Xəbər lentiwidget-title-icon

İlham Əliyev “Təhsil 1 nömrəli prioritetdir” deyirsə, hökumət, Elm və Təhsil Nazirliyi nələr etməlidir?..- KONSEPTUAL BAXIŞ...
Oktyabrın ilk günü hava necə olacaq?
ADNSU "Alimlər portalı"nı ictimaiyyətə təqdim edib
Peşə təhsilində proqram seçimi gələcək karyeraya necə təsir edir?
Neftçalada 30 şagird müəllimsiz qalb - Direktor uşaqları evə göndərir
"Mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir" - Dövlət müəssisəsində FIRILDAQ
Buraxılış imtahanlarına yeni fənn gəlir? - AÇIQLAMA
Məktəblərdə yeni maliyyələşmə sistemi müəllim maaşlarına təsir edəcək? - AÇIQLAMA
İmtahanların elektron keçirilməsi iddialarına DİM-dən CAVAB
Kitab, dəftər, iş dəftəri… Məktəb çantaları necə yüngülləşdirilə bilər?
Uşaqlar üçün ingilis dili imtahanına qeydiyyat davam edir
Təhsil İdarəsinin hesablarına həbs qoyulub - Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi Həştərxanda bir sıra tədbirlərlə qeyd edilib

Mayın 8-də Rusiya Federasiyasının Həştərxan vilayətində səfərdə olan Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bir sıra tədbirlərdə iştirak edib.

tehsilmedia.info xəbər verir ki, əvvəlcə Azərbaycan nümayəndə heyətinin üzvləri ümummilli lider Heydər Əliyevin adını daşıyan xiyabanda onun abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Sonra nümayəndə heyətinin üzvləri xiyabanda Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağaclar əkiblər.

Nümayəndə heyəti Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin və vilayətin rəhbər şəxsləri ilə görüş keçirib. 

Sonra qonaqlar "Əbədi məşəl” memorialını ziyarət edib, İkinci Dünya müharibəsi qəhrəmanlarının xatirəsini anıb və memorialın önünə gül dəstələri qoyublar.

Azərbaycan nümayəndə heyəti Heydər Əliyev adına 11 nömrəli ümumi orta məktəbdə də olub, ulu öndərə həsr edilmiş sərgiyə baxış keçiriblər. 

Qonaqlara məktəbin fəaliyyəti haqqında məlumat verilib, təhsil ocağından bəhs edən videoçarx nümayiş etdirilib. Sonra ümummilli liderin 100 illik yubileyi münasibətilə beş nominasiya üzrə keçirilən müsabiqənin qaliblərinə mükafatlar təqdim olunub.

Həmin gün ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Azərbaycan Respublikası və Həştərxan vilayəti arasında ticari-iqtisadi və humanitar əməkdaşlıq: müasir vəziyyət və perspektivlər” adlı konfrans keçirilib.

Konfransı giriş nitqi ilə açan Həştərxan vilayətinin vitse-qubernatoru Pavel Pautov qeyd edib ki, konfrans sahibkarlara iqtisadi əlaqələr qurmağa və bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətləri genişləndirməyə imkan verəcək. 

Konfransda çıxış edən Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərin təşkilinə görə Həştərxan vilayəti hökumətinə təşəkkürünü bildirib və bu təşəbbüsü xalqlarımız arasında dostluğun daha bir təzahürü kimi qiymətləndirib. 

Konfransda çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov ümummilli lider Heydər Əliyevin Azərbaycanda təhsil sahəsinə xüsusi diqqət ayırdığını qeyd edib. 

Azərbaycan və Həştərxanın ali təhsil müəssisələri arasında əməkdaşlığın fəal şəkildə inkişaf etdirildiyini vurğulayan nazir müavini Həştərxan Dövlət Universiteti ilə Bakı Dövlət Universiteti, eləcə də Azərbaycan Dövlət İqtisad Universiteti ilə Bakı Slavyan Universiteti arasında ikili diplom proqramlarının təsis olunması haqqında müzakirələrin aparıldığını diqqətə çatdırıb. 

Firudin Qurbanov xatırladıb ki, Rusiya hər il azərbaycanlı tələbələrin təhsili üçün kvota ayırır, Bakıda isə Rusiyanın iki universitetinin – Moskva Dövlət Universiteti və İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir.

Konfransda çıxış edən Həştərxan vilayətinin sənaye, ticarət və energetika nazirinin müavini Mixail Kabakov, Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov da konfransın mövzusu ilə bağlı fikirlərini bölüşüblər. 

Konfransdan sonra Azərbaycan nümayəndə heyəti Xəzər Dəniz və Çay Nəqliyyatı İnstitutunda, Federal Dövlət Büdcə Təhsili Müəssisəsinin filialı olan Volqa Dövlət Su Nəqliyyatı Universitetində olub. 

Tədbirlər ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert proqramı ilə başa çatıb.

TƏHSİL MEDİA

Oxşar xəbərlər

Bütün xəbərlər