Xəbər lentiwidget-title-icon

Məktəblilər arasında “Böyük tənəffüs” idman yarışı başlayıb
ADNSU ilə Litva universiteti arasında əməkdaşlıq müzakirə olunub
Danimarkada məktəblərdə mobil telefonlara qadağa qoyulacaq
Məzunu olduğu məktəbə direktor təyin olundu
Məleykə Abbaszadənin təyinatı BDU-da imtahan qaydalarını dəyişəcək? - Deputat DANIŞDI
BMU-nun 4 komandası “Türk Forum 2026”nın finalına yüksəlib
Qarabağ Universitetində indoneziyalı tələbələr də təhsil alırlar - Səfir
"TikTok"da valideyn nəzarəti genişləndirilir: yeni funksiyalar təqdim olunacaq
AzTU-da yaşıl enerjiyə dair qrant layihəsinin nəticələri təqdim olunub
Kolleclərdə köklü dəyişiklik - Müəllimlərin iş yeri təhlükədədir
BDU-nun 9 fakültəsinə dekan AXTARILIR
Qiyabi oxuyan oğlanlara hərbi möhlət verilsin - Qanunda dəyişiklik TƏKLİFİ
Magistratura və doktoranturanı bitirən zabitlərin hərbi rütbədə olma müddəti azaldılır
Elxan Nəcəfov kollektivə təqdim edilib
Paytaxtda yeni uşaq bağçası istifadəyə verilib
Şagird sayına görə məktəblərdə psixoloq ştatı BÖLGÜSÜ
Xarici diplomlar üçün tərcümə və notarial təsdiq tələb olunmayacaq
Naxçıvanda IX siniflər üçün qiymətləndirmə monitorinqi keçirilib
"BilBacar" müsabiqəsinin I hazırlıq mərhələsi başladı!
İki kollecdə direktor müavinləri vəzifəsinə yeni TƏYİNATlAR
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
QS Avrasiya Forumu ilk dəfə ADNSU-da keçiriləcək
Goranboyda məktəb direktoru vəzifəsinə təyinat olub
Kənd məktəblərində müəllim və şagird sayında ciddi AZALMA
Məktəblərdə payız tətili başa çatıb

Azərbaycan ilə Türkiyə arasında mədəniyyət sahəsində əməkdaşlığa dair saziş imzalanıb - FOTO

Azərbaycan ilə Türkiyə arasında mədəniyyət sahəsində əməkdaşlığa dair saziş imzalanıb - FOTO

Azərbaycan ilə Türkiyənin mədəni əlaqələrini daha da dərinləşdirəcək daha bir addım atılıb. Mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri zamanı noyabrın 13-də Ankarada “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş” imzalanıb.

Sənədi Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy imzalayıblar.

Sənəddə iki ölkə arasında mədəniyyətin müxtəlif sahələrində təbliğatın təşviqi, qarşılıqlı mədəniyyət günlərinin, müxtəlif mədəni tədbirlərin keçirilməsi, ədəbiyyat, təsviri və tətbiqi incəsənət, musiqi, film festivalları, müsabiqə və konfranslarda iştirakla bağlı müddəalar yer alıb. Sazişdə qeyri-maddi mədəni irs, eləcə də iki ölkənin muzey və kitabxanaları arasında əməkdaşlığın genişləndirilməsi kimi məsələlər də öz əksini tapıb.

İmzalanma mərasimindən sonra iki ölkənin nazirləri media nümayəndələri qarşısında çıxış ediblər.

Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Adil Kərimli sazişin əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd edilib ki, sənəd ölkələrimiz arasında mədəni əməkdaşlığın inkişaf etdirilməsi, bu sahədə hüquqi bazanın genişləndirilməsini nəzərdə tutur.

Nazirin çıxışında vurğulanıb ki, Prezident İlham Əliyevin 6 oktyabr 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin, tarixinin və dilinin qardaş ölkədə daha geniş təbliği məqsədilə Türkiyədəki səfirliyimizin tabeliyində Azərbaycan Mədəniyyət Mərkəzi yaradılıb. Mərkəz iki ölkənin mədəniyyət sahəsində əməkdaşlığına öz töhfəsini verəcək.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy da mədəniyyət sahəsində əməkdaşlığa dair sazişin əhəmiyyətini qeyd edib. Bildirilib ki, sənəd qardaş ölkələrimizin möhkəm təməllər üzərində inkişaf edən mədəni əlaqələrində yeni səhifə açacaq.

Azərbaycan ilə Türkiyə arasında mədəniyyət sahəsində əməkdaşlığa dair saziş imzalanıb - FOTO
Azərbaycan ilə Türkiyə arasında mədəniyyət sahəsində əməkdaşlığa dair saziş imzalanıb - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər