Xəbər lentiwidget-title-icon

IV “Maarifçi” Tələbə-Məzun Forumu keçirilib
9-cu sinifdən sonra kolleclərə qəbul ləğv edilə bilər
Uşaqların energetik içkilərə marağı artır: Nəzarət gücləndiriləcək
AMEA-nın strukturunda dəyişiklik edilib
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib
İbtidai siniflərdə imtahanlar ləğv edilə bilər? – Ekspertdən AÇIQLAMA
ATU-da universitet aktivlərinin idarə olunması rəqəmsallaşdırılıb
Paytaxt məktəblərində “Heydər Əliyev irsinin öyrədilməsi” dərslərinə start verilib
Ağdaşda gənclər arasında İİV/QİÇS-lə mübarizə maarifləndirməsi aparılıb
Məktəblilər üçün 10 mindən artıq video dərs hazırlanıb
Fənn kurikulumlarında dəyişiklik: Məzmun yükü azaldılır
Məleykə Abbaszadə BDU-da nələr edəcək? - İlk AÇIQLAMA
Agentliyə yeni şöbə müdiri təyin olunub
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin kollektivinə təqdim olunub
Abşeron-Xızı Regional Təhsil İdarəsinə yeni müdir təyin olunub
DİM təcrübəsi BDU-nun inkişafına töhfə verəcək
AzTU Pakistan universiteti ilə əməkdaşlığı genişləndirir
Ali və orta ixtisas təhsilli müəllimlərin sayı açıqlanıb
PMS imtahanının I mərhələsi keçiriləcək
Dərsliklərdə şagirdlərin fərdi səviyyələrinə uyğun tapşırıqlar hazırlanıb
Riyaziyyat dərsliklərinə kəsrlərlə bağlı yeni mövzular daxil edilib
İbtidai siniflərdə ehtimal mövzusu tədris edilməyəcək
"Sabahın alimləri” XVI Respublika Layihə Müsabiqəsinə qeydiyyat başlayır
Emin Əmrullayev SABAH.city innovasiya şəhərciyində olub
Alimlər yaddaşı bərpa edən burun damcısı hazırlayıblar

“Yaradıcı müəllim: fəndaxili və fənlərarası inteqrasiya” mövzusunda müsabiqəyə start verilib

“Yaradıcı müəllim: fəndaxili və fənlərarası inteqrasiya” mövzusunda müsabiqəyə start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən (BŞTİ) “Yaradıcı müəllim: fəndaxili və fənlərarası inteqrasiya” mövzusunda təqdimat müsabiqəsinə start verilib.

BŞTİ-dən "tehsilmedia.info"a bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd qabaqcıl təcrübəyə malik yaradıcı, yenilikçi müəllimlərin aşkara çıxarılması, onların təcrübələrinin təbliğ edilməsi və qabaqcıl müəllimlər bazasının yaradılması, eyni zamanda, ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqətin artırılması, təhsil işçilərinin bu barədə rəy və mülahizələrinin öyrənilməsindən ibarətdir.

Müsabiqədə Bakı şəhəri ümumi təhsil məktəblərinin fənn müəllimləri iştirak edə bilər.

İki mərhələdən (məktəb, şəhər) ibarət müsabiqədə iştirak etmək istəyən müəllimlər oktyabrın 30-na kimi müraciət etdikləri mövzu ilə bağlı tezisi (2 səhifədən çox olmamaq şərtilə) yaradicimuellim@baku.edu.gov.az ünvanına göndərməlidirlər. Tezisin əvvəlində müəllimin özü haqqında məlumatların (adı, soyadı, ata adı, təvəllüdü, işlədiyi məktəb, tədris etdiyi fənn və mövzusunun adı) qeyd olunması mütləqdir.

Müsabiqənin şəhər (final) mərhələsində müəllimlər müraciət etdikləri mövzunu Münsiflər heyəti və dinləyicilərə 8 dəqiqəlik interaktiv çıxış formatında təqdim edəcəklər.

Təqdimatların qiymətləndirilməsi zamanı mövzunun aktuallığı, yeniliyi, nəzəri və praktik uyğunluğu, təqdimedilmə forması, istifadə olunmuş ədəbiyyat, nitq və fikri sərbəst ifadə etmək bacarığı, vaxtın düzgün idarəolunması, mövzuya uyğun müasir texnoloji vasitələrdən istifadə, nəticə və təkliflər əsas meyarlar kimi götürüləcək. Hər bir meyar 5 balla qiymətləndiriləcək.

Müsabiqənin nəticəsinə əsasən, 15 müəllim (3 nəfər I, 3 nəfər II, 3 nəfər III, 6 nəfər isə həvəsləndirici yer) qalib seçiləcək.

Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.

Oxşar xəbərlər

Bütün xəbərlər