Xəbər lentiwidget-title-icon

DİM təcrübəsi BDU-nun inkişafına töhfə verəcək
AzTU Pakistan universiteti ilə əməkdaşlığı genişləndirir
Ali və orta ixtisas təhsilli müəllimlərin sayı açıqlanıb
PMS imtahanının I mərhələsi keçiriləcək
Dərsliklərdə şagirdlərin fərdi səviyyələrinə uyğun tapşırıqlar hazırlanıb
Riyaziyyat dərsliklərinə kəsrlərlə bağlı yeni mövzular daxil edilib
İbtidai siniflərdə ehtimal mövzusu tədris edilməyəcək
"Sabahın alimləri” XVI Respublika Layihə Müsabiqəsinə qeydiyyat başlayır
Emin Əmrullayev SABAH.city innovasiya şəhərciyində olub
Alimlər yaddaşı bərpa edən burun damcısı hazırlayıblar
Məleykə Abbaszadə BDU-nun rektoru təyin edilib
Fizika dərsliklərində saysız problem - Ağır üslub, elmi səhvlər, anlaşılmaz mövzular
Mil-Muğan RTİ-də yeni təyinat
Dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv edilib
Respublika fənn olimpiadalarına qeydiyyat müddəti uzadılıb
Ağdaş Dövlət Humanitar Kollecində korrupsiya: Qiymətlər pulla dəyişdirilib?
Qarabağda kadr ehtiyacı peşə hazırlığı ilə qarşılanacaq
Kimya İnstitutunun alimlərinin plastik çirklənməsinin azaldılmasına dair icmal məqaləsi dərc olunub
İxtisas seçimi qəbul balından asılı olmamalıdır - Emin Əmrullayev
Emin Əmrullayev: Peşə hazırlığına cəlb olunanların sayı artırılacaq
"İbtidai sinif müəllimlərinin çoxu ali təhsilli deyil"
“Diplom almaq bilikli olmaq anlamına gəlmir” - Emin Əmrullayev
Baş redaktor İnam Kərimova müraciət edib
Məktəblərin istilik təchizatı ilə bağlı RƏSMİ AÇIQLAMA verilib
AzTU Gürcüstan Texniki Universiteti ilə əməkdaşlığı genişləndirir

Harmoniya və solfecio, musiqi nəzəriyyəsi üzrə sınaq imtahanına qeydiyyat elan edilib

2023-cü ildən etibarən ali təhsil müəssisələrinin qabiliyyət tələb edən musiqi sənəti istiqaməti üzrə ixtisasların harmoniya və solfecio, musiqi nəzəriyyəsi və solfecio fənləri imtahanlarının test üsulu ilə kağız daşıyıcılar vasitəsilə keçirilməsi nəzərdə tutulur.

Dövlət İmtahan Mərkəzindən "tehsilmedia.info"a​​​​​ bildirilib ki, imtahanlarda abituriyentlərə musiqi nəzəriyyəsi və solfecio, harmoniya və solfecio fənləri üzrə musiqi məktəblərinin tədris proqramı əsasında tərtib edilmiş hər bir fənnə aid 25 qapalı tipli test tapşırığı və dinləmə qurğusu vasitəsilə təqdim edilən musiqi parçalarının (akkord, interval, imla və s.) təyin edilməsi üzrə 5 qapalı tipli test tapşırığı təqdim ediləcək.

Abituriyentlərdə imtahan vərdişlərinin formalaşmasına və bilik səviyyəsinin qiymətləndirilməsinə kömək məqsədilə Dövlət İmtahan Mərkəzi real imtahan mühitinə uyğun sınaq imtahanları təşkil edir. Sınaq imtahanları zamanı sual kitabçaları, cavab kartları, cavab vərəqləri, imtahan müddəti və digər amillər qəbul imtahanlarındakı modelə uyğunlaşdırılır və demək olar ki, abituriyent özünü real imtahanda olduğu kimi hiss edir. Bununla da abituriyentin öz biliklərini tam nümayiş etdirməsi üçün şərait yaradılır. Bu məqsədlə harmoniya və solfecio, musiqi nəzəriyyəsi və solfecio fənləri üzrə mayın 27-də sınaq imtahanının keçirilməsi nəzərdə tutulur.

İmtahan üçün qeydiyyat mayın 15-dək davam edəcək. İmtahanda iştirak etmək istəyən abituriyentlər "Şəxsi kabinet”dəki hesablarına 20 manat yükləməlidirlər.

İmtahan müddəti musiqi nəzəriyyəsi və solfecio fənni üzrə 1 saat, harmoniya və solfecio fənni üzrə 1 saat 30 dəqiqə, hər iki fənn üzrə qeydiyyatdan keçənlərdə isə 2 saat 30 dəqiqədir.

Harmoniya və solfecio, musiqi nəzəriyyəsi və solfecio fənlərinin aid olduğu qabiliyyət imtahanı komissiyaları DİM-in saytında müvafiq cədvəldə təqdim edilib.

Qeyd edək ki, nəzəriyyə imtahanlarının qiymətləndirməsi 10 ballıq şkala üzrə aparılır. Nəzəriyyə fənlərindən minimal müsabiqə balını yığa bilməyən abituriyentlər ixtisas imtahanlarına buraxılmırlar.

Qabiliyyət komissiyaları üzrə nəzəriyyə imtahanlarının minimal müsabiqə balları haqqında məlumat yaxın vaxtlarda çap ediləcək "Abituriyent” jurnalının "Xüsusi qabiliyyət imtahanları” buraxılışının 1-ci nömrəsində veriləcək.

TƏHSİL MEDİA

Oxşar xəbərlər

Bütün xəbərlər