Xəbər lentiwidget-title-icon

Azərbaycan və Türkiyə müdafiə sənayesi üzrə təhsil əməkdaşlığını genişləndirir
Məktəblilərin dostu, yoxsa direktorun nəzarətçisi?
Kollec direktoru anım günündə özünə ad günü keçirtdi
Gəray Gəraybəyli: Kafedra müdirlərinin məsuliyyəti artırılmalıdır
35 saylı peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək?- RƏSMİ AÇIQLAMA
Biologiya fənni üzrə seçim imtahanı keçiriləcək!
Məktəbə necə gedək ki, həm vaxta, həm pula qənaət edək?
İlham Əliyev “Təhsil 1 nömrəli prioritetdir” deyirsə, hökumət, Elm və Təhsil Nazirliyi nələr etməlidir?..- KONSEPTUAL BAXIŞ...
Oktyabrın ilk günü hava necə olacaq?
ADNSU "Alimlər portalı"nı ictimaiyyətə təqdim edib
Peşə təhsilində proqram seçimi gələcək karyeraya necə təsir edir?
Neftçalada 30 şagird müəllimsiz qalb - Direktor uşaqları evə göndərir
"Mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir" - Dövlət müəssisəsində FIRILDAQ
Buraxılış imtahanlarına yeni fənn gəlir? - AÇIQLAMA
Məktəblərdə yeni maliyyələşmə sistemi müəllim maaşlarına təsir edəcək? - AÇIQLAMA
İmtahanların elektron keçirilməsi iddialarına DİM-dən CAVAB
Kitab, dəftər, iş dəftəri… Məktəb çantaları necə yüngülləşdirilə bilər?
Uşaqlar üçün ingilis dili imtahanına qeydiyyat davam edir
Təhsil İdarəsinin hesablarına həbs qoyulub - Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA

Nazirliyin monitorinq Al-Veri... İndi də...

Təhsil sistemi hər zaman “sistemlilik” anlayışı ilə öyünür. Amma son addımlara baxanda sual yaranır: sistemlilik hardadır? Məktəblərin qapıları açılandan cəmi bir həftə keçib. Şagird hələ məktəb mühitinə uyğunlaşmayıb, dərs cədvəlləri tam formalaşmayıb, müəllimlər öz qruplaşdırma və iş rejimlərini nizamlamağa belə macal tapmayıblar. Bu vəziyyətdə 4 və 6-cı siniflərdə monitorinq keçirilməsi hansı məntiqə, hansı baza sənədə və ya hansı pedaqoji nəzəriyyəyə söykənir?

Monitorinqin mahiyyəti aydın olmalıdır: monitorinq müəyyən müddətdə əldə edilən nəticələrin ölçülməsi, təhlili və müqayisəsidir. Şagirdlərin tədrisə yeni başladığı, heç bir KSQ (Kiçik Summativ Qiymətləndirmə) keçirilmədiyi, dərsliklərin belə çantadan məktəb masasının üstünə yeni yerləşdiyi bir zamanda hansı nəticədən, hansı müqayisədən danışmaq olar?

Əgər monitorinq uşaqların bilik səviyyəsini yoxlamaq məqsədi daşıyırsa, bu tamamilə erkəndir və pedaqoji prinsiplərə ziddir. Əgər məqsəd müəllimlərin fəaliyyətinə baxmaqdırsa, o zaman heç bir obyektiv ölçü yoxdur – çünki müəllim də, şagird də hələ tədris ilinə uyğunlaşma prosesindədir.

Təəssüf ki, belə addımlar çox vaxt sanki bankdan kredit götürmək kimi gündəlik “hokka”ya çevrilir. Təhsildə monitorinq bir ölçü, analiz və inkişaf aləti olmaq əvəzinə, bürokratik pul mexanizminin bir parçasına dönür. Təhsil siyasətində belə qərarlar cəmiyyətin gözündə həm nazirliyi, həm də məktəbi etibarsızlaşdırır.

Əslində, monitorinq ilin ortasında və ya sonunda – müəyyən mərhələlər bitdikdən sonra aparılmalıdır. Onda həm şagirdin bilik və bacarıqları haqqında dolğun təsəvvür yaranar, həm də müəllimin işi obyektiv dəyərləndirilər.

Bu gün isə biz nə görürük? Məntiqlə, pedaqogika ilə, şagird psixologiyası ilə uzlaşmayan addımlar. Təhsil sisteminə ən böyük zərbə də məhz belə düşünülməmiş, hazırlıqsız, formal və “kampaniya xarakterli” qərarlardan gəlir.

Əgər təhsildə həqiqətən inkişaf, şəffaflıq və sistemlilik istənilirsə, əvvəlcə məntiq bərpa olunmalıdır. Monitorinq isə bilavasitə nəticə əsasında, pedaqoji prinsiplərə uyğun həyata keçirilməlidir.

Oxşar xəbərlər

Bütün xəbərlər