Xəbər lentiwidget-title-icon

Hərbi xidmətə və mülki işə qəbul imtahanı keçiriləcək
Dərs bölgüsü üstündə müəllim həmkarını döydü - Biri xəstəxanalıq oldu
Bağça müəllimlərinin işə qəbulu üzrə müsahibə BAŞLAYIR
Azərbaycan və Türkiyə müdafiə sənayesi üzrə təhsil əməkdaşlığını genişləndirir
Məktəblilərin dostu, yoxsa direktorun nəzarətçisi?
Kollec direktoru anım günündə özünə ad günü keçirtdi
Gəray Gəraybəyli: Kafedra müdirlərinin məsuliyyəti artırılmalıdır
35 saylı peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək?- RƏSMİ AÇIQLAMA
Biologiya fənni üzrə seçim imtahanı keçiriləcək!
Məktəbə necə gedək ki, həm vaxta, həm pula qənaət edək?
İlham Əliyev “Təhsil 1 nömrəli prioritetdir” deyirsə, hökumət, Elm və Təhsil Nazirliyi nələr etməlidir?..- KONSEPTUAL BAXIŞ...
Oktyabrın ilk günü hava necə olacaq?
ADNSU "Alimlər portalı"nı ictimaiyyətə təqdim edib
Peşə təhsilində proqram seçimi gələcək karyeraya necə təsir edir?
Neftçalada 30 şagird müəllimsiz qalb - Direktor uşaqları evə göndərir
"Mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir" - Dövlət müəssisəsində FIRILDAQ
Buraxılış imtahanlarına yeni fənn gəlir? - AÇIQLAMA
Məktəblərdə yeni maliyyələşmə sistemi müəllim maaşlarına təsir edəcək? - AÇIQLAMA
İmtahanların elektron keçirilməsi iddialarına DİM-dən CAVAB
Kitab, dəftər, iş dəftəri… Məktəb çantaları necə yüngülləşdirilə bilər?
Uşaqlar üçün ingilis dili imtahanına qeydiyyat davam edir
Təhsil İdarəsinin hesablarına həbs qoyulub - Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu

ATU Bakıda böyük beynəlxalq tədbirə ev sahibliyi edəcək

Bu ilin oktyabr ayının 7-10 tarixlərində Azərbaycan Tibb Universitetinin ev sahibliyi ilə Bakıda növbəti böyük beynəlxalq tədbir keçiriləcək.

tehsilmedia.info xəbər verir ki, Azərbaycan Tibb Universiteti və Pakistanın Riphah Beynəlxalq Universitetinin (RBU) birgə təşkilatçılığı ilə baş tutacaq Tibb Təhsili üzrə Beynəlxalq Konfrans (İnternational Conference on Medical Education – İCME) dünyanın bir çox ölkələrindən mütəxəssisləri bir araya gətirəcək.

Konfransın rəsmi təqdimatına həsr olunmuş onlayn görüşdə Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Məmmədov, Riphah Beynəlxalq Universitetinin prorektoru professor Anis Ahmad, ICME-nin prezidenti, general professor Azhar Rashid, ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Orxan İsayev və Riphah Beynəlxalq Universitetinin prorektorunun müavini professor Yaver Hayat tədbirin önəmi ilə bağlı əsas məsələləri iştirakçıların diqqətinə çatdırıblar.

Facebook üzərindən canlı yayımlanan görüşdə konfransın tibb ictimaiyyəti üçün böyük əhəmiyyət daşıdığı vurğulanıb. Təşkilatçılar "ICME-2023 Bakı” toplantısının böyük uğurla keçəcəyindən əminliklərini bildiriblər. Qeyd edək ki, nüfuzlu ICME konfransının əsas məqsədi tibb təhsili üzrə ekspertlər və pedaqoqları bir araya gətirməklə bu sahədəki son yenilikləri və standartları müzakirə etmək, təcrübə mübadiləsinin aparılması və bu sahədə beynəlxalq platforma yaratmaqdan ibarətdir.

Bakı konfransında Dünya Tibb Təhsili Federasiyasının (World Federation for Medical Education -WFME) Prezidenti Ricardo Leon-Borquez, ECFMG-nin prezidenti, Queensland Universitetinin fəxri professoru, Uilyam Pinsky, "Ras Al Khaimah” Tibb və Səhiyyə Elmləri Universitetinin (RAKMHSU) prezidenti Ismail Ibrahim Matalka və tibb təhsili üzrə digər dünya miqyaslı qurumların nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Tibb təhsili üzrə ilk beynəlxalq konfrans 2009-cu ildə İslamabadda baş tutub. İki ildən bir təşkil olunan tədbir sonradan Birləşmiş Ərəb Əmirlikləri, Mavritaniya, Türkiyə və İndoneziyada keçirilib.

Növbəti ICME konfransının Bakıda keçirilməsinə qərar verildikdən sonra dərhal tədbirin təşkili üzrə işlərə başlanılıb. Son bir neçə ay ərzində hər iki universitetin nümayəndə heyətləri tərəfindən məsələ ilə bağlı mütəmadi müzakirələr aparılıb, işlər planı dəqiqləşdirilib.

Görüşdə həmçinin ATU-nun elmi işlər üzrə prorektor, dosent Rauf Bəylərov, Təsərrüfat İşləri üzrə prorektor Tağı Əhmədov, İCME-nin vitse-prezidenti professor Rahila Yasmeen və İCME-nin vitse-prezidenti professor Rehan Ahmed Khan iştirak ediblər.

Oxşar xəbərlər

Bütün xəbərlər