Xəbər lentiwidget-title-icon

BMU NASA-nın beynəlxalq hakatonuna tərəfdaş oldu
"Valideynləri məcbur edirlər ki, məhz həmin kitab evindən alıb istifadə etsinlər..." - ŞİKAYƏT
Məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib
Qarabağ Universiteti regiona həyatın qaytarılması prosesində mühüm rol oynayır
Türk Tarix Qurumu Azərbaycan aliminin iki cildlik əsərini çap edib
25 milyonluq məktəb tender - Azərbaycan qiymətləri xarici nümunələrdən niyə bu qədər yüksəkdir?
Təhsil İdarəsindən məktəbdəki dava ilə bağlı AÇIQLAMA
Fənnini bilmək kifayət deyil - Müəllimlərin rəqəmsal savadı da ölçülməlidir
Məktəbdə tədris olunmur, imtahanda soruşulur - Ekspertdən SƏRT İRAD
Dövlət qulluqçuları müəllimlik edə biləcək? – Yeni QANUN
Gəncə Regional Kollecinin yeni direktoru kollektivə təqdim olunub
Hərbi xidmətə və mülki işə qəbul imtahanı keçiriləcək
Dərs bölgüsü üstündə müəllim həmkarını döydü - Biri xəstəxanalıq oldu
Bağça müəllimlərinin işə qəbulu üzrə müsahibə BAŞLAYIR
Azərbaycan və Türkiyə müdafiə sənayesi üzrə təhsil əməkdaşlığını genişləndirir
Məktəblilərin dostu, yoxsa direktorun nəzarətçisi?
Kollec direktoru anım günündə özünə ad günü keçirtdi
Gəray Gəraybəyli: Kafedra müdirlərinin məsuliyyəti artırılmalıdır
35 saylı peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək?- RƏSMİ AÇIQLAMA
Biologiya fənni üzrə seçim imtahanı keçiriləcək!
Məktəbə necə gedək ki, həm vaxta, həm pula qənaət edək?
İlham Əliyev “Təhsil 1 nömrəli prioritetdir” deyirsə, hökumət, Elm və Təhsil Nazirliyi nələr etməlidir?..- KONSEPTUAL BAXIŞ...
Oktyabrın ilk günü hava necə olacaq?
ADNSU "Alimlər portalı"nı ictimaiyyətə təqdim edib
Peşə təhsilində proqram seçimi gələcək karyeraya necə təsir edir?

İsveçdə Azərbaycan musiqisinin xaricdə tanıdılması mövzusunda videokonfrans keçirilib

İsveçdə Azərbaycan musiqisinin xaricdə tanıdılması mövzusunda videokonfrans keçirilib

İsveçdə Azərbaycanın müasir peşəkar musiqisinin tanıdılmasına həsr olunmuş videokonfransda Avropada yaşayan 40-a yaxın musiqiçi, musiqişünas və musiqisevər iştirak edib.

AZƏRTAC xəbər verir ki, videokonfransı İsveçin Höteborq şəhərində yaşayan “Qobustan” Azərbaycan Ziyalıları Cəmiyyətinin sədri Səadət Kərimi təşkil edib.

Açılış nitqi ilə çıxış edən S.Kərimi konfrans iştirakçılarına Azərbaycan musiqisinin zəngin və çoxəsrlik tarixindən danışıb. O qeyd edib ki, bu barədə ilk məlumatlar arxeoloji qazıntılar zamanı aşkar edilmiş bir sıra tarixi abidələrdə, o cümlədən Qobustanın qayaüstü rəsmlərində (eramızdan əvvəl XVIII-III minilliklər) və Gəmiqayada (e.ə. III - I minilliklər), eləcə də orta əsr musiqisi haqqında zəngin məlumatları, onun janrları və alətlərini özündə əks etdirən “Kitabi-Dədə Qorqud” dastanı (VII əsr) və dahi Azərbaycan şairləri Nizami Gəncəvi və Füzulinin əsərlərində yer alıb.

Daha sonra çıxış edən bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Zeynalova yaşadığı Almaniyadakı fəaliyyətindən, əsərlərinin ifa olunduğu dünyanın müxtəlif ölkələrində keçirilən festival və konsertlərdən, eləcə də rəhbəri olduğu “Bridge of Sound” orkestri haqqında danışıb.

X.Zeynalova qeyd edib ki, onun fəaliyyətinin əsas məqsədi Azərbaycan musiqisinin təbliğidir. O, alman tələbə və professor-müəllim heyətinin Qarabağ Universiteti ilə əməkdaşlığı haqqında da fikirlərini bölüşüb.

Niderland-Azərbaycan Odlar Yurdu Cəmiyyətinin sədri Firəngiz Bağırova tədbir iştirakçılarını cəmiyyətin həyata keçirdiyi layihələrlə tanış edib. O bildirib: “Layihələrimizdən biri də “Sarı gəlin” mahnısını 2023-cü il ərzində müxtəlif ölkələrdə ifa edən xor kollektivi ilə bağlıdır. Bu layihənin məqsədi ermənilərin bizim musiqimizi mənimsəmək cəhdlərinin qarşısını almaq idi”.Firəngiz Bağırova Xocalı faciəsinə həsr olunmuş “Dünya uşaqların gözü ilə” musiqi layihəsindən qürurla bəhs edib. Onun sözlərinə görə, musiqi quruluşu iki il ərzində Niderlandın müxtəlif şəhərlərində nümayiş etdirilib.

Dahi Fikrət Əmirovun tələbəsi, bəstəkar Qalib Həsən Məmmədov Norveçdəki musiqi fəaliyyətindən danışıb. Onun əsərləri Norveçin aparıcı nəşriyyatlarında çap olunur.

Videokonfransda Azərbaycan xalq mahnıları səsləndirilib, Avropada yaşayan soydaşlarımızın əsərlərindən ibarət konsertlərdən parçalar təqdim olunub

Oxşar xəbərlər

Bütün xəbərlər