Xəbər lentiwidget-title-icon

ƏDALƏT
Şirvandan gələcəyə uzanan uğur yolu — Bir müəllimin zəhməti, məzunların qüruru
Dərs bölgüsündə ədalət pozulub? – Müəllimdən rüşvət iddiası - VİDEO
Bir qərar, min sual: Elm və Təhsil Nazirliyi NİYƏ SUSUR?
Məktəblilər belə geyinməlidir
İşdən çıxdığı deyilən direktorla bağlı AÇIQLAMA
Müəllim maaşı dərs saatına görə hesablanmamalıdır - TƏKLİF
Valideynlərin qaydaları anlayışla qarşılaması vacibdir - Mütəxəssis
Uşaqları kitab oxumağa necə cəlb etmək olar?
Sabahın hava proqnozu - 11 oktyabr
"Peşə məktəbi məzunu kollec tələbəsindən daha asan iş tapır"
Geyim qaydaları dini inanclı insanların sıxışdırılması kimi qiymətləndirilməməlidir - Murad Ağalarov
Universitetə imtahansız qəbul ümidi ilə kollec seçənlərə XƏBƏRDARLIQ
İlham Əliyevdən bəzi hakimlərlə bağlı SƏRƏNCAM
Uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər tətbiq ediləcək
Məktəbli forması ilə bağlı çağırış: "Qanunu diqqətlə oxuyun"
Baş tutmayan “AİLƏ ƏMƏLİYYATI”: İzlər BŞTİ-yə aparır!
DİM-də fənlər üzrə elmi-metodik seminarlar başlanır
Peşə təhsilində kurikulumların yenilənməsi üzrə müzakirələrə başlanılıb
Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək
Beyləqanda şagirdlər qidadan zəhərləniblər
Naxçıvanda müəllimlərin sertifikatlaşdırılması üzrə müsahibələr başlayır
Dərslər başlayıb, tələbələr hələ də cədvəl gözləyir...
Prokurorluğa qəbul üzrə test imtahanı keçirilib
Nazir susur, məktəblər hərəkətə keçir: Hicab məsələsində konstitusiya NƏ DEYİR?

Məktəb direktorunun oğlu jurnalisti ölümlə hədələdi – Təhsil portalının rəhbəri paylaşım edib

Məktəb direktorunun oğlu jurnalisti ölümlə hədələdi – Təhsil portalının rəhbəri paylaşım edib

Təhsilmedia.az xəbər portalının rəhbəri, tanınmış jurnalist Sakit Muradov sosial şəbəkədə şok iddia ilə çıxış edib. Onun sözlərinə görə, gecə saatlarında naməlum nömrədən ona edilən təhqir və ölüm təhdidlərinin müəllifi məlum olub – bu şəxs 201 saylı tam orta məktəbin direktoru Afaq Əliyevanın oğlu Ayxan Əlizadədir.

Jurnalistin Facebook hesabında etdiyi paylaşımda bildirilir ki, Ayxan Əlizadə anasının fəaliyyətinə dair yayımlanmış tənqidi materiallardan sonra jurnalisti hədəfə alıb. Qeyd edək ki, Afaq Əliyeva ilə bağlı bir müddət əvvəl tehsilmedia.info saytında onun əməkdaşlara qarşı təhdid, şantaj, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi və dövlət əmlakının mənimsənilməsi ilə bağlı səs yazıları və materiallar dərc olunmuşdu.

Sakit Muradovun paylaşımında deyilir:

“Sən demə, gecənin bir aləmi telefonuma zəng edən, məni ölümlə hədələyən şəxs 201 saylı tam orta məktəbin direktoru Afaq Əliyevanın oğlu Ayxan Əlizadə imiş. Görünür Afaq Əliyevanın oğlu da anası kimi təhdid dili ilə danışmağı, hədələməyi sevir.”

Daha da maraqlısı odur ki, təhdid edən şəxs – Ayxan Əlizadə – hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşıdır. Jurnalist bu faktı da diqqətə çatdıraraq İqtisadiyyat naziri Mikayıl Cabbarova çağırış edib:

“Yəqin ki, çox hörmətli Mikayıl Cabbarov öz tabeliyində çalışan bu şəxsin hansı işlərlə məşğul olduğunu öyrəndikdə onun haqqında müvafiq ölçü götürəcək.”

Məsələnin daha da ciddi tərəfi budur ki, jurnalistin təhqir və təhdid olunması birbaşa ifadə azadlığına və mətbuatın toxunulmazlığına qarşı yönəlmiş təzyiq aktıdır. Jurnalist həmçinin hüquq-mühafizə orqanlarını da məsələyə reaksiya verməyə çağırıb:

“Ümid edirəm ki, hüquq-mühafizə orqanları da məni təhdid edən şəxslə bağlı lazımi araşdırmalara başlayacaqlar. Müstəqil, azad bir ölkədə yaşayırıq, bütün məsələlər qanun çərçivəsində həll edilir.”

Məqalədə həmçinin qeyd olunur ki, Afaq Əliyevanın fəaliyyəti ilə bağlı Elm və Təhsil Nazirliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) tərəfindən araşdırmalara başlanılmışdı. Lakin direktor barəsində məhkəmə prosesləri olduğu üçün araşdırmalar müvəqqəti olaraq dayandırılıb. Bu isə mövcud qanunvericiliyə uyğun həyata keçirilir – araşdırmalar yalnız məhkəmə çəkişmələri başa çatdıqdan sonra davam etdirilə bilər.

Bakunews.az redaksiyası olaraq bildiririk ki, jurnalistlərin peşə fəaliyyətinə qarşı təhdid və təzyiqlərə qarşı sıfır tolerantlıq nümayiş etdirilməli, hüquqi müstəvidə bu cür hallara qəti şəkildə son qoyulmalıdır.

Oxşar xəbərlər

Bütün xəbərlər