Xəbər lentiwidget-title-icon

DİM təcrübəsi BDU-nun inkişafına töhfə verəcək
AzTU Pakistan universiteti ilə əməkdaşlığı genişləndirir
Ali və orta ixtisas təhsilli müəllimlərin sayı açıqlanıb
PMS imtahanının I mərhələsi keçiriləcək
Dərsliklərdə şagirdlərin fərdi səviyyələrinə uyğun tapşırıqlar hazırlanıb
Riyaziyyat dərsliklərinə kəsrlərlə bağlı yeni mövzular daxil edilib
İbtidai siniflərdə ehtimal mövzusu tədris edilməyəcək
"Sabahın alimləri” XVI Respublika Layihə Müsabiqəsinə qeydiyyat başlayır
Emin Əmrullayev SABAH.city innovasiya şəhərciyində olub
Alimlər yaddaşı bərpa edən burun damcısı hazırlayıblar
Məleykə Abbaszadə BDU-nun rektoru təyin edilib
Fizika dərsliklərində saysız problem - Ağır üslub, elmi səhvlər, anlaşılmaz mövzular
Mil-Muğan RTİ-də yeni təyinat
Dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv edilib
Respublika fənn olimpiadalarına qeydiyyat müddəti uzadılıb
Ağdaş Dövlət Humanitar Kollecində korrupsiya: Qiymətlər pulla dəyişdirilib?
Qarabağda kadr ehtiyacı peşə hazırlığı ilə qarşılanacaq
Kimya İnstitutunun alimlərinin plastik çirklənməsinin azaldılmasına dair icmal məqaləsi dərc olunub
İxtisas seçimi qəbul balından asılı olmamalıdır - Emin Əmrullayev
Emin Əmrullayev: Peşə hazırlığına cəlb olunanların sayı artırılacaq
"İbtidai sinif müəllimlərinin çoxu ali təhsilli deyil"
“Diplom almaq bilikli olmaq anlamına gəlmir” - Emin Əmrullayev
Baş redaktor İnam Kərimova müraciət edib
Məktəblərin istilik təchizatı ilə bağlı RƏSMİ AÇIQLAMA verilib
AzTU Gürcüstan Texniki Universiteti ilə əməkdaşlığı genişləndirir

Musiqi sənəti istiqaməti üzrə ixtisaslara aid sınaq imtahanları keçiriləcək

Musiqi sənəti istiqaməti üzrə ixtisaslara aid sınaq imtahanları keçiriləcək

Mayın 27-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin qabiliyyət tələb edən musiqi sənəti istiqaməti üzrə ixtisasların harmoniya və solfecio, musiqi nəzəriyyəsi və solfecio fənləri üzrə sınaq imtahanları keçiriləcək.
DİM-dən "tehsilmedia.info”a bildirilib ki, imtahan Bakı şəhəri Nərimanov rayonu 258 nömrəli məktəbdə (S.Rəhman küçəsi, 34) təşkil olunacaq.
İmtahan iştirakçıları imtahanın başlanmasından azı 1 saat 30 dəqiqə əvvəl imtahan binasına gəlməlidirlər. İştirakçı imtahan binasında buraxılış vərəqəsi və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir (iştirakçının şəxsiyyəti təsdiq edən sənədi olmadıqda şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini və ya ümumvətəndaş pasportunu təqdim edə bilər). Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini təqdim edirlər. Tələb olunan sənədi təqdim etməyən iştirakçı imtahan binasına buraxılmır.
İmtahan binasına mobil telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək qadağandır.
Sınaq imtahanında 177 namizədin iştirakı nəzərdə tutulur. Onlardan 112 nəfər musiqi nəzəriyyəsi və solfecio, 50 nəfər harmoniya və solfecio, 5 nəfər isə həm musiqi nəzəriyyəsi və solfecio, həm də harmoniya və solfecio fənləri üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib.
Harmoniya və solfecio fənni üzrə imtahanın müddəti 1 saat 30 dəqiqədir. Musiqi nəzəriyyəsi və solfecio fənni üzrə imtahanın müddəti isə 1 saatdır.
Harmoniya və solfecio, musiqi nəzəriyyəsi və solfecio fənlərinin hər biri üzrə iştirakçılara 30 qapalı tipli tapşırıq təqdim olunur.
İmtahanın qiymətləndirməsi fənlərin hər biri üzrə 10 ballıq şkalada aparılır.
Sınaq imtahanının nəticəsinin imtahan keçirilən gündən sonrakı 2-3 iş günü ərzində elan edilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər

Bütün xəbərlər