Xəbər lentiwidget-title-icon

9-cu sinifdən sonra kolleclərə qəbul ləğv edilə bilər
Uşaqların energetik içkilərə marağı artır: Nəzarət gücləndiriləcək
AMEA-nın strukturunda dəyişiklik edilib
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib
İbtidai siniflərdə imtahanlar ləğv edilə bilər? – Ekspertdən AÇIQLAMA
ATU-da universitet aktivlərinin idarə olunması rəqəmsallaşdırılıb
Paytaxt məktəblərində “Heydər Əliyev irsinin öyrədilməsi” dərslərinə start verilib
Ağdaşda gənclər arasında İİV/QİÇS-lə mübarizə maarifləndirməsi aparılıb
Məktəblilər üçün 10 mindən artıq video dərs hazırlanıb
Fənn kurikulumlarında dəyişiklik: Məzmun yükü azaldılır
Məleykə Abbaszadə BDU-da nələr edəcək? - İlk AÇIQLAMA
Agentliyə yeni şöbə müdiri təyin olunub
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin kollektivinə təqdim olunub
Abşeron-Xızı Regional Təhsil İdarəsinə yeni müdir təyin olunub
DİM təcrübəsi BDU-nun inkişafına töhfə verəcək
AzTU Pakistan universiteti ilə əməkdaşlığı genişləndirir
Ali və orta ixtisas təhsilli müəllimlərin sayı açıqlanıb
PMS imtahanının I mərhələsi keçiriləcək
Dərsliklərdə şagirdlərin fərdi səviyyələrinə uyğun tapşırıqlar hazırlanıb
Riyaziyyat dərsliklərinə kəsrlərlə bağlı yeni mövzular daxil edilib
İbtidai siniflərdə ehtimal mövzusu tədris edilməyəcək
"Sabahın alimləri” XVI Respublika Layihə Müsabiqəsinə qeydiyyat başlayır
Emin Əmrullayev SABAH.city innovasiya şəhərciyində olub
Alimlər yaddaşı bərpa edən burun damcısı hazırlayıblar
Məleykə Abbaszadə BDU-nun rektoru təyin edilib

ADA Universitetinin tələbə, müəllim və işçi heyəti ağacəkmə aksiyasında iştirak ediblər

ADA Universitetinin tələbə, müəllim və işçi heyəti ağacəkmə aksiyasında iştirak ediblər

ADA Universitetinin 100-dək yerli və xarici tələbəsinin, o cümlədən müəllim və işçi heyətinin iştirakı ilə Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

tehsilmedia.info xəbər verir ki, aksiya ADA Universiteti Fondu (Azərbaycan) və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub. Aksiya ADA Universiteti Fondunun “Coca-Cola” Fondu və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə keçirdiyi layihələrin davamıdır.

Aksiyanın məqsədi Ulu Öndər Heydər Əliyevin ekoloji vəziyyəti sağlamlaşdırmaq, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğı ənənələrini davam etdirmək, eyni zamanda, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına dəstək göstərməkdir.

ADA Universiteti Fondunun Sponsorluq layihələri şöbəsinin direktoru Firuzə İsmayıl Əliyeva bildirib ki, ADA Universiteti Fondunun “Coca-Cola” Fondu və Nazirlik ilə birgə əməkdaşlığı nəticəsində son 10 ildə yüz mindən çox ağac əkilib.

“Hazırda su ehtiyatlarının effektiv idarə edilməsi ilə bağlı yeni birgə layihəyə başlanılıb. Bu ekoloji layihələrin həyata keçirilməsində bizə dəstək olduqlarına görə tərəfdaşlarımıza dərin minnətdarlığımızı ifadə edir və bu əməkdaşlığın növbəti illərdə daha da genişlənəcəyinə ümid edirik”,- deyə o əlavə edib.
ADA Universitetinin Hüquq fakültəsinin tələbəsi Fatimə Abdullayeva bildirib ki, universitetin bu təşəbbüsünün bir hissəsi olmaq onun üçün əvəzedilməz bir təcrübədir: “Burada ağacların əkilməsinə töhfə vermək qlobal işə töhfə verməkdir”.

ADA Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin tələbəsi Ceyms Ezimoha “Ətraf mühitin qayğısına qalmaq mənim üçün vacibdir, çünki o da bizə qayğı göstərir və bizim evimizdir. Buna görə də mən həmişə ağac əkmək və ətraf mühitin qorunmasına müsbət töhfə vermək üçün hər fürsətdən istifadə etməyə çalışmışam. Bu məqsədimə çatmaqda mənə kömək olan ADA komandasına minnətdaram”,- deyə əlavə edib.

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə yaradılan "Yaşıl gələcək" platforması çərçivəsində həyata keçirilən bu aksiya zamanı Müşfiqabad qəsəbəsində 5000-dək ağacın əkilməsi nəzərdə tutulub.

Xatırladaq ki, “yasilgelecek.az” elektron platforması hər kəsə ağac əkməklə sosial və ekoloji inkişafa töhfə verməyə imkan verir.

Oxşar xəbərlər

Bütün xəbərlər