Xəbər lentiwidget-title-icon

IV “Maarifçi” Tələbə-Məzun Forumu keçirilib
9-cu sinifdən sonra kolleclərə qəbul ləğv edilə bilər
Uşaqların energetik içkilərə marağı artır: Nəzarət gücləndiriləcək
AMEA-nın strukturunda dəyişiklik edilib
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib
İbtidai siniflərdə imtahanlar ləğv edilə bilər? – Ekspertdən AÇIQLAMA
ATU-da universitet aktivlərinin idarə olunması rəqəmsallaşdırılıb
Paytaxt məktəblərində “Heydər Əliyev irsinin öyrədilməsi” dərslərinə start verilib
Ağdaşda gənclər arasında İİV/QİÇS-lə mübarizə maarifləndirməsi aparılıb
Məktəblilər üçün 10 mindən artıq video dərs hazırlanıb
Fənn kurikulumlarında dəyişiklik: Məzmun yükü azaldılır
Məleykə Abbaszadə BDU-da nələr edəcək? - İlk AÇIQLAMA
Agentliyə yeni şöbə müdiri təyin olunub
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin kollektivinə təqdim olunub
Abşeron-Xızı Regional Təhsil İdarəsinə yeni müdir təyin olunub
DİM təcrübəsi BDU-nun inkişafına töhfə verəcək
AzTU Pakistan universiteti ilə əməkdaşlığı genişləndirir
Ali və orta ixtisas təhsilli müəllimlərin sayı açıqlanıb
PMS imtahanının I mərhələsi keçiriləcək
Dərsliklərdə şagirdlərin fərdi səviyyələrinə uyğun tapşırıqlar hazırlanıb
Riyaziyyat dərsliklərinə kəsrlərlə bağlı yeni mövzular daxil edilib
İbtidai siniflərdə ehtimal mövzusu tədris edilməyəcək
"Sabahın alimləri” XVI Respublika Layihə Müsabiqəsinə qeydiyyat başlayır
Emin Əmrullayev SABAH.city innovasiya şəhərciyində olub
Alimlər yaddaşı bərpa edən burun damcısı hazırlayıblar

Yaradıcı müəllim təqdimat müsabiqəsinə başlanılıb

Yaradıcı müəllim təqdimat müsabiqəsinə başlanılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Yaradıcı müəllim: yaradıcı tətbiqetmə” mövzusunda təqdimat müsabiqəsinə başlanılıb.

BŞTİ-dən bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd qabaqcıl təcrübəyə malik yaradıcı, yenilikçi müəllimlərin aşkara çıxarılması, onların təcrübələrinin təbliğ edilməsi və qabaqcıl müəllimlər bazasının yaradılması, eyni zamanda, ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqətin artırılması, təhsil işçilərinin bu barədə rəy və mülahizələrinin öyrənilməsindən ibarətdir.

Müsabiqədə BŞTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrində çalışan müəllimlər iştirak edə bilər.

İki mərhələdən (məktəb, şəhər) ibarət müsabiqədə iştirak etmək istəyən müəllimlər oktyabrın 25-dək müraciət etdikləri mövzu ilə bağlı tezisi (2 səhifədən çox olmamaq şərtilə) “yaradicimuellim@baku.edu.gov.az” ünvanına göndərməlidirlər. Tezisin əvvəlində müəllimin özü haqqında məlumatları (adı, soyadı, ata adı, təvəllüdü, işlədiyi məktəb, tədris etdiyi fənn, mövzusunun adı, əlaqə nömrəsi, e-poçt ünvanı) qeyd etməsi mütləqdir.

Müsabiqənin şəhər (final) mərhələsində müəllimlər müraciət etdikləri mövzunu Münsiflər heyəti və dinləyicilərə 8 dəqiqəlik interaktiv çıxış formatında təqdim edəcəklər.

Təqdimatların qiymətləndirilməsi zamanı mövzunun aktuallığı, orijinallığı, nəzəri və praktik uyğunluğu, təqdimetmə forması, istifadə olunmuş ədəbiyyat, nitq və fikri sərbəst ifadə etmək bacarığı, vaxtın düzgün idarəolunması, mövzunun müsabiqəyə uyğunluğu, nəticə və təkliflər, mövzuya uyğun müasir texnoloji vasitələrdən istifadə əsas meyarlar kimi götürüləcək. Hər bir meyar 5 balla qiymətləndiriləcək.

Müsabiqənin nəticəsinə əsasən, 15 müəllim (3 nəfər I, 3 nəfər II, 3 nəfər III, 6 nəfər isə həvəsləndirici yer) qalib olacaq. Müsabiqədə fərqlənən müəllimlərə təşəkkürnamə veriləcək.

Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

Oxşar xəbərlər

Bütün xəbərlər