“Məktəbli formasına məsuliyyətlə yanaşmalıyıq” - Müəllimdən REAKSİYA
"Vahid məktəbli forması haqqında onu deyə bilərəm ki, bu, dövlətin məktəblər qarşısında qoyduğu tələblərdən biridir. Biz də müəllim, valideyn və vətəndaş olaraq dövlətin müəyyən etdiyi qaydalara riayət etməliyik".
Təhsil Media bildirir ki, bunu tedaktor.az-a açıqlamasında Azərbaycan dili və ədəbiyyat müəllimi, repetitor Muradxan Hüseynov bildirib.
"Məktəbli forması şagirdlər arasında vahidliyin qorunması, məktəb mühitində nizam-intizamın təmin edilməsi baxımından əhəmiyyətlidir. Düşünürəm ki, hər birimiz bu məsələyə məsuliyyətlə yanaşmalı, uşaqlara da qaydalara hörmətlə yanaşmağı aşılamalıyıq. Əsas məqsədimiz məktəblərdə sağlam təhsil mühitinin formalaşdırılması və şagirdlərin təlim-tərbiyəsinə müsbət təsir göstərmək olmalıdır", - deyə müsahibimiz yekunlaşdırdı.




























