Xəbər lentiwidget-title-icon

XVIII Elmi və Praktiki Onlayn Konfrans "Açıq Təhsil və Regional İnkişaf: Yeni Nəsil İnstitusional Modeli" bu gün başladı!
Məktəb direktorlarının telefonları əllərindən alındı, üst-başları yoxlanıldı
Məleykə Abbaszadədən pulsuz təhsillə bağlı mühüm AÇIQLAMA
Universitet məzunu iş axtarmalıdır, yoxsa iş yaratmalı?
Ödənişli qəbul olunan 1000-dən çox tələbə pulsuz təhsil alacaq
Riyaziyyat fənni üzrə seçim imtahanı keçiriləcək
Nazir müavini Qəbələdə vətəndaşları qəbul edəcək
3, yoxsa 1 medal, İlqar Bayramlı? - Şanxaya şəkil çəkdirməyə getmək dövlətə neçəyə başa gəldi? - FOTO
"Müəllimlərin maaşı mənim dövrümə nisbətən artıb" - Misir Mərdanov
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
Süni intellektdən bu üsullarla yararlanın - Müəllim və şagirdlərə TÖVSİYƏ
Yumurta, çek və 25 manatlıq “məhəbbət”: Müəllimlər Gününüz Mübarək!
Kimya fənni üzrə seçim imtahanı keçiriləcək
Nazir müavini Tərtərdə vətəndaşları qəbul edəcək
DİM-də TOEFL iBT imtahanı keçiriləcək
MDU-da müasir tədris üçün yeni İMKANLAR
“Zəif maliyyələşən elm və təhsil rəqabətədavamlı ola bilməz...”- EKSPERT
Azad edilən torpaqlarda çalışan müəllimlərlə görüşlər keçirilib
Türkiyə-Azərbaycan Universitetinin rektoru Hacettepe Universitetində görüşlər keçirib
"Son 10 ildə fənn müəllimlərində irəliyə doğru köklü dəyişikliklər var" - Emin Əmrullayev
195 magistrant təhsil haqqından azad EDİLDİ
23 Çin vətəndaşı Azərbaycanda təhsil alacaq
"Türkiyə ilə Azərbaycanın arasına nifaq salmaq istəyənlər var" - Sabir Rüstəmxanlıdan sərt MESAJ
"Bir-birimizi tərifləmək əvəzinə, problemləri həll etməliyik" - Emin Əmrullayevdən sərt XƏBƏRDARLIQ
Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçiləri təltif ediliblər

Təhsil sistemində dəyişikliklər: “Köklü islahat hələ həyata keçməyib”

“Təhsil sisteminin köklü dəyişikliklərə ehtiyacı var” - bu fikri həm sosial şəbəkələrdə, həm də ekspertlərin çıxışlarında tez-tez eşidirik. Təhsil sistemində demək olar ki, hər il müəyyən yeniliklər həyata keçirilir.

Elə isə, bu dəyişikliklər niyə kifayət hesab olunmur?

AzEdu.az-a mövzu ilə bağlı əməkdar müəllim, sabiq deputat Sona Əliyeva danışıb.

Müsahibimiz qeyd edib ki, müəllimlər yeni qaydalara uyğunlaşmağa çalışır, lakin tezliklə yeni bir qayda gəlir:

"Əslində məsələ çox sadə, amma bir o qədər də dərin səbəblərlə bağlıdır. Təhsil sistemində aparılan dəyişikliklərin çoxu formal xarakter daşıyır, yəni mahiyyəti yenilənmir, formaca yenilik kimi təqdim olunur. Biz dərslikləri, proqramları, testləri dəyişirik, amma sistemin düşüncə tərzini dəyişmirik. Halbuki, köklü islahat məhz düşüncə və idarəetmə fəlsəfəsinin yenilənməsi deməkdir.

Bu gün təhsil sistemində ən böyük problem davamlılıq və ardıcıllığın təmin olunmamasıdır. Hər il yeni bir islahat başlayır, amma əvvəlki proses tam nəticə verməmiş bu addımı atırlar. Müəllimlər yeni qaydalara uyğunlaşmağa çalışır, lakin tezliklə yeni bir qayda gəlir. Beləliklə, təhsil sistemmizi daima “keçid dövrünü”yaşayır, bir şəkildə , sabit və dayanıqlı formaya düşmür".

“Köklü dəyişiklik” dedikdə, biz ilk növbədə sistemin idarəetmə fəlsəfəsini, müəllimə və şagirdə olan yanaşmanı, şəffaflıq və etimad mühitini dəyişməliyik:

"İkinci ciddi məsələ isə idarəetmənin təfəkkürünün dəyişməməsidir. Təhsil sadəcə qaydalar və imtahanlardan ibarət deyil, bu, insan potensialının üzə çıxarılması prosesidir. Amma biz hələ də təhsilə daha çox inzibati, yoxlama və hesabat prizmasından baxırıq. Bundan başqa, resurs və infrstruktur problemi hələ də qalmaqdadır. Yeni metodologiyalar, texnoloji yanaşmalar, fərdiləşdirilmiş tədris modelləri tətbiq olunur, amma hər məktəbin bu proseslərə uyğun imkanları yoxdur.

Müəllimlər dəyişikliklərə açıqdır, amma dəstək və motivasiya yetərli deyil. Məncə, “köklü dəyişiklik” dedikdə, biz ilk növbədə sistemin idarəetmə fəlsəfəsini, müəllimə və şagirdə olan yanaşmanı, şəffaflıq və etimad mühitini dəyişməliyik. Hər bir qərar və islahat real sinif otağında, real müəllimlə, real şagirdlə işləməlidir. Əks halda, yeniliklər sadəcə sənədlərdə qalır.

Əsl köklü dəyişiklik o zaman baş verəcək ki, təhsil sistemimiz insanı, xüsusən də müəllimi təhsilmizin mərkəzinə qoyacaq. Müəllim təhsil sistemi zəncirində ən aşağı halqa olmalı deyil, o təshil sisteminin əsas dayağı olmalıdır. O zaman təhsil təkcə yenilənməyəcək, həm də dirçələcək".

Oxşar xəbərlər

Bütün xəbərlər