Xəbər lentiwidget-title-icon

Bağçalarda ilk akkreditasiya bu ilin sonunadək keçiriləcək
Tərbiyəçi-müəllimlər üçün sertifikatlaşdırmaya dəstək vebinarları keçiriləcək
“1 nəfərə 18 saat dərs vermək ən məntiqli qərardır” - Elçin Əfəndi
Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN
İdris İsayev və İlqar Bayramlının “kadr islahatları”- Şaban Carçıyev direktor vəzifəsindən çıxarıldı...
IDSchool tələbələri beynəlxalq robotika və innovasiya yarışlarında uğurlar qazanıblar - FOTO
65 yaş məktəbdə, 90 yaş universitetdə...
İşdən çıxan müəllimin etiraz ərizəsinə məktəbdən cavab - FOTO
Ödənişsiz süni intellekt təhsilinə qeydiyyat başlayıb
"Qarabağı Azərbaycan əsgəri azad edib" - ŞƏRH
Tələbələrin DİQQƏTİNƏ - Universitetdən qovulmaq üçün bunlardan biri kifayətdir
Bişkekdə iki məktəbdə Azərbaycan dili tədris olunacaq
AzTU-nun təşkilatçılığı ilə “ADEX 2026”da texnologiya sessiyası keçirilib
Prezident Misir Mərdanovla bağlı Sərəncam İMZALADI
“Məktəb bufetlərində qəfil yoxlamalar olmalıdır” - Günay Əkbərova
“5, 6 və 7-ci siniflərdə məntiq dərsləri keçirilməlidir” - Ekspertdən TƏKLİF
Dövlət qulluğu imtahanına qeydiyyat elan edilib
"Gələcəyin alim və idarəçilərini yetişdirən müəllim yüksək maaş almalıdır"
"Heç bir tənbehim yox idi, qərəzli şəkildə qovuldum" - İşdən çıxarılan direktor DANIŞDI
"Uşaqların günahı nədir?.." - ŞİKAYƏT
BŞTİ: Sentyabrda 19 897 müraciət daxil olub
Sertifikasiyanın müsahibə nəticələri müəllimlərə göndərilir - RƏSMİ
MDU-da Elmi Şuranın növbədənkənar iclası keçirilib
Sumqayıtdakı məktəbdə zəhərlənənlərin sayı 21-ə çatıb
Kimya dərsində şagird xəsarət alıb

Gənclərə “Viki-mən 2” layihəsi çərçivəsində “Vikipediya” təlimləri keçirilib

Gənclərə “Viki-mən 2” layihəsi çərçivəsində “Vikipediya” təlimləri keçirilib

“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin və “Gənc SİMA” İctimai Birliyinin tərəfdaşlığı ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında həyata keçirilən “Viki-mən 2” layihəsi yekunlaşıb.

Bu barədə "tehsilmedia.info"a AMEA-dan bildirilib.

Bir ay davam edən və səkkiz sessiyadan ibarət olan layihənin əsas məqsədi gənclərə “Vikipediya” haqqında ətraflı məlumat vermək, onlara virtual ensiklopediyanın iş prinsiplərini, məqalələrin yaradılması və məlumatların yerləşdirilməsi qaydalarını praktiki şəkildə öyrətmək, eləcə də “Vikipediya”da etibarlılıq səviyyəsi yüksək olan məqalə və məlumatların sayını artırmaq olub.

Layihənin bağlanış mərasimində AMEA-nın Mərkəzi Elmi Kitabxanasının baş direktoru, professor Məmməd Əliyev, Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov, AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov, şöbənin baş mütəxəssisi Elnur Eltürk və digər qonaqlar, təlimçi-ekspertlər, layihə iştirakçıları və üzv gənclər iştirak ediblər.

Natiqlər çıxışlarında “Vikipediya”nın Azərbaycan həqiqətlərini, tarixini və mədəniyyətini müxtəlif dillərdə təqdim edən əhəmiyyətli platformalardan biri olduğunu, davam edən informasiya müharibəsində, ölkəmizin milli maraqlarının, Azərbaycanın haqlı mövqeyinin təmin olunması istiqamətində əsas gücün gənclərin, xüsusilə xarici dillərdə çatdırmağı bacaran nəslin üzərinə düşdüyünü diqqətə çatdırıblar. Çıxışlar zamanı gənclərin təlimlərə göstərdiyi marağı və mövzunun aktuallığını nəzərə alaraq belə layihələrin mütəmadi olaraq keçirilməsinin vacibliyi vurğulanıb.

Qeyd olunub ki, artıq ənənə halını almış layihəyə bu il 150-dən çox gənc müraciət etmiş və 20 nəfər gənc müsahibə mərhələsini uğurla başa vuraraq layihədə iştirak haqqı qazanmışdır. Layihə çərçivəsində gənclər “Vikipediya”dan istifadə qaydaları, qeydiyyatdan keçmə, “Vikipediya”da məqalə yaratma, mövcud məqalələr üzrə redaktə, mətnin vikiləşdirilməsi, mənbələrin əlavə edilməsi və s. mövzularda bilik və bacarıqlarını artırıb, öyrəndiklərini praktikada tətbiq ediblər. Layihə müddətində iştirakçılar tərəfindən 50-dən çox məqalə yaradılıb və redaktələr olunub. Layihəni müvəffəqiyyətlə başa vuran 15 nəfər gənc sertifikat və diplomlarla təltif olunub.

Oxşar xəbərlər

Bütün xəbərlər