Xəbər lentiwidget-title-icon

Məktəbdə tədris olunmur, imtahanda soruşulur - Ekspertdən SƏRT İRAD
Dövlət qulluqçuları müəllimlik edə biləcək? – Yeni QANUN
Gəncə Regional Kollecinin yeni direktoru kollektivə təqdim olunub
Hərbi xidmətə və mülki işə qəbul imtahanı keçiriləcək
Dərs bölgüsü üstündə müəllim həmkarını döydü - Biri xəstəxanalıq oldu
Bağça müəllimlərinin işə qəbulu üzrə müsahibə BAŞLAYIR
Azərbaycan və Türkiyə müdafiə sənayesi üzrə təhsil əməkdaşlığını genişləndirir
Məktəblilərin dostu, yoxsa direktorun nəzarətçisi?
Kollec direktoru anım günündə özünə ad günü keçirtdi
Gəray Gəraybəyli: Kafedra müdirlərinin məsuliyyəti artırılmalıdır
35 saylı peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək?- RƏSMİ AÇIQLAMA
Biologiya fənni üzrə seçim imtahanı keçiriləcək!
Məktəbə necə gedək ki, həm vaxta, həm pula qənaət edək?
İlham Əliyev “Təhsil 1 nömrəli prioritetdir” deyirsə, hökumət, Elm və Təhsil Nazirliyi nələr etməlidir?..- KONSEPTUAL BAXIŞ...
Oktyabrın ilk günü hava necə olacaq?
ADNSU "Alimlər portalı"nı ictimaiyyətə təqdim edib
Peşə təhsilində proqram seçimi gələcək karyeraya necə təsir edir?
Neftçalada 30 şagird müəllimsiz qalb - Direktor uşaqları evə göndərir
"Mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir" - Dövlət müəssisəsində FIRILDAQ
Buraxılış imtahanlarına yeni fənn gəlir? - AÇIQLAMA
Məktəblərdə yeni maliyyələşmə sistemi müəllim maaşlarına təsir edəcək? - AÇIQLAMA
İmtahanların elektron keçirilməsi iddialarına DİM-dən CAVAB
Kitab, dəftər, iş dəftəri… Məktəb çantaları necə yüngülləşdirilə bilər?
Uşaqlar üçün ingilis dili imtahanına qeydiyyat davam edir
Təhsil İdarəsinin hesablarına həbs qoyulub - Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO

BMU-da rəsmi və elmi üslublarda dilimizin tətbiqinə həsr olunan seminar keçirilib - FOTO

BMU-da rəsmi və elmi üslublarda dilimizin tətbiqinə həsr olunan seminar keçirilib - FOTO

Bakı Mühəndislik Universitetində (BMU) “Rəsmi və elmi üslublarda dilimizin tətbiqi: uğurlarımız və problemlərimiz” mövzusunda elmi-nəzəri seminar keçirilib.

tehsilmedia.info xəbər verir ki, BMU-nun Azərbaycan dili və pedaqogika kafedrasının təşkilatçılığı ilə baş tutan tədbirdə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin rəhbər heyəti, həmçinin universitetin müəllim və tələbələri iştirak ediblər.

Seminarda BMU-nun elmi işlər üzrə prorektoru Elçin Süleymanov mövzunun aktuallığına toxunaraq, Azərbaycan dilinin saflığının qorunması, dövlət dilindən istifadənin təmin olunması, dilçiliyin inkişaf etdirilməsi və digər məsələlər haqda danışıb.

Adıçəkilən kafedranın müdiri Təranə Hacıyeva müstəqilliyimiizn bərpasından sonra dilimizin daha da inkişaf etdirilməsi üçün geniş imkanların yaradıldığını, ana dilimizin dövlət dili kimi təsbit olunduğunu bildirib. Kafedra müdiri, eyni zamanda dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi prosesinin sürətləndirildiyini söyləyib və bu aspektdə gerçəkləşdirilən mühüm tədbirləri diqqətə çatdırıb.

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva ali təhsil müəssisələri arasında belə bir görüşün ilk dəfə BMU-da təşkil olunduğunu önə çəkib və bunun davamlı olacağına ümid etdiyini vurğulayıb. Rəhbərlik etdiyi qurumun yaranma tarixi və fəaliyyət istiqamətləri barədə ətraflı danışan S.Əliyeva Mərkəzin son dövrlərdə həyata keçirdiyi işləri qeyd edib.

Sonra seminarda ana dilinə verilən dəyər, dilimizin zənginliyi və saflığınin qorunması, ədəbi dilin düzgün istifadəsi, dil və nitq mədəniyyətinin yüksəldilməsi, dilin ifadə üslubları, dil normalarına riayət olunması, sahəvi, eləcə də beynəlxalq terminlərin istifadəsi haqda geniş fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı tərcümə və dublyaj sahəsində rast gəlinən ciddi xətalar, internet resurslarında, mətbu orqanlarda yol verilən yanlışlıqlar, eləcə də dilimizin qorunması və inkişafına xidmət edə biləcək maraqlı nüanslar üzərində dayanılıb, problemlərin həlli istiqamətində müxtəlif təkiflər səsləndirilib.

BMU-nun Pedaqoji fakültəsinin İngilis dili kafedrasının müdiri Nərminə Əliyeva, Fizika kafedrasının müdiri Razim Bayramlı, Azərbaycan dili və pedaqogika kafedrasının əməkdaşı Zabitə Teymurlu və digərləri çıxış edərək, tədris mühitində dilin qorunması ilə bağlı tətbiq olunan tapşırıqlar və nəticələr haqda danışıb, rəy və təkliflərini bildiriblər.

Seminarın sonunda Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin əməkdaşlarına BMU adından təşəkkürnamələr təqdim edilib.

Oxşar xəbərlər

Bütün xəbərlər