Xəbər lentiwidget-title-icon

Tələbələrdən Məleykə Abbaszadəyə: “Sistemi dəyişin!“
İtaliyada yeni dərslik qərarı birmənalı qarşılanmayıb
IV “Maarifçi” Tələbə-Məzun Forumu keçirilib
9-cu sinifdən sonra kolleclərə qəbul ləğv edilə bilər
Uşaqların energetik içkilərə marağı artır: Nəzarət gücləndiriləcək
AMEA-nın strukturunda dəyişiklik edilib
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib
İbtidai siniflərdə imtahanlar ləğv edilə bilər? – Ekspertdən AÇIQLAMA
ATU-da universitet aktivlərinin idarə olunması rəqəmsallaşdırılıb
Paytaxt məktəblərində “Heydər Əliyev irsinin öyrədilməsi” dərslərinə start verilib
Ağdaşda gənclər arasında İİV/QİÇS-lə mübarizə maarifləndirməsi aparılıb
Məktəblilər üçün 10 mindən artıq video dərs hazırlanıb
Fənn kurikulumlarında dəyişiklik: Məzmun yükü azaldılır
Məleykə Abbaszadə BDU-da nələr edəcək? - İlk AÇIQLAMA
Agentliyə yeni şöbə müdiri təyin olunub
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin kollektivinə təqdim olunub
Abşeron-Xızı Regional Təhsil İdarəsinə yeni müdir təyin olunub
DİM təcrübəsi BDU-nun inkişafına töhfə verəcək
AzTU Pakistan universiteti ilə əməkdaşlığı genişləndirir
Ali və orta ixtisas təhsilli müəllimlərin sayı açıqlanıb
PMS imtahanının I mərhələsi keçiriləcək
Dərsliklərdə şagirdlərin fərdi səviyyələrinə uyğun tapşırıqlar hazırlanıb
Riyaziyyat dərsliklərinə kəsrlərlə bağlı yeni mövzular daxil edilib
İbtidai siniflərdə ehtimal mövzusu tədris edilməyəcək
"Sabahın alimləri” XVI Respublika Layihə Müsabiqəsinə qeydiyyat başlayır

“Ümumtəhsil məktəbləri dərsliklərinin vəziyyəti və dərslik müəlliflərinin məsuliyyəti” mövzusunda elmi seminar keçirilib

“Ümumtəhsil məktəbləri dərsliklərinin vəziyyəti və dərslik müəlliflərinin məsuliyyəti” mövzusunda elmi seminar keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının nəzdində “Azərbaycan dilinin tətbiqi məsələləri” elmi-tədqiqat laboratoriyasında “Ümumtəhsil məktəbləri dərsliklərinin vəziyyəti və dərslik müəlliflərinin məsuliyyəti” mövzusunda elmi seminar keçirilib.

Bu barədə "tehsilmedia.info" a BDU-dan məlumat verilib.

Azərbaycan dilçiliyi kafedrasının professor-müəllim heyətinin və magistrantların, laboratoriya əməkdaşlarının iştirak etdikləri tədbirdə kafedranın müdiri professor Tofiq Hacıyev orta məktəb dərsliklərinin dil-üslub məsələləri ilə bağlı aparılan ictimai müzakirələrdən danışıb.

Mövzu ilə bağlı çıxış edən laboratoriyanın böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İradə Kərimova bildirib ki, ümumtəhsil məktəblərində tədris olunan dərsliklərin əksəriyyətinin dili şagirdlərin yaş həddinə uyğun deyil və onların başa düşəcəkləri bir dildə yazılmır. Ümumtəhsil məktəbləri üçün dərslik yazmağı öhdəsinə götürən müəlliflər bu işə çox məsuliyyətlə yanaşmalı, özlərinin deyil, məhz uşaqların yaş həddini nəzərə almalıdırlar. Dərsliklər tərtib olunan zaman ədəbi dilin normalarından əlavə, dilə estetik baxımdan da diqqətlə yanaşılmalı, sözlər aydın olmalı, fikir dolaşıqlığı yaradılmamalı, müəllifin nitqi ədəbi dilin leksik normasına uyğun olmalıdır.

Çıxışda o da qeyd olunub ki, keyfiyyətli dərslik tədris prosesində qarşıya çıxa biləcək bir çox problemi aradan qaldırır, təlimin səmərəliliyini artırır, şagirdlərin biliklərinin sistemləşdirilməsinə, yaradıcılıq qabiliyyətlərinin inkişafına imkan verir. Keyfiyyətli dərsliyin metodoloji əsasını elmi və pedaqoji yanaşmalar arasında diskussiyalar təşkil edir. Bu, onunla izah edilir ki, dərslik müəllifləri müasir elmlərdə qəbul edilən ən son versiyaları və hadisələrin şərhlərini yaxşı bilməlidirlər. Ümumiyyətlə, dərslik təhsil sahəsində iş təcrübəsi olan və tədris prosesinin iştirakçılarının xüsusi ehtiyaclarını başa düşən müəlliflər tərəfindən yazılmalıdır.

Sonra mövzu ilə bağlı müzakirələr aparılıb.

Oxşar xəbərlər

Bütün xəbərlər