Xəbər lentiwidget-title-icon

Bağçalarda ilk akkreditasiya bu ilin sonunadək keçiriləcək
Tərbiyəçi-müəllimlər üçün sertifikatlaşdırmaya dəstək vebinarları keçiriləcək
“1 nəfərə 18 saat dərs vermək ən məntiqli qərardır” - Elçin Əfəndi
Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN
İdris İsayev və İlqar Bayramlının “kadr islahatları”- Şaban Carçıyev direktor vəzifəsindən çıxarıldı...
IDSchool tələbələri beynəlxalq robotika və innovasiya yarışlarında uğurlar qazanıblar - FOTO
65 yaş məktəbdə, 90 yaş universitetdə...
İşdən çıxan müəllimin etiraz ərizəsinə məktəbdən cavab - FOTO
Ödənişsiz süni intellekt təhsilinə qeydiyyat başlayıb
"Qarabağı Azərbaycan əsgəri azad edib" - ŞƏRH
Tələbələrin DİQQƏTİNƏ - Universitetdən qovulmaq üçün bunlardan biri kifayətdir
Bişkekdə iki məktəbdə Azərbaycan dili tədris olunacaq
AzTU-nun təşkilatçılığı ilə “ADEX 2026”da texnologiya sessiyası keçirilib
Prezident Misir Mərdanovla bağlı Sərəncam İMZALADI
“Məktəb bufetlərində qəfil yoxlamalar olmalıdır” - Günay Əkbərova
“5, 6 və 7-ci siniflərdə məntiq dərsləri keçirilməlidir” - Ekspertdən TƏKLİF
Dövlət qulluğu imtahanına qeydiyyat elan edilib
"Gələcəyin alim və idarəçilərini yetişdirən müəllim yüksək maaş almalıdır"
"Heç bir tənbehim yox idi, qərəzli şəkildə qovuldum" - İşdən çıxarılan direktor DANIŞDI
"Uşaqların günahı nədir?.." - ŞİKAYƏT
BŞTİ: Sentyabrda 19 897 müraciət daxil olub
Sertifikasiyanın müsahibə nəticələri müəllimlərə göndərilir - RƏSMİ
MDU-da Elmi Şuranın növbədənkənar iclası keçirilib
Sumqayıtdakı məktəbdə zəhərlənənlərin sayı 21-ə çatıb
Kimya dərsində şagird xəsarət alıb

BDU-da “Tarixin Heydər Əliyev zirvəsi” adlı tədbir keçirilib - FOTO

BDU-da “Tarixin Heydər Əliyev zirvəsi” adlı tədbir keçirilib - FOTO

"Heydər Əliyev İli” çərçivəsində Bakı Dövlət Universitetində Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatı və “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatı ilə birgə “Tarixin Heydər Əliyev zirvəsi” adlı tədbir keçirilib.

tehsilmedia.info xəbər verir ki, tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin üzvləri - partiyanın Təftiş komissiyasının üzvü Naqif Həmzəyev, Jalə Əliyeva, BDU-nun Biologiya fakültəsinin dekanı Afət Məmmədova, “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov, professor-müəllim heyəti və tələbələr iştirak edib.

Əvvəlcə Dövlət himni səsləndirilib, sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov bildirib ki, Ulu Öndər Heydər Əliyevin xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil etməkdədir. Millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində daim təməl prinsip kimi qəbul edən Ümummilli Liderimiz bugünkü müstəqil Azərbaycanın memarıdır. Ümummilli Lider bütün mənalı həyatı və şərəfli dövlətçilik fəaliyyəti müddətində yalnız Azərbaycanı düşünüb, onun müasirləşməsinə, qüdrətlənməsinə çalışıb.

YAP Yasamal rayon təşkialtının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi zamanı xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik misilsiz işlər görülüb. Bu gün müasir, müstəqil Azərbaycan Ulu Öndərin ideyaları əsasında inkişaf edir. Ümummilli Liderin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin şah əsəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində rəşadətli Ordumuzun Qarabağı düşmən tapdağından azad etməsi və regionda yaranan reallıqlardır. Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəfərimizi doğuran siyasi-diplomatik və hərbi kursu uğurla davam etdirmiş, bu ilin sentyabr ayının 19-da start verilmiş antiterror tədbirləri üçün baza formalaşdırmışdı. Azərbaycan lokal antiterror əməliyyatı ilə Qarabağ iqtisadi rayonunda olan separatizm yuvasını darmadağın edərək, suverenliyimizi bərpa etdi. Oktyabrın 15-də isə Xankəndi və digər ərazilərimizdə Müzəffər Ali Baş Komandanın bayrağımızı uzaltması tarixi Zəfərimizin zirvəsi oldu.

Milli Məclisin üzvləri – YAP Təftiş komissiyasının üzvü Naqif Həmzəyev və Jalə Əliyeva çıxışlarında qeyd ediblər ki, Ümummilli Lider milli dövlətçilik ideyalarını hər şeydən üstün tutub. Azərbaycanın dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, müstəqilliyinin əbədi, dönməz xarakter alması, iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması Ulu Öndərin səmərəli fəaliyyəti sayəsində mümkün olub.

BDU-nun Biologiya fakültəsinin dekanı Afət Məmmədova isə vurğulayıb ki, XX əsrin axırlarında yenidən müstəqillik qazanan Azərbaycan Respublikasının mövcudluğu və dünyanın sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilməsi Ümummilli Liderin tarixi fəaliyyətinin nəticəsidir. Ulu Öndərin alternativi olmayan daxili və xarici siyasəti bu gün onun siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Çıxışlardan sonra rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar təqdim edilib. Tədbirə YAP-ın himninin səsləndirilməsi ilə yekun vurulub.

BDU-da “Tarixin Heydər Əliyev zirvəsi” adlı tədbir keçirilib - FOTO

BDU-da “Tarixin Heydər Əliyev zirvəsi” adlı tədbir keçirilib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər