Xəbər lentiwidget-title-icon

Təhsil İdarəsinin hesablarına həbs qoyulub- Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD

Yaponiya Azərbaycanda iki məktəb tikib

Yaponiya Azərbaycanda iki məktəb tikib

30 avqust tarixində Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində icra olunan “Xocavənd rayonunun Yeni Xocavənd qəsəbə məktəbinin təmiri və əlavə məktəb binasının inşası” və “Neftçala rayonunun Qırmızıkənd kənd məktəbinin əlavə məktəb binasının inşası” layihələrinin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimlərində səfir Vada Cüniçi, hər iki rayonun icra başçıları, Təhsil İdarələrin rəhbərləri və digər əlaqəli şəxslər iştirak etmişdir.

 Xocavənd rayonunun Yeni Xocavənd qəsəbəsi xocavəndli məcburi köçkünlərin məskunlaşması və Xocavənd rayonunun administrativ funksiyalarının icrası üçün Beyləqan rayon ərazisində salınan yaşayış sahəsidir. “Xocavənd rayonunun Yeni Xocavənd qəsəbə məktəbinin təmiri və əlavə məktəb binasının inşası” layihəsi çərçivəsində Yeni Xocavənd qəsəbə məktəbinin əlavə məktəb binasının (sahəsi 251.88㎡, işıq, su, qaz istilik sistemi təminatlı) tikintisi və mövcud məktəb binasının qaz istilik sistemi ilə təmin edilməsi üçün “Azərbaycan İcma inkişafı üzrə araşdırmalar, təlim və resurs mərkəzi” İctimai Birliyinə 91.297 ABŞ dolları (154.293 manat) məbləğində qrant ayrılıb.

Yaponiya Azərbaycanda iki məktəb tikib
Yaponiya Azərbaycanda iki məktəb tikib
Yaponiya Azərbaycanda iki məktəb tikib
Yaponiya Azərbaycanda iki məktəb tikib

 “Neftçala rayonunun Qırmızıkənd kənd məktəbinin əlavə məktəb binasının inşası” Qırmızıkənd kənd məktəbinin əlavə məktəb binasının (sahəsi 284㎡, işıq, su, qaz istilik sistemi təminatlı) tikintisi üçün “Azərbaycan Gənc Alim, Doktorant və Magistrlar Cəmiyyətinə” 90.513 ABŞ dolları (152.968 manat) məbləğində qrant ayrılıb.

Yaponiya Azərbaycanda iki məktəb tikib
Yaponiya Azərbaycanda iki məktəb tikib
Yaponiya Azərbaycanda iki məktəb tikib
Yaponiya Azərbaycanda iki məktəb tikib

Qeyd edək ki, indiyə qədər Azərbaycan Respublikasında sözügedən proqram çərçivəsində icra olunan layihələrin ümumi sayı 285 olmaqla, ümumi qrant məbləği 24 070 000 ABŞ dollarını (təqribi 40 680 000 manat) ötüb.

“Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı” Azərbaycan Respublikası əhalisinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə səhiyyə, ictimai sağlamlıq, təhsil və kənd təsərrüfatı sahələrində bilavasitə yerli əhalinin bəhrələnəcəyi nisbətən kiçik miqyaslı layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır. Bu yardımla bağlı yerli bələdiyyə və icra hakimiyyəti orqanları, təhsil, səhiyyə orqanları və digər qeyri-kommersiya qurumlarının müraciəti mümkündür. Yeni layihə ilə bağlı Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyinə müraciət edə bilərsiniz.

Oxşar xəbərlər

Bütün xəbərlər