Xəbər lentiwidget-title-icon

Özbəkistanda şagirdlər 12 il oxuyacaq
Qarabağ Universitetinin yaradılmasından 3 il ötür
Şagirdlər üçün ödənişsiz hazırlıq mərkəzi açılıb
İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib
Qəbələdə Aşpaz emalatxanası istifadəyə verilib
Abşeron rayonu üzrə təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
AzTU-nun layihə həlləri Filip Kotlerin kitabında yer alıb
Musiqi müəllimləri sertifikasiyadan keçəcək - TARİX
Dövlət Proqramının icrasında səmərəsiz xərclər aşkarlanıb
Masallıda təhsilin görünməz şagirdləri: Dərs yoxdur, davamiyyət var, attestat var! Bəs məsuliyyət haradadır?
Məleykə Abbaszadə tələbələrlə görüşüb
Peşə təhsilində yeni əsasnamələr və qəbul nəticələri müzakirə edilib
İngilis dilini yaxşı bilən müəllimlərin maaşı artacaq
Qarabağda 15 yeni məktəbəqədər təhsil müəssisəsi açılır
Emin Əmrullayev Ağstafada vətəndaşları qəbul edib
Şuşa teatrı Lənkəranda “Ağıldankəm Jurden”i təqdim edib
Daha 3 məktəbə direktor təyin edilib- FOTOLAR
200-ə yaxın azərbaycanlı tələbə Estoniyada təhsil alır
Elm və təhsil naziri Cəbrayılda vətəndaşları qəbul edəcək
Psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir
Mətbuat Şurası bəyanat yayıb
Dekan öz fakültəsində hansı problemlərin olduğunu bilməlidir
BDU-nun C bloku ilə bağlı məsələni nəzarətə götürmüşəm – Məleykə Abbaszadə
Azərbaycan Universitetinin nümayəndələri Almaniya səfərini başa vurub
Şagirdlərin rəqəmsal bacarıqları necə yoxlanacaq? – ARTİ açıqlayıb

Buraxılış imtahanı çətinləşməli, iki yeni fənn əlavə edilməlidir - TƏKLİF

Hər il buraxılış imtahanlarından sonra abituriyent və valideynlərdən bir çox şikayətlər eşidilir. Demək olar ki, hər il abituriyentlər "imtahan çətin oldu" deyib gileylənirlər.

Bu halda sual yaranır ki, bəs imtahan sisteminin formatında, imtahan suallarında hansı dəyişiklik olmalıdır?

Ümumiyyətlə, dəyişiklik imtahan sisteminin çətinləşdirilməsi, yoxsa müəyyən mənada asanlaşdırılması istiqamətində olmalıdır? - Bütün bu suallar zaman-zaman müzakirə predmetinə çevrilməkdədir.

Tehsilmedia.org bildirir ki, azedu.az-a mövzu ilə bağlı açıqlama verən təhsil tədqiqatçısı Elmin Nuri qeyd edib ki, biz buraxılış imtahanlarının nə zamansa çətinləşdirilməsindən narahat olmamalıyıq:

"Əvvəlcə onu qeyd edim ki, ictimai rəydə zaman-zaman dolaşan və ekspertlərin qeyd etdiyi buraxılışla blok imtahanlarının birləşdirilməsi mexanizmini nəzərdə tutan birmərhələli imtahan modeli ilə qəti razı deyiləm. Tam əminliklə bildirirəm: buraxılış imtahanlarının bugünkü mövcudluğu və onun qəbul sisteminin bir hissəsinə çevrilməsi bizim üçün çox vacibdir.

Səbəblər isə çox sadədir: birincisi, buraxılış imtahanlarının əsasını təşkil edən üç fənnin (Ana dili, Riyaziyyat və Xarici dil) ümumi məzmun xətləri bir şagirdin nə dərəcədə hazırlıqlı fərd, gələcək üçün necə faydalı şəxs olmasının pərdəarxasında qalan göstəriciləridir. Məsələn, Riyaziyyat fənninə aid fəza-həndəsə məzmun xətti şagirdin təxəyyül gücünün nə dərəcədə güclü olduğunu, Ana dilinə aid oxu məzmun xətti isə onun nə dərəcədə uğurlu ifadəetmə qabiliyyətini göstərir. Yəni, bütün bunların heç biri kortəbii şəkildə, elə-belədən düşünülməyib.

Odur ki, sizin vasitənizlə bəzi ekspertlərdən indidən xahiş edirəm: gəlin, buraxılış imtahanlarına toxunmayaq, onların ləğvi ilə bağlı ictimai rəyə təsir etməyək. Çünki abituriyentlərin nə deməsindən asılı olmayaraq, bu gün o proses bizə çox lazımdır".

Biz buraxılış imtahanlarının nə ləğvindən, nə birləşdirilməsindən, nə də asanlaşdırılmasından qəti şəkildə danışmasaq, daha yaxşıdır:

"Əksinə, biz buraxılış imtahanlarının nə zamansa çətinləşdirilməsindən narahat olmamalıyıq. Çünki əmin ola bilərsiniz ki, bu yenilik məhz ondan ən çox narazı qalan gənc abituriyentimiz üçündür. Məsələn, təsəvvür edin ki, buraxılış imtahanlarına İnformatika fənni salınır. İnformatika elə bir fəndir ki, onunla maraqlanmaq sənin mütləq İT sahəsində çalışacağın anlamına gəlməməlidir. "İT dövründə bütün sahələrdə kompüter bacarıqları tələb olunur" - hələ bu fikri də kənara qoyuram, məsələ tam başqadır.

Bu gün İnformatikanı oxuyacaq yeniyetmə özü də hiss etmədən alqoritmik düşüncə gücünü artıracaq, istənilən məsələnin həllinə ardıcıllıq sistemi kimi vahid pəncərədən baxa biləcək. Beyninin proqramlaşdırma funksiyası inkişaf edəcək. Bu isə gələcəkdə istənilən sahədə çalışsa, ona yardımçı olacaq. İndi mən soruşuram: belə olduğu təqdirdə buraxılış imtahanları niyə çətinləşdirilməməlidir? Bu imtahanlara İnformatika, Azərbaycan tarixi kimi fənlər niyə salınmamalıdır?! Buraxılış imtahanları birbaşa təfəkkür təhsili olan kurikulumun ən praktiki məzmun xətləri ilə zəngindir. Axı o məzmun xətlərinin praktiki tərəfləri hər zaman şagirdlə qalacaq. Niyə bizim ekspertlər, mütəxəssislər məsələnin bu tərəfinə toxunmurlar?!

Bir sözlə, biz buraxılış imtahanlarının nə ləğvindən, nə birləşdirilməsindən, nə də asanlaşdırılmasından qəti şəkildə danışmasaq, daha yaxşıdır".

Oxşar xəbərlər

Bütün xəbərlər