Xəbər lentiwidget-title-icon

Gəray Gəraybəyli: Kafedra müdirlərinin məsuliyyəti artırılmalıdır
35 saylı peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək?- RƏSMİ AÇIQLAMA
Biologiya fənni üzrə seçim imtahanı keçiriləcək!
Məktəbə necə gedək ki, həm vaxta, həm pula qənaət edək?
İlham Əliyev “Təhsil 1 nömrəli prioritetdir” deyirsə, hökumət, Elm və Təhsil Nazirliyi nələr etməlidir?..- KONSEPTUAL BAXIŞ...
Oktyabrın ilk günü hava necə olacaq?
ADNSU "Alimlər portalı"nı ictimaiyyətə təqdim edib
Peşə təhsilində proqram seçimi gələcək karyeraya necə təsir edir?
Neftçalada 30 şagird müəllimsiz qalb - Direktor uşaqları evə göndərir
"Mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir" - Dövlət müəssisəsində FIRILDAQ
Buraxılış imtahanlarına yeni fənn gəlir? - AÇIQLAMA
Məktəblərdə yeni maliyyələşmə sistemi müəllim maaşlarına təsir edəcək? - AÇIQLAMA
İmtahanların elektron keçirilməsi iddialarına DİM-dən CAVAB
Kitab, dəftər, iş dəftəri… Məktəb çantaları necə yüngülləşdirilə bilər?
Uşaqlar üçün ingilis dili imtahanına qeydiyyat davam edir
Təhsil İdarəsinin hesablarına həbs qoyulub - Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT

Müəllimlərin dərəcə haqsızlığı: Qeyri-ixtisaslı müəllimlərin maaşları niyə azaldıldı?

Son zamanlar ölkənin bir sıra bölgələrində bağça müəllimlərinin maaş artımlarında ədalətsizlik müşahidə olunur. Belə ki, dövlət tərəfindən müəllimlərin əmək fəaliyyətinə uyğun olaraq 3, 5, 8 və 12 illik iş stajı əsasında dərəcə artımları tətbiq edilir. Bu artımlar əməkhaqqının yüksəldilməsinə səbəb olur.

Lakin qeyri-ixtisaslı müəllimlər adlandırılan bəzi müəllimlərin dərəcələri ani şəkildə ləğv edilib. Nəticədə onların əməkhaqlarında 50, 70, bəzən isə 80 manata qədər azalmalar baş verib. Bu hal yüzlərlə təcrübəli müəllimin narazılığına səbəb olub və mövzu ictimailəşib. Məsələ ilə bağlı bir çox şikayətlər ünvanlanıb, hətta bəzi televiziya kanallarında Təhsil Nazirliyinin əməkdaşları dərəcələrin bərpası ilə bağlı açıqlamalar veriblər.

Bəzi bölgələrdə bu haqsızlıq aradan qaldırılsa da, digər bölgələrdə problem hələ də qalmaqdadır. Bu müəllimlər üçün diaqnostik qiymətləndirmə imtahanı keçirilib və onlar yüksək nəticələr göstəriblər. Onların arasında illərlə ibtidai sinif müəllimi kimi çalışan və 49 bal toplayan müəllimlər də var. Nazirliyə ünvanlanan məktublara müsbət cavab gəlsə də, praktikada dərəcələr bərpa olunmur.

Qeyri-ixtisaslı müəllimlər haqlı olaraq sual edirlər: “Əgər nəticəmiz yüksəkdirsə, illərlə təcrübəmiz varsa, niyə əməkhaqqımız azaldılır?” Onlar bildirirlər ki, Prezident İlham Əliyev daim vətəndaşların sosial rifahını yüksəltmək üçün əməkhaqlarını artırır, lakin bəzi yerli təhsil rəhbərləri bu siyasətə zidd olaraq səlahiyyətlərindən sui-istifadə edərək müəllimlərin maaşını azaldırlar.

Şikayətçilərin sözlərinə görə, səsini çıxaran bölgələrdə problemlər qismən aradan qalxıb, digər bölgələrdə isə bu ədalətsizlik davam edir. Onlar məsələ ilə bağlı dəfələrlə müraciət etsələr də, nəticə əldə edə bilməyiblər.

Qeyri-ixtisaslı müəllimlər sonda bir daha aidiyyəti qurumlara çağırış edirlər:
“Biz də dövlətin müəllimləriyik. Əmək fəaliyyətimiz və təcrübəmiz var. Dərəcələrimizin bərpa olunması, haqsız yerə kəsilən maaşlarımızın geri qaytarılması üçün səsimizə səs verin.”

Oxşar xəbərlər

Bütün xəbərlər