Xəbər lentiwidget-title-icon

Metronun iki stansiyasında gediş nə vaxta qədər pulsuz olacaq? - Rəsmi
AzMİU Gürcüstan universitetləri ilə əməkdaşlıq edəcək
567 nömrəli marşrutun avtobusları yenilənir
Nazirlik Dövlət İdarəçilik Akademiyası ilə bağlı iddialara cavab verib
Alimlər neft hasilatını artıran kompozisiya yaradıblar
"Elmi fəaliyyəti olmayan universitetlər doktorantı necə hazırlayır?!" - Professorun iradı
Tbilisidə “Study in Azerbaijan” təhsil sərgisi keçirilir
Dərsliklərin ictimai müzakirəsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Emin Əmrullayev Naxçıvanda müəllimlərlə görüşüb
Bu gün Milli Dirçəliş Günüdür
Deputat rus sektoruna maliyyə ayrılmasına etiraz etdi
Tbilisidə I Azərbaycan-Gürcüstan Rektorlar Konfransı keçirilir
Emin Əmrullayev Naxçıvanda vətəndaşları qəbul edib
AzTU Çin universiteti ilə əməkdaşlığı genişləndirir
Respublika Fənn Olimpiadalarına qeydiyyat davam edir
"Yüksəliş" müsabiqəsi üçün bir milyon manat ayrılır - SƏRƏNCAM
“Dövlət qulluğu sertifikatı"nın qüvvədəolma müddəti 5 ildən 2 ilə endirilir
Dövlət Qulluğu Məcəlləsi qüvvəyə minib
Eksternat imtahanlarında iştirak üçün sənəd qəbulu başlayıb
Sabah Yer kürəsində maqnit qasırğası baş verəcək - XƏBƏRDARLIQ
Azərbaycanda ilk dəfə İstedadlar Sərgisi keçiriləcək
Emin Əmrullayev Naxçıvan Muxtar Respublikasına səfər edib
Nəhəng asteroid Yerə yaxınlaşarsa, bəşəriyyət nə edəcək?
Bu gün məktəblərdə payız tətili başlayıb
Yeni kəpənək növü aşkar edilib

“Şeybaninamə” poeması Azərbaycan dilinə tərcümə olunub

“Şeybaninamə” poeması Azərbaycan dilinə tərcümə olunub

AMEA-nın Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev illərdir əhatəli elmi-tədqiqatlarla bərabər, həm də türk tarixi, ədəbiyyatı ilə bağlı seçilən əsərlərin ana dilimizə peşəkar tərcüməsi ilə məşğuldur. Alim bugünədək rus, əski türkcə və müasir türk ədəbi dilindən 10 əsəri ana dilimizə tərcümə edərək nəşr etdirib.

Bu barədə "tehsilmedia.info"a AMEA-dan bildirilib.

Əbülfəz Quliyevin cağatay türkcəsindən ana dilimizə tərcümə etdiyi özbək şairi Məhəmməd Salihin "Şeybaninamə” poeması Azərbaycanda Atatürk Mərkəzinin xətti ilə çap olunub. "Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabın məsləhətçisi akademik Nizami Cəfərov, redaktoru isə Dəyanət Osmanlıdır.

Əsərin "Şah İsmayılın öldürdüyü hökmdar haqqında dastan” adlı müqəddiməsində deyilir ki, cağatay türkcəsi XIV əsrdən etibarən Orta Asiya türklərinin ümumi ədəbi dili mənasını ifadə etməyə başlamışdır. Burada cağatay türkcəsində yazıb-yaradan Əlişir Nəvai, Zəhirəddin Babur, Ubeydi, Molla Bənnai, Kamran Mirzə, Məhəmməd Salih, Bayram xan kimi şairlərin adları diqqətə çatdırılır, dövrün əsas nümayəndələrindən olan Məhəmməd Şeybani xan və Məhəmməd Salih haqqında məlumat verilir.

Şeybani xan haqqında ayrı-ayrı müəlliflərin də əsərlər yazdığını diqqətə çatdıran Əbülfəz Quliyev Məhəmməd Salihin irihəcmli "Şeybaninamə” məsnəvisini Orta Asiyanın XVI əsr tarixinin öyrənilməsində ən dəyərli qaynaqlardan biri kimi səciyyələndirir. Vurğulanır ki, Məhəmməd Salih cağatayca və farsca çoxsaylı əsərlər yaratsa da, günümüzədək çatan yeganə əsəri "Şeybaninamə”dir. Əsər dövrünə aid hadisələri realist boyalarla təsvir edir, Şeybani xanla Teymurilər arasındakı qanlı döyüşləri əks etdirir. Bu səbəbdən də əsər həm də cəngnamə səciyyəlidir. Əruz vəzninin rəməl bəhrində qələmə alınmış poema minacat, lirik mənzumələr və tarixi hadisələrin təsvirinin əks olunduğu 80 babdan ibarətdir.

"Şeybaninamə”nin günümüzədək gəlib-çatmış yeganə əlyazma nüsxəsi 1510-cu ildə köçürülmüş, həmin nüsxəni German Vamberi alman dilinə tərcüməsi ilə 1885-ci ildə nəşr etdirmişdir. Sonralar türkoloq P.M.Melioranski bu əsəri Sankt-Peterburqda, N.Dövran və E.Şadiyev müxtəlif vaxtlarda Daşkənddə, nəhayət, Y.Kocasavaş 1990-cı ildə İstanbulda nəşr etdirmişdir. Əsər Azərbaycan dilinə "Şeybaninamə”nin P.M.Melioranski, E.Şadiyev və Y.Kocasavaş nəşrləri əsasında tərcümə edilmişdir.

Tərcümə əsəri oxucuya məsnəvinin transkripsiyası ilə birgə təqdim olunmuşdur. Əsərin sonuna məsnəvidə adı çəkilən tarixi şəxsiyyətlərin adlarından, habelə toponimlərdən ibarət göstəricilər əlavə olunmuşdur.

Ana dilimizə ilk dəfə tərcümə edilmiş bu bədii əsər ədəbiyyatçı, dilçi və tarixçilər, eyni zamanda geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Oxşar xəbərlər

Bütün xəbərlər