Xəbər lentiwidget-title-icon

Kollec direktoru anım günündə özünə ad günü keçirtdi
Gəray Gəraybəyli: Kafedra müdirlərinin məsuliyyəti artırılmalıdır
35 saylı peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək?- RƏSMİ AÇIQLAMA
Biologiya fənni üzrə seçim imtahanı keçiriləcək!
Məktəbə necə gedək ki, həm vaxta, həm pula qənaət edək?
İlham Əliyev “Təhsil 1 nömrəli prioritetdir” deyirsə, hökumət, Elm və Təhsil Nazirliyi nələr etməlidir?..- KONSEPTUAL BAXIŞ...
Oktyabrın ilk günü hava necə olacaq?
ADNSU "Alimlər portalı"nı ictimaiyyətə təqdim edib
Peşə təhsilində proqram seçimi gələcək karyeraya necə təsir edir?
Neftçalada 30 şagird müəllimsiz qalb - Direktor uşaqları evə göndərir
"Mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir" - Dövlət müəssisəsində FIRILDAQ
Buraxılış imtahanlarına yeni fənn gəlir? - AÇIQLAMA
Məktəblərdə yeni maliyyələşmə sistemi müəllim maaşlarına təsir edəcək? - AÇIQLAMA
İmtahanların elektron keçirilməsi iddialarına DİM-dən CAVAB
Kitab, dəftər, iş dəftəri… Məktəb çantaları necə yüngülləşdirilə bilər?
Uşaqlar üçün ingilis dili imtahanına qeydiyyat davam edir
Təhsil İdarəsinin hesablarına həbs qoyulub - Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq

NAXÇIVANDA NƏLƏR BAŞ VERİR??? Naxçıvanda hakim sifarişlə müəllim haqda qərar verir! Biabrçılıq!!!

NAXÇIVANDA NƏLƏR BAŞ VERİR??? Naxçıvanda hakim sifarişlə müəllim haqda qərar verir! Biabrçılıq!!!

Bu gün Naxçıvan şəhər Məhkəməsində çalışdığı məktəbdə rüşvət və digər pozuntuları ictimailəşdirdiyinə görə təqiblə üzləşən müəllim Səriyyə Qəmbərovanın şikayəti əsasında yekun qərar verilib. Onun şikayəti qanunsuz işdən çıxarılması ilə bağlı idi.

Səriyyə Qəmbərovanın “Gündəlik Naxçıvan”a bildirdiyinə görə, proses ədalətsiz şəkildə keçirilib və hakim saxta sübutlara əsaslanaraq onun əleyhinə qərar çıxarıb:

“Məktəbdə baş verən qanunsuzluqları işıqlandırdıqdan sonra direktorun göstərişi ilə məni məktəbdə döydülər. Bundan sonra məni Naxçıvan şəhət Təhsil Şöbəsinə çağırıb dedilər ki, bir müddət işə getməyim. Dedilər ki, məktəblə də razılaşdırılıb. Bir neçə gün getmədim işə. Sən demə bu mənə qurulan tələ imiş. Bir müddət sonra icazəsiz işə gəlmədiyimə görə, məni işdən çıxardılar. Bununla bağlı məhkəməyə bir neçə dəfə şikayət etsəm də, qəbul etmədilər. Nəhayət qəbul etməyə məcbur oldular.

Lakin, məhkəmə açıq-aydın tərəf tutdu. Hakim Gülnar Səfərəliyeva mənim heç bir sübutumu dinləyib, qəbul etmək istəmədi. Bunun əvəzinə məktəb direktorunun saxta sübutlarını əsas gətirdi. Bu məsələdə yerli Təhsil Nazirliyinin də marağı var. Mən təkcə dərs dediyim məktəbdə yox, ümumiyyətlə Naxçıvandakı təhsil sisdemində baş verən qanunsuzluqları işıqlandırmışam. Mənim cəzalandırılmağımla bağlı göstəriş nazirlikdən gəlib. Hakim də onların sifarişini yerinə yetirdi.”

Sabah isə eyni məhkəmədə Səriyyə Qəmbərovaya qarşı məktəb direktorunun başqa bir iddiasına baxılacaq. O bildirir ki, bu məhkəmədən də heç bir ədalət gözləmir:

“Döyülməyimlə bağlı kifayət qədər faktlar olsa da, məhkəmə mənim bu şikayətimi qəbul etmir. Əksinə, guya mənim direktoru döyməyimlə bağlı şikayəti isə dərhal qəbul edib, prosesə başlayıblar. Ortada heç bir fakt, sübut yoxdur. Yalnız direktorun saxta şahidlərinin ifadəsi əsasında işə baxırlar. Mən Gülnar Səfərəliyevadan bu iş üzrə də ədalət gözləmirəm.”

Səriyyə Qənbərova ötən ilin oktyabrına qədər Naxçıvan şəhər 1 saylı tam orta məktəbində fiziki tərbiyə müəllimi işləyib. Buradakı korrupsiya və digər qanun pozuntularını ictimailəşdirdikdən sonra öncə məktəbdə döyülüb, daha sonra isə işdən qovulub. İki övlad anası olan müəllim hazırda işsizdir.

Oxşar xəbərlər

Bütün xəbərlər