Xəbər lentiwidget-title-icon

Bağçalarda ilk akkreditasiya bu ilin sonunadək keçiriləcək
Tərbiyəçi-müəllimlər üçün sertifikatlaşdırmaya dəstək vebinarları keçiriləcək
“1 nəfərə 18 saat dərs vermək ən məntiqli qərardır” - Elçin Əfəndi
Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN
İdris İsayev və İlqar Bayramlının “kadr islahatları”- Şaban Carçıyev direktor vəzifəsindən çıxarıldı...
IDSchool tələbələri beynəlxalq robotika və innovasiya yarışlarında uğurlar qazanıblar - FOTO
65 yaş məktəbdə, 90 yaş universitetdə...
İşdən çıxan müəllimin etiraz ərizəsinə məktəbdən cavab - FOTO
Ödənişsiz süni intellekt təhsilinə qeydiyyat başlayıb
"Qarabağı Azərbaycan əsgəri azad edib" - ŞƏRH
Tələbələrin DİQQƏTİNƏ - Universitetdən qovulmaq üçün bunlardan biri kifayətdir
Bişkekdə iki məktəbdə Azərbaycan dili tədris olunacaq
AzTU-nun təşkilatçılığı ilə “ADEX 2026”da texnologiya sessiyası keçirilib
Prezident Misir Mərdanovla bağlı Sərəncam İMZALADI
“Məktəb bufetlərində qəfil yoxlamalar olmalıdır” - Günay Əkbərova
“5, 6 və 7-ci siniflərdə məntiq dərsləri keçirilməlidir” - Ekspertdən TƏKLİF
Dövlət qulluğu imtahanına qeydiyyat elan edilib
"Gələcəyin alim və idarəçilərini yetişdirən müəllim yüksək maaş almalıdır"
"Heç bir tənbehim yox idi, qərəzli şəkildə qovuldum" - İşdən çıxarılan direktor DANIŞDI
"Uşaqların günahı nədir?.." - ŞİKAYƏT
BŞTİ: Sentyabrda 19 897 müraciət daxil olub
Sertifikasiyanın müsahibə nəticələri müəllimlərə göndərilir - RƏSMİ
MDU-da Elmi Şuranın növbədənkənar iclası keçirilib
Sumqayıtdakı məktəbdə zəhərlənənlərin sayı 21-ə çatıb
Kimya dərsində şagird xəsarət alıb

Ədəbiyyat İnstitutunun əməkdaşları tərəfindən “Vikipediya”da 80-dən çox məqalə yaradılıb

Ədəbiyyat İnstitutunun əməkdaşları tərəfindən “Vikipediya”da 80-dən çox məqalə yaradılıb

AMEA-nın elmi müəssisə və təşkilatlarının viki mühitin Azərbaycanla bağlı zəruri məlumatlarla zənginləşdirilməsində, onların qorunması və inkişafında fəal iştirakının təmin olunması məqsədilə AMEA Mərkəzi Elmi Kitabxanasında “Vikipediya” layihələri üzrə zəruri biliklərin əldə olunmasına dair təlimlər keçirilib, akademiyanın institutlarının əməkdaşları bu təlimlərə cəlb olunub. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun bir qrup əməkdaşı da bu təlimlərdə iştirak edib və institutun təlimi yüksək səviyyədə başa çatdıran 6 nəfərdən ibarət “Vikipediya” komandası formalaşıb.

AMEA-dan "tehsilmedia.info"a bildirilib ki, bu komanda hazırda “Vikipediya”da ədəbiyyat, ədəbiyyatşünaslıqla bağlı məqalələrin yerləşdirilməsi istiqamətində səylə çalışır. Mart ayından bu günədək komanda tərəfindən “Vikipediya”da zəngin istinadlara malik 80-dən çox azərbaycandilli məqalə yaradılıb. Komanda Azərbaycan dilində fəaliyyət göstərən “Vikipediya” platformasında Azərbaycan ədəbiyyatı ilə bağlı tam redaktə olunmamış məqalələrin redaktəsinin həyata keçirilməsi və onların zənginləşdirilməsi, institutun “Vikipediya”dakı səhifəsinin təkmilləşdirilməsi, “Müqayisəli ədəbiyyatşünaslıq”, “Poetika.izm”, “Azərbaycan ədəbiyyatşünaslığı” jurnallarının səhifələrinin yaradılması, eləcə də institutda çap olunan ensiklopedik xarakterli nəşrlər haqqında məqalələrin yerləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görüb.

“Vikipediya” komandası, həmçinin görkəmli Azərbaycan şairləri Nizami Gəncəvi və Məhəmmədhüseyn Şəhriyarın irsi, əsərləri ilə bağlı ayrı-ayrı məqalələrin yaradılması, eləcə də dünya və uşaq ədəbiyyatı nümunələri, İraq-Türkman ədəbiyyatı, folkloru, türkmən şairi Məhtimqulu Fəraqinin ilk dəfə Bakıda tapılmış Divanı ilə bağlı məqalənin hazırlanması işlərini həyata keçirib. Qeyd etmək yerinə düşər ki, “Vikipediya”ya yerləşdirilən bu məqalələrlə bağlı İraq-Türkman Ədəbiyyatçılar Birliyi tərəfindən nəşr edilən “Kərkük” qəzetində də məqalə dərc olunub. Bundan başqa, komanda Cənubi Azərbaycan ədəbiyyatı ilə bağlı “Vikipediya”da yaradılmış səhifələrdəki yol verilmiş təhriflərin aradan qaldırılması istiqamətində səylə çalışıb. Belə ki, fars şairi və yazıçıları kimi təqdim olunmuş Azərbaycan şair və yazıçılarının səhifələrini yeni mənbə-istinadlarla zənginləşdirməklə bu təhriflərin aradan qaldırılmasına nail olublar. Cənubi Azərbaycan ədəbiyyatı ilə bağlı səhifələr üzərində işlərin davam etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Ədəbiyyat İnstitutunun komandasının növbəti mərhələdə əsas hədəfi ölkə ədəbiyyatı ilə bağlı “Vikipediya”da yaradılmış məqalələrin təkcə Azərbaycan dilinə deyil, rus və ingilis dillərinə də tərcüməsini həyata keçirməkdən ibarətdir.

Oxşar xəbərlər

Bütün xəbərlər