Xəbər lentiwidget-title-icon

Təhsil İdarəsinin hesablarına həbs qoyulub- Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi ilə görüşüb - FOTO

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov ilə Şuşa şəhərində görüşüb.

Fonddan "tehsilmedia.info"a bildirilib ki, Aktotı Raimkulova ilk dəfə Şuşanı ziyarət etməsindən qürur və sevinc hissləri yaşadığını vurğulayaraq, Azərbaycan xalqını 44 günlük Vətən müharibəsində qazandığı böyük Zəfər münasibətilə ürəkdən təbrik edib. Fondun rəhbəri müasir Azərbaycan dövlətinin banisi, Türk dünyası qarşısında böyük tarixi xidmətlər göstərmiş Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin ölkədə və beynəlxalq miqyasda təntənəli keçirilməsinə diqqət çəkib.

Aydın Kərimov təşkilatın rəhbərinə yeni vəzifəsində uğurlar arzulayaraq, qardaş türk xalqları arasındakı son illər ərzində daha da güclənən həmrəyliyi yüksək qiymətləndirib. Prezidentin xüsusi nümayəndəsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərinə dair Dövlət Proqramının prioritet istiqamətlərindən və məqsədlərindən bəhs edib.

Görüşdə 2023-cü il üzrə Türk Dünyasının Mədəniyyət paytaxtı olan Şuşa şəhərinin Türk dövlətlərində və onların hüdudlarından kənarda tanıdılması istiqamətində Fond tərəfindən həyata keçirilən layihələr, Fond və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin cari il ərzində davam edən birgə fəaliyyətləri və gələcək tərəfdaşlıq istiqamətləri müzakirə olunub.

Eyni zamanda, Şuşa şəhərinin ICESCO tərəfindən 2024-cü il üzrə “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunması ilə növbəti il ərzində də beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olacağı qeyd edilib.

Fondun prezidenti Şuşanın 30 ilə yaxın davam edən işğalı nəticəsində burada yerləşən mədəni abidələrə, tarixi əsərlərə və ümumiyyətlə, şəhərin görünüşünə dəyən ziyan ilə tanış olub, Azərbaycan Respublikası tərəfindən hazırda aparılan bərpa və yenidənqurma işləri ilə bağlı məlumatlandırılıb.

Aktotı Raimkulova rəhbərlik etdiyi təşkilatın yenidənqurma proseslərinə töhfə verməyə hər zaman hazır olduğunu vurğulayıb.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi ilə görüşüb - FOTO

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi ilə görüşüb - FOTO

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi ilə görüşüb - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər