Xəbər lentiwidget-title-icon

Biologiya fənni üzrə seçim imtahanı keçiriləcək!
Məktəbə necə gedək ki, həm vaxta, həm pula qənaət edək?
İlham Əliyev “Təhsil 1 nömrəli prioritetdir” deyirsə, hökumət, Elm və Təhsil Nazirliyi nələr etməlidir?..- KONSEPTUAL BAXIŞ...
Oktyabrın ilk günü hava necə olacaq?
ADNSU "Alimlər portalı"nı ictimaiyyətə təqdim edib
Peşə təhsilində proqram seçimi gələcək karyeraya necə təsir edir?
Neftçalada 30 şagird müəllimsiz qalb - Direktor uşaqları evə göndərir
"Mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir" - Dövlət müəssisəsində FIRILDAQ
Buraxılış imtahanlarına yeni fənn gəlir? - AÇIQLAMA
Məktəblərdə yeni maliyyələşmə sistemi müəllim maaşlarına təsir edəcək? - AÇIQLAMA
İmtahanların elektron keçirilməsi iddialarına DİM-dən CAVAB
Kitab, dəftər, iş dəftəri… Məktəb çantaları necə yüngülləşdirilə bilər?
Uşaqlar üçün ingilis dili imtahanına qeydiyyat davam edir
Təhsil İdarəsinin hesablarına həbs qoyulub - Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb

Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı geniş fikir mübadiləsi aparılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayevlə görüşüb.

AMEA-dan bildirilib ki, görüşdə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə hazırlıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 2025-ci il 22 oktyabr tarixli Sərəncamının əhəmiyyətini vurğulayan akademik İsa Həbibbəyli bildirib ki, Qurultayın yubileyinin qeyd olunması Azərbaycan elmi və mədəni ictimaiyyəti üçün xüsusi önəm daşıyır. O, 1926-cı ildə Birinci Türkoloji Qurultayın məhz AMEA-nın Rəyasət Heyətinin Böyük akt zalında keçirildiyini xatırladaraq, bu tarixi irsin türkoloji tədqiqatların ideya qaynağı olduğunu diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli bildirib ki, dekabrın 3-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında elm və təhsil naziri Emin Əmrullayev, mədəniyyət naziri Adil Kərimli və digər ziyalıların iştirakı ilə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə dair geniş müzakirələr aparılıb. O, qurultayın yubileyi ilə bağlı zirvə tədbirinin gələn il iyunun sonu – iyulun əvvəlində keçirilməsinin nəzərdə tutulduğunu söyləyib, tədbirin Qazaxıstanda da təşkil olunmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.AMEA prezidenti Birinci Türkoloji Qurultayın 100 illik yubileyi çərçivəsində Akademiyanın müxtəlif institutlarında 10-dan çox mövzu üzrə tədbirlərin təşkil olunacağını və bu görüşlərdə türk dövlətlərindən nümayəndələrin iştirak edəcəyini söyləyib. Akademik İsa Həbibbəyli qeyd edib ki, türkologiya yalnız türk dilləri ilə məhdudlaşmır; tarix, etnoqrafiya, ədəbiyyat, terminologiya və fəlsəfə kimi sahələr də onun əsas istiqamətlərini təşkil edir. Bu baxımdan, yubiley ilə bağlı tədbirlərin hərtərəfli, genişmiqyaslı və dolğun şəkildə gerçəkləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.

Görüşdə akademik İsa Həbibbəyli, həmçinin Bakı Şəhər İcra Hakimiyyəti və AMEA-nın Tarix və Etnologiya İnstitutunun birgə layihəsi əsasında Beynəlxalq Türk Akademiyası tərəfindən “Vətən müharibəsi tarixi: şəxsiyyət faktoru” kitabının qazax dilinə tərcümə edilərək nəşr olunmasını yüksək qiymətləndirib. O, bu nəşrin təqdimatının keçirilməsinin vacibliyini qeyd edib. Vurğulayıb ki, bu kitabda Prezident İlham Əliyevin ölkənin hərtərəfli inkişafını, xalqın birliyini, suverenliyi və ərazi bütövlüyünü təmin edən lider kimi tarixi rolu geniş şəkildə işıqlandırılıb, Ali Baş Komandanın qələbə strategiyasının əsas istiqamətləri, eləcə də İkinci Qarabağ müharibəsinin qələbə salnaməsi və diplomatik məqamları elmi əsaslarla təhlil olunub.

Görüşdə akademik Şahin Mustafayev qeyd edib ki, Birinci Türkoloji Qurultayın 100 illik yubileyi yalnız mədəniyyətimizin yadigarı deyil, eyni zamanda, Türk dünyasında elmi, mədəni və siyasi əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətli hadisədir. Alim bildirib ki, Qurultayın yenidən təşkili və yubiley tədbirləri çərçivəsində həyata keçiriləcək fəaliyyətlər ortaq əlifba, dil, tarixi-mədəni irs və humanitar əməkdaşlıq sahələrində türk dövlətləri arasında əlaqələri daha da gücləndirəcək.

Sonda iki qurum arasında bir sıra elmi istiqamətlər üzrə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi barədə razılıq əldə olunub.

Oxşar xəbərlər

Bütün xəbərlər