Xəbər lentiwidget-title-icon

“Məktəbli formasına məsuliyyətlə yanaşmalıyıq” - Müəllimdən REAKSİYA
Şagird məktəbin ikinci mərtəbəsindən özünü atıb
AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılıb - FOTO
Yasamalda məktəbi yandırmağa cəhd etdilər
Azərbaycanda 102 tələbəyə Prezident təqaüdü veriləcək
Qaradağda məktəb direktorunun maşını yandırılıb - FOTO
Vahid geyim qaydaları nizam-intizamı möhkəmləndirəcək - Misir Mərdanov
Mingəçevirdə tələbə otaq yoldaşını bıçaqlayıb
Biologiya fənni üzrə seçim imtahanının nəticələri elan olunub
Beynəlxalq olimpiadalara hazırlıq qrupları üçün seçim imtahanları keçirilib
Məktəblərdə münaqişə: 37 nəfər həbs edilib
Dövlət qulluğu üzrə test imtahanı keçiriləcək
"3-4 min manat qazanan müəllim repetitorluqdan niyə vaz keçsin?"
Uşaq uşaqlığını yaşamalıdır - Kəmalə Ağazadə
"Hamı bu geyimdən istifadə etməlidir" - Ekspertdən ÇAĞIRIŞ
Məktəblərdə müəyyən edilmiş geyim qaydalarına riayət edilməlidir
"Hicab" deyib qışqıranlar, bəs söyüşlərinizi hansı dinin adından yağdırırsınız?!
ƏDALƏT
Şirvandan gələcəyə uzanan uğur yolu — Bir müəllimin zəhməti, məzunların qüruru
Dərs bölgüsündə ədalət pozulub? – Müəllimdən rüşvət iddiası - VİDEO
Bir qərar, min sual: Elm və Təhsil Nazirliyi NİYƏ SUSUR?
Məktəblilər belə geyinməlidir
İşdən çıxdığı deyilən direktorla bağlı AÇIQLAMA

BMU ilə Termez Mühəndislik-Texnologiya İnstitutunun rəhbər heyətləri arasında görüş keçirilib

BMU ilə Termez Mühəndislik-Texnologiya İnstitutunun rəhbər heyətləri arasında görüş keçirilib

Bakı Mühəndislik Universiteti (BMU) ilə Özbəkistanın Termez Mühəndislik-Texnologiya İnstitutunun rəhbər heyətləri arasında onlayn görüş keçirilib.

tehsilmedia.info xəbər verir ki, görüşdə BMU-nun rektoru Yaqub Piriyev Azərbaycan və özbək xalqları arasında çoxəsrlik tarixi dostluq, qardaşlıq əlaqələrinin mövcud olduğuna diqqət çəkib. Rektor bu əlaqələrin daha da inkişafında, dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərinin olduğunu vurğulayıb. Hazırda Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatdığını, strateji münasibətlərin daha da möhkəmləndiyini bildirən ali təhsil ocağının rəhbəri bütün sahələrdə fəal əməkdaşlığın həyata keçirildiyini deyib. Yaqub Piriyev Özbəkistanın işğaldan azad edilmiş Füzuli şəhərində Mirzə Uluqbəy adına tam orta məktəb inşa etməsini, iki ölkə Prezidentlərinin iştirakı ilə istifadəyə verilməsini qardaşlıq, dostluq münasibətlərinin əyani göstəricisi olduğunu söyləyib. Eyni zamanda, hazırda dövlətimiz tərəfindən Qarabağ və Şərqi Zəngəzurda “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasına uyğun olaraq gerçəkləşdirilən yenidənqurma və bərpa işləri barədə məlumat verib.

İki ölkə arasındakı mövcud əməkdaşlıqda təhsil sahəsinin də xüsusi çəkiyə malik olduğunu qeyd edən rektor BMU ilə Termez Mühəndislik-Texnologiya İnstitutu arasında qurulacaq əlaqələrin bu inkişafa əlavə töhfə verəcəyinə inandığını bildirib.

Sonra Yaqub Piriyev BMU-nun yaranma tarixi, universitet şəhərciyi, tədris istiqamətləri, tələbə, müəllim və professor heyəti, ixtisas, fakültə və kafedralar, təhsilin bakalavr, magistr və doktorantura pillələri üzrə mütəxəssis hazırlığı və s. məsələlər haqda ətraflı informasiyalar verib.

Termez Mühəndislik-Texnologiya İnstitutunun rektoru Ural Çoriyeviç Əhmədov da ölkələrimiz arasında qurulan dostluq, qardaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin inkişafının məmnunluq doğurduğunu ifadə edib. Rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixi, fəaliyyət istiqamətləri, ixtisaslar və s. haqda görüş iştirakçılarını məlumatlandıran rektor BMU ilə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını diqqətə çatdırıb.

Daha sonra görüşdə müxtəlif ixtisaslar üzrə (informasiya texnologiyaları, elektonika, elektrik, mexanika mühəndisliyi) əməkdaşlığın inkişaf etdirilməsi, müəllim və tələbə mübadiləsinin təşkili, bəzi istiqamətlər üzrə əldə olunmuş müsbət təcrübələrin mübadiləsi kimi qarşılıqlı maraq doğuran məsələlər nəzərdən keçirilib. Tərəflər arasında mütəmadi səfərlərin təşkili, həmçinin İşçi Qrup səviyyəsində görüşlərin davam etdirilməsi qərara alınıb.

Oxşar xəbərlər

Bütün xəbərlər