mühüm mərhələ olmuşdur. O, burada Azərbaycan və Şərq ədəbiyyatı ilə yanaşı, Avropa və rus elmi-mədəni fikri ilə də tanış olmuş, Qoqol və Krılovun əsərlərini tərcümə etmişdir. Seminariyada keçirilən teatr tamaşalarında iştirak etmiş, ədəbi gecələr üçün ssenarilər yazmışdır.

Seminariyanı bitirdikdən sonra Cəlil Məmmədquluzadə 1887–1897-ci illərdə İrəvan quberniyasının Uluxanlı kəndində, Naxçıvan mahalının Baş Noraşen və Nehrəm kəndlərində müəllimlik etmişdir. 1887-ci ilin sentyabrında Uluxanlıda pedaqoji fəaliyyətə başlamış, daha sonra müvəqqəti olaraq Baş Noraşen məktəbinə təyin edilmişdir. Onun xahişi ilə sonradan bu məktəbdə saxlanılmış və 1890-cı ilin yanvarınadək burada çalışmışdır.

1890-cı il yanvarın 15-dən etibarən Nehrəm kəndində ikisinifli zemstvo məktəbinin nəzarətçisi və müəllimi olmuş, 1897-ci ilədək burada fəaliyyət göstərmişdir. Nehrəmdə işlədiyi dövrdə qızların təhsilə cəlb olunmasına xüsusi diqqət yetirmiş, səkkiz nəfər azərbaycanlı qız üçün ayrıca sinif təşkil etmişdir. Maddi imkanı zəif olan şagirdlərə öz hesabına dərs vəsaiti və geyim almışdır.

1895-ci ildə yerli şəraitin çətinliyi səbəbindən məzuniyyət alaraq Peterburq və Moskvada olmuş, “Novoye vremya” qəzetinin redaktoru A. Suvorinlə görüşərək ərəb əlifbasının latın əlifbası ilə əvəz edilməsi məsələsini qaldırmışdır.

Cəlil Məmmədquluzadə 1896-cı ildə Nehrəm məktəbində tarix muzeyi yaratmış, ipəkçilik məşğələləri təşkil etmiş, kənd təsərrüfatında yeniliklərin tətbiqinə çalışmış və teatr tamaşalarının təşkili ilə məşğul olmuşdur. Bütün bu fəaliyyəti ilə xalqın maariflənməsi, milli oyanışı və mədəni tərəqqisi naminə çalışmışdır.

Oxşar xəbərlər

Bütün xəbərlər