Xəbər lentiwidget-title-icon

Təhsil İdarəsinin hesablarına həbs qoyulub- Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD

Folklor İnstitutunun əməkdaşı Özbəkistanda ustad dərsi keçib

Folklor İnstitutunun əməkdaşı Özbəkistanda ustad dərsi keçib

AMEA-nın Folklor İnstitutunun Qadınlar Təşkilatının sədri filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimova Özbəkistanın Kokand Dövlət Pedaqoji İnstitutunun rektoru, professor Dilnoza Xocayevanın dəvəti ilə həmin institutun Filologiya fakültəsində ustad dərsləri keçib.

Bu barədə "tehsilmedia.info" a institutdan bildirilib.

Aynur İbrahimovanın fakültənin 1-3-cü kurslarında “Ulu Öndər Heydər Əliyev və Azərbaycan-Özbəkistan mədəni əlaqələri”, “Azərbaycan folkloru və türk arealı”, “Azərbaycan şifahi xalq ədəbiyyatının növləri və janrları”, “Folklor və tarix”, “Qədim türk dastan və eposları”, “Özbək və Azərbaycan folklor tədqiqatçıları”, “Folklor və yazılı ədəbiyyat əlaqələri” mövzularında mühazirələri auditoriya tərəfindən maraqla qarşılanıb və tələbələrin mövzu ətrafında geniş elmi diskussiyası ilə davam edib.

A.İbrahimova, həmçinin mütəmadi olaraq Filologiya fakültəsinin dekanı dosent Barno Həsənova, Özbək Dili və Ədəbiyyatı kafedrasının müdiri dosent Barnoxan Abdulrəhmanova və institutun müəllim heyəti ilə görüşüb, özbək və Azərbaycan ədəbi əlaqələri, müasir folklorşünaslığın aktual problemləri ətrafında söhbətlər aparıb. O institutun Xatun Qızlar Komitə sədri rektor məsləhətçisi, dosent Zarifa Baytemirova və təşkilat üzvləri ilə görüşüb, qadınlarımızın ölkənin siyasi və ictimai həyatındakı iştirakından, ailə və cəmiyyətdəki yeri və rolundan söz açıb. Folklorşünas alim dərslərdə aktiv iştirak edən və yüksək nəticələr göstərən tələbələrə sertifikatların təqdim olunma mərasimində də iştirak edib, qarşılıqlı hədiyyələr verilərək tələbə və müəllim heyəti ilə xatirə şəkilləri çəkdirilib.

Səfərin sonunda Aynur İbrahimova dəvət olunduğu Kokand Dövlət Pedaqoji İnstitutunun beynəlxalq əməkdaşlıq üzrə prorektoru Nigora Kadırova və institutun idarə heyəti ilə görüşüb. Görüşdə Özbəkistan-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin tarixindən, perspektivlərindən söz açılaraq hər iki ölkə arasında elmi əməkdaşlığın əhəmiyyətindən bəhs edilib. Folklor İnstitutu ilə Kokand Dövlət Pedaqoji İnstitutu arasında əməkdaşlıq müqaviləsi bağlanıb və gələcək elmi-mədəni əlaqələrin daha intensiv olacağı vurğulanıb.

Aynur İbrahimova Kokand Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində keçdiyi səmərəli dərslərə görə rektor Dilnoza Xocayeva tərəfindən Təşəkkürnamə ilə təltif olunub.

Oxşar xəbərlər

Bütün xəbərlər