Xəbər lentiwidget-title-icon

DİM təcrübəsi BDU-nun inkişafına töhfə verəcək
AzTU Pakistan universiteti ilə əməkdaşlığı genişləndirir
Ali və orta ixtisas təhsilli müəllimlərin sayı açıqlanıb
PMS imtahanının I mərhələsi keçiriləcək
Dərsliklərdə şagirdlərin fərdi səviyyələrinə uyğun tapşırıqlar hazırlanıb
Riyaziyyat dərsliklərinə kəsrlərlə bağlı yeni mövzular daxil edilib
İbtidai siniflərdə ehtimal mövzusu tədris edilməyəcək
"Sabahın alimləri” XVI Respublika Layihə Müsabiqəsinə qeydiyyat başlayır
Emin Əmrullayev SABAH.city innovasiya şəhərciyində olub
Alimlər yaddaşı bərpa edən burun damcısı hazırlayıblar
Məleykə Abbaszadə BDU-nun rektoru təyin edilib
Fizika dərsliklərində saysız problem - Ağır üslub, elmi səhvlər, anlaşılmaz mövzular
Mil-Muğan RTİ-də yeni təyinat
Dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv edilib
Respublika fənn olimpiadalarına qeydiyyat müddəti uzadılıb
Ağdaş Dövlət Humanitar Kollecində korrupsiya: Qiymətlər pulla dəyişdirilib?
Qarabağda kadr ehtiyacı peşə hazırlığı ilə qarşılanacaq
Kimya İnstitutunun alimlərinin plastik çirklənməsinin azaldılmasına dair icmal məqaləsi dərc olunub
İxtisas seçimi qəbul balından asılı olmamalıdır - Emin Əmrullayev
Emin Əmrullayev: Peşə hazırlığına cəlb olunanların sayı artırılacaq
"İbtidai sinif müəllimlərinin çoxu ali təhsilli deyil"
“Diplom almaq bilikli olmaq anlamına gəlmir” - Emin Əmrullayev
Baş redaktor İnam Kərimova müraciət edib
Məktəblərin istilik təchizatı ilə bağlı RƏSMİ AÇIQLAMA verilib
AzTU Gürcüstan Texniki Universiteti ilə əməkdaşlığı genişləndirir

Bu gün musiqi sənəti üzrə imtahan keçiriləcək

Bu gün musiqi sənəti üzrə imtahan keçiriləcək

Iyulun 28-də musiqi sənəti istiqamətinə aid ixtisas imtahanlarında uğur qazanan abituriyentlər üçün nəzəriyyə fənləri üzrə test imtahanı keçirilir.

Dövlət İmtahan Mərkəzindən (DİM)bildirilib ki, test imtahanı Bakı, Gəncə və Naxçıvan şəhərlərində təşkil ediləcək.

İxtisas imtahanlarında uğur qazanan 1133 abituriyent nəzəriyyə fənləri üzrə test imtahanında iştirak etmək hüququ qazanıb. Harmoniya və solfecio fənni üzrə 110, musiqi nəzəriyyəsi və solfecio fənni üzrə 892, həm harmoniya və solfecio, həm də musiqi nəzəriyyəsi və solfecio fənləri üzrə 131 abituriyentin imtahanda iştirakı nəzərdə tutulub.

İxtisaslar üzrə nəzəriyyə fənlərinin uyğunluğu və keçid balları DİM-in saytında təqdim edilib.

İmtahan müddəti harmoniya və solfecio fənni üzrə 1 saat 30 dəqiqə, musiqi nəzəriyyəsi və solfecio fənni üzrə isə 1 saatdır. Hər iki fənn üzrə imtahanda iştirak edən abituriyentlərə 2 saat 30 dəqiqə vaxt veriləcək.

Hər bir fənn üzrə abituriyentlərə 30 qapalı tipli test tapşırığı təqdim edilir. Musiqi nəzəriyyəsi və solfecio, harmoniya və solfecio fənləri üzrə verilmiş 30 tapşırıqdan 25-i nəzəri biliklərin yoxlanılmasına, 5-i isə eşitmənin təyininə aiddir (imla, akkord, lad, məqam, interval). Eşitmənin təyininə aid tapşırıqlar dinləmə qurğusu vasitəsilə təqdim ediləcək.

Qiymətləndirmə 10 ballıq şkala üzrə aparılır. Səhv cavablar sıfır balla qiymətləndirilir və yekun nəticəyə təsir göstərmir. Nəticələr yalnız abituriyentin imtahan verdiyi il qüvvədə olur. DİM-in saytında yer alan cədvəldə test imtahanında doğru cavabların sayına görə qiymətləndirmə şkalası verilib.

İştirakçılar buraxılış vərəqəsində göstərilən vaxtda imtahan binasına gəlməlidirlər. İmtahan binasına daxil olarkən abituriyent buraxılış vərəqəsini və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir (abituriyentin şəxsiyyətini təsdiq edən sənədi olmadıqda şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini və ya ümumvətəndaş pasportunu təqdim edə bilər). Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini təqdim edirlər. Tələb olunan sənədi təqdim etməyən abituriyent imtahan binasına buraxılmır.

İmtahan binasına mobil telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator və s. elektron cihazlar, konspekt, lüğət, cədvəl, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək qadağandır.

Oxşar xəbərlər

Bütün xəbərlər