Xəbər lentiwidget-title-icon

“Məktəbli formasına məsuliyyətlə yanaşmalıyıq” - Müəllimdən REAKSİYA
Şagird məktəbin ikinci mərtəbəsindən özünü atıb
AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılıb - FOTO
Yasamalda məktəbi yandırmağa cəhd etdilər
Azərbaycanda 102 tələbəyə Prezident təqaüdü veriləcək
Qaradağda məktəb direktorunun maşını yandırılıb - FOTO
Vahid geyim qaydaları nizam-intizamı möhkəmləndirəcək - Misir Mərdanov
Mingəçevirdə tələbə otaq yoldaşını bıçaqlayıb
Biologiya fənni üzrə seçim imtahanının nəticələri elan olunub
Beynəlxalq olimpiadalara hazırlıq qrupları üçün seçim imtahanları keçirilib
Məktəblərdə münaqişə: 37 nəfər həbs edilib
Dövlət qulluğu üzrə test imtahanı keçiriləcək
"3-4 min manat qazanan müəllim repetitorluqdan niyə vaz keçsin?"
Uşaq uşaqlığını yaşamalıdır - Kəmalə Ağazadə
"Hamı bu geyimdən istifadə etməlidir" - Ekspertdən ÇAĞIRIŞ
Məktəblərdə müəyyən edilmiş geyim qaydalarına riayət edilməlidir
"Hicab" deyib qışqıranlar, bəs söyüşlərinizi hansı dinin adından yağdırırsınız?!
ƏDALƏT
Şirvandan gələcəyə uzanan uğur yolu — Bir müəllimin zəhməti, məzunların qüruru
Dərs bölgüsündə ədalət pozulub? – Müəllimdən rüşvət iddiası - VİDEO
Bir qərar, min sual: Elm və Təhsil Nazirliyi NİYƏ SUSUR?
Məktəblilər belə geyinməlidir
İşdən çıxdığı deyilən direktorla bağlı AÇIQLAMA

"Hicab" deyib qışqıranlar, bəs söyüşlərinizi hansı dinin adından yağdırırsınız?!

Bu gün hicabla bağlı mövqeyinə görə məktəb direktorlarını "din düşməni" adlandıranlar, onları müdafiə edən insanlara küçə söyüşləri yağdıranlar var. Özlərini dinin keşikçisi elan edənlər elə davranırlar ki, adam istər-istəməz düşünür: görəsən, müdafiə etdikləri dəyərlərdən xəbərləri varmı?

Bir deyil, bir neçə məktəb direktorunun adı bu müzakirələrdə hallanır. Hər hadisədə faktları, qanunvericiliyi və şagirdlərin hüquqlarını araşdırmaq əvəzinə, insanları düşərgələrə bölmək, kimisə düşmən elan etmək, sonra da təhqirlə susdurmağa çalışmaq hansı məntiqə sığır?

Ey dinin müdafiəsinə qalxdığını düşünənlər! Hicablı şagirdin hüququnu müdafiə etmək istəyirsinizsə, bunu qanunla, arqumentlə, vicdanla edin. Bəs nə üçün sizinlə eyni fikirdə olmayan insanın ünvanına söyüşlər yağdırırsınız? Məgər insanın ləyaqətini alçaltmaqla dinə xidmət etdiyinizi düşünürsünüz?

Bir insanın hicab məsələsində mövqeyini tənqid etmək olar. Direktorun qərarının qanuniliyini sorğulamaq da olar. Amma heç kimə təhqir etmək, hədə-qorxu gəlmək və özünü başqalarından üstün tutmaq haqqı verilməyib. Ən ağrılı məqam isə budur: din adı çəkilir, əxlaq unudulur; haqdan danışılır, başqasının haqqına hörmət edilmir; mənəviyyat müdafiə olunur, amma insanın ləyaqəti ayaqlar altına atılır.

Unutmayın: məktəb direktorlarını bir sözlə "din düşməni" elan etmək asandır. Çətin olan faktları ortaya qoymaq, qanunu bilmək və öz davranışına cavabdeh olmaqdır.

Dini müdafiə etdiyini iddia edən hər kəsə bir sözüm var: əvvəl dilinizə, sonra hökmünüzə sahib çıxın! Çünki söyüşlə müdafiə olunan haqqın səsi yox, aqressiyanın səsi eşidilir. Dilindən söyüş yağan insanın din haqqında söylədiyi sözlər hansı qəlbə yol tapa bilər?”

“İnsanın dilindən tökülən hər söz onun iç dünyasının güzgüsüdür. Dini müdafiə etdiyini söyləyənlər əvvəlcə onun əxlaqını yaşasınlar. Çünki müqəddəs dəyərlər qışqırıqla deyil, gözəl əməllə ucalır, iman təhqirin kölgəsində deyil, mərhəmətin işığında gözəlləşir.”

Oxşar xəbərlər

Bütün xəbərlər