Xəbər lentiwidget-title-icon

Özbəkistanda şagirdlər 12 il oxuyacaq
Qarabağ Universitetinin yaradılmasından 3 il ötür
Şagirdlər üçün ödənişsiz hazırlıq mərkəzi açılıb
İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib
Qəbələdə Aşpaz emalatxanası istifadəyə verilib
Abşeron rayonu üzrə təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
AzTU-nun layihə həlləri Filip Kotlerin kitabında yer alıb
Musiqi müəllimləri sertifikasiyadan keçəcək - TARİX
Dövlət Proqramının icrasında səmərəsiz xərclər aşkarlanıb
Masallıda təhsilin görünməz şagirdləri: Dərs yoxdur, davamiyyət var, attestat var! Bəs məsuliyyət haradadır?
Məleykə Abbaszadə tələbələrlə görüşüb
Peşə təhsilində yeni əsasnamələr və qəbul nəticələri müzakirə edilib
İngilis dilini yaxşı bilən müəllimlərin maaşı artacaq
Qarabağda 15 yeni məktəbəqədər təhsil müəssisəsi açılır
Emin Əmrullayev Ağstafada vətəndaşları qəbul edib
Şuşa teatrı Lənkəranda “Ağıldankəm Jurden”i təqdim edib
Daha 3 məktəbə direktor təyin edilib- FOTOLAR
200-ə yaxın azərbaycanlı tələbə Estoniyada təhsil alır
Elm və təhsil naziri Cəbrayılda vətəndaşları qəbul edəcək
Psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir
Mətbuat Şurası bəyanat yayıb
Dekan öz fakültəsində hansı problemlərin olduğunu bilməlidir
BDU-nun C bloku ilə bağlı məsələni nəzarətə götürmüşəm – Məleykə Abbaszadə
Azərbaycan Universitetinin nümayəndələri Almaniya səfərini başa vurub
Şagirdlərin rəqəmsal bacarıqları necə yoxlanacaq? – ARTİ açıqlayıb

Ali məktəblərdə oğlanların sayı AZALIR

Ali məktəblərdə oğlanların sayı AZALIR

Ali məktəblərdə oğlanların sayı AZALIR
“Son illərdə oğlan tələbələrin ali təhsil müəssisələrinə, xüsusilə də müəyyən ixtisaslara qəbulunda əhəmiyyətli bir azalma müşahidə olunur”.

Bu sözləri açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib:

“Bu azalma yalnız Azərbaycanda deyil, həm də digər ölkələrdə nəzərə çarpır. Bu tendensiya, xüsusilə sosial elmlər, hüquq və təhsil kimi sahələrdə daha aydın görünür, lakin mühəndislik, texnologiya və təbiət elmləri sahələrində oğlan tələbələrin sayı nisbətən sabit qalsa da, bu sahələrdə də gender balansının dəyişdiyi müşahidə olunur.

Azalmanın səbəbləri əmək bazarının tələbləri və sosial gözləntilər, bəzi ixtisaslarda, xüsusilə hüquq, pedaqogika və sosial elmlərdə, iş imkanlarının məhdudlaşması oğlan tələbələrin bu sahələrdən uzaqlaşmasına səbəb ola bilər. Əksinə, texnologiya və mühəndislik sahələri iş imkanları ilə daha çox cəlbedici görünür.

Ənənəvi gender yönəlməsi, hüquq, təhsil və bənzər sahələr tarixi olaraq qadınlarla daha çox əlaqələndirilir. Bu, oğlan tələbələrin bu sahələrdə az təmsil olunmasına səbəb ola bilər. Qadınlar bu sahələrə daha çox yönəldiyi halda, oğlanlar mühəndislik və ya texniki sahələrə üstünlük verirlər.

Təhsil mühiti, təhsil sistemindəki dəyişikliklər və erkən yaşlardan bəri oğlan və qız tələbələr arasında fərqli motivasiya və yönləndirmələr, ixtisas seçimlərinə təsir edə bilər”.

K.Əsədov qeyd edib ki, məktəbdə və ailədə təhsil üzrə yüksək nailiyyət gözləntiləri də qızların daha çox akademik sahələrə maraq göstərməsinə səbəb olur:

“Azalma hüquq, sosial elmlər və təhsildə olduğu halda, mühəndislik, informasiya texnologiyaları (IT), kompüter elmləri kimi sahələrdə oğlan tələbələr arasında artım var. Qlobal miqyasda da STEM (elm, texnologiya, mühəndislik, riyaziyyat) sahələrinə maraq artmışdır və bu sahələr daha çox oğlan tələbələri cəlb edir.

Əvvəlki illərlə müqayisədə isə 1990-2000-ci illərdə oğlan tələbələr hüquq, sosial elmlər və iqtisadiyyat kimi sahələrdə daha çox təmsil olunurdu. Lakin son onillikdə bu balans dəyişib, oğlanlar daha çox texniki və praktiki yönümlü ixtisaslara yönəliblər. Bu tendensiya, xüsusilə təhsilin qlobal səviyyədə struktur dəyişiklikləri ilə əlaqədardır”.

Ekspert digər ölkələrdə də vəziyyətin belə olduğunu dilə gətirib:

“Beynəlxalq miqyasda da bu tendensiyalar oxşardır. ABŞ və Avropada hüquq və təhsil kimi sahələrdə qadınların, texnologiya və mühəndislik sahələrində isə oğlanların üstünlük təşkil etdiyi görülür. Bununla belə, bir çox ölkələr gender bərabərliyini təmin etmək üçün tədbirlər görməyə çalışır və oğlanları sosial elmlərə, qızları isə STEM sahələrinə yönləndirmək üçün proqramlar həyata keçirir.

Hüquq, təhsil və sosial elmlərdə oğlanların azalması bu sahələrdə gender balansının pozulmasına və gələcəkdə kişi mütəxəssislərin azalmasına səbəb ola bilər. Bu tendensiya ixtisaslar üzrə qeyri-bərabərliyin artmasına gətirib çıxara bilər. Sosial elmlər və təhsil kimi sahələrdə qadınlar dominant olduqda, texnologiya və mühəndislik kimi sahələrdə kişilərin üstünlük təşkil etməsi iş dünyasında gender stereotiplərini gücləndirə bilər.

Beləliklə, son illər oğlan tələbələrin bəzi ixtisaslara qəbulunda azalma bir çox faktorlardan qaynaqlanır və bu tendensiyanın davam etməsi ciddi problemlərə yol aça bilər”.

Oxşar xəbərlər

Bütün xəbərlər