Xəbər lentiwidget-title-icon

Özbəkistanda şagirdlər 12 il oxuyacaq
Qarabağ Universitetinin yaradılmasından 3 il ötür
Şagirdlər üçün ödənişsiz hazırlıq mərkəzi açılıb
İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib
Qəbələdə Aşpaz emalatxanası istifadəyə verilib
Abşeron rayonu üzrə təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
AzTU-nun layihə həlləri Filip Kotlerin kitabında yer alıb
Musiqi müəllimləri sertifikasiyadan keçəcək - TARİX
Dövlət Proqramının icrasında səmərəsiz xərclər aşkarlanıb
Masallıda təhsilin görünməz şagirdləri: Dərs yoxdur, davamiyyət var, attestat var! Bəs məsuliyyət haradadır?
Məleykə Abbaszadə tələbələrlə görüşüb
Peşə təhsilində yeni əsasnamələr və qəbul nəticələri müzakirə edilib
İngilis dilini yaxşı bilən müəllimlərin maaşı artacaq
Qarabağda 15 yeni məktəbəqədər təhsil müəssisəsi açılır
Emin Əmrullayev Ağstafada vətəndaşları qəbul edib
Şuşa teatrı Lənkəranda “Ağıldankəm Jurden”i təqdim edib
Daha 3 məktəbə direktor təyin edilib- FOTOLAR
200-ə yaxın azərbaycanlı tələbə Estoniyada təhsil alır
Elm və təhsil naziri Cəbrayılda vətəndaşları qəbul edəcək
Psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir
Mətbuat Şurası bəyanat yayıb
Dekan öz fakültəsində hansı problemlərin olduğunu bilməlidir
BDU-nun C bloku ilə bağlı məsələni nəzarətə götürmüşəm – Məleykə Abbaszadə
Azərbaycan Universitetinin nümayəndələri Almaniya səfərini başa vurub
Şagirdlərin rəqəmsal bacarıqları necə yoxlanacaq? – ARTİ açıqlayıb

ARTİ-dən yeni bir uğursuz addım və dövlət büdcəsindən yeyinti.

ARTİ-dən yeni bir uğursuz addım və dövlət büdcəsindən yeyinti.

2025-ci il dövlət büdcəsindən bir yanlış qərar da heç bir nəticə verməyən "METODİST" vəzifəsinə dair verildi. Belə ki, təhsildə müasir metodiki xidmətin təşkili, bu işlərin icrası ilə bağlı növbəti ildə 750 nəfər metodistin işə cəlb olunması məqsədilə dövlət büdcəsində 7.1 milyon manat vəsait proqnozlaşdırılıb.

Keçən zaman içində bu layihənin uğursuzluğu açıq aşkar göründüyü halda niyə yenidən dövlət büdcəsindən vəsait ayrılır?

Heç bir uğur əldə edilmədiyi və tamamilə düşünülməyən daha ciddi nöqsanlara yol açdığını gördüyümüz halda layihəni dayandırmaq əvəzinə niyə belə bir addım atılır?

Metodistlar ARTİ tərəfindən sertifikasiyada yüksək bal toplayan müdavimlər və xüsusi təkliflə gələnlər arasından seçilir və hazırlanır. Deməli, proqramda öyrədilənlər MİQ-ə hazırlaşanların hər birinin bildiyi çox bəsit məlumatlardır. Yəni heç bir xüsusiyyəti yoxdur. Çox sadə, bəsit bir neçə məlumatları həmin müəllimlərə "öyrətməyə çalışırlar". Keçirilən təlim yola verilmiş təlimdir.
Sertifikasiyada yüksək bal toplayanlar heç də çətin, qeyri-adi bir imtahan vermədiklərindən bu seçim başdan haqsız olur. Üstəlik materiallara baxdıqda görürük ki, bu materiallar Kurikulumun, Metodika və Pedaqogikanın heç yüzdə birini ehtiva etmir. Qiymətləndirmə də həmişə olduğu kimi kənardan təlimçilərə pul verməklə yazdırılır. Heç metodist özü də yazmır. Pulla kurikulum təlimçilərinə yazdırırlar. Üstəlik özləri də deyir ki, heç nə bilmirik. Əsas odur bir vəzifə, üstünlük kimi görürlər. Yəni məktəbdə hava atmaq, "mən də bir vəzifə sahibi olmuşam" deməyə xidmət edir.

Üstəlik ən gülünc tərəfi də artıq "mən metodistəm" deyib kurikulumdan təlim keçirlər. Ödənişlə MİQ, Sertifikasiya hazırlığı keçirlər. ARTİ metodistiyəm deyib Metodikadan xəbəri olmayan bu müəllimlər təhsildəki vəziyyəti bir az daha gərginləşdirirlər.

Metodika və Pedaqogika (Kurikulum) sahəsində heç bir məlumatı olmayan, metodikaya dair magistratura təhsili almayan və yola verilmiş təlim, satın alınmış imtahanla "uğur qazanıldığını düşünülən" layihəyə 7.1 milyon pul ayrılır.
Axı hansı düşüncə ilə bu layihənin uğurlu olduğu vurğulanır?

Dərhal ləğv edilməli və metodist adı alanlardan o ad geri alınmalı olduğu halda bir də əlavə pul ayırmaq YENİ BİR YEYİNTİ SAHƏSİDİR. ARTİ-NİN BİTİB TÜKƏNMƏZ OYUNLARINDAN BİRİDİR. ARTIQ BİRİ DUR DEMƏLİDİR!

BU UĞURSUZ LAYİHƏLƏRİ ÖZ MƏNAFELƏRİ ÜÇÜN İSTİFADƏ EDİRLƏR. 7 MİLYON MƏKTƏBLİ DOSTUNA, 7. 1 MİLYON METODİST LAYİHƏSİNƏ GEDƏN PULLAR TAMAMİLƏ UĞURSUZ QƏRARDIR, YEYİNTİDİR, QURUMLARARASI ANLAŞMADAN, MƏDƏNİ SOYĞUNÇULUQDAN BAŞQA BİR ŞEY DEYİLDİR!

Oxşar xəbərlər

Bütün xəbərlər